Sergey Yutkevic - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sergey İosifoviç Yutkeviç (rus. Сергей Иосифович Юткевич; 15 (28) dekabr 1904[1][2], Sankt-Peterburq[7] – 24 aprel 1985[3][4][…] və ya 23 aprel 1985[5][6][…], Moskva) — Sovet kinorejissoru və ssenaristi.
Sergey Yutkeviç | |
---|---|
rus. Сергей Иосифович Юткевич | |
Doğum tarixi | 15 (28) dekabr 1904[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 24 aprel 1985[3][4][…] (80 yaşında) və ya 23 aprel 1985[5][6][…] (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | kinorejissor, ssenarist, aktyor, rejissor, professor, teatr rejissoru, səhnə dizayneri, rəssam, teatr pedaqoqu[d] |
Fəaliyyət illəri | 1925–1980 |
Təhsili |
|
İstiqamət | sosialist realizmi |
Üzvlüyü |
|
Mükafatları |
|
IMDb | ID0951170 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSergey İosifoviç Yutkeviç 28 dekabr 1904-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. 1921–1923-cü illərdə o, V.E. Meyerholdun kursunda təhsil almışdır. 1938-ci ildə "Tüfəngli adam" işinə quruluş verir. Rejissor eləcə də Lenin mövzusuna xüsusilə diqqət yetirirdi. Onun yaradıcılığında əsas yer tutan bu mövzu əsasında Yutkeviç "Lenin haqqında hekayələr" (1957), "Lenin Polşada" (1966), "Lenin Parisdə" (1981) filmlərini çəkmişdir. Onun dünya kinematoqrafiyasına bəxş etdiyi ən böyük miqyaslı və ən möhtəşəm ekran əsəri isə Vilyam Şekspirin "Otello" faciəsi əsasında yaratdığı eyniadlı film olmuşdur. Həmin filmin uğurunun bir hissəsini də baş rolu məharətlə canlandırmış Sergey Bondarçuku hesab etmək olar. 1955-ci ildə ekranlara çıxmış "Otello" filmi Sergey Yutkeviç yaradıcılığında ən çox tamaşaçı auditoriyası toplamış film idi. Bu film 1956-cı ildə Kann kinofestivalında iştirak etmiş və Ən yaxşı rejissor işinə görə mükafat almışdır[8].
Sergey Yutkeviç ÜDKİ-də dərs demişdir. Onun tələbələri sırasında Azərbaycanın görkəmli kinorejissorları Tofiq Tağızadə və Əjdər İbrahimovun da adlarını çəkmək olar.
Sergey İosifoviç Yutkeviç 23 aprel 1985-ci ildə vəfat etmişdir.
Filmoqrafiya
redaktəRejissor fəaliyyəti
redaktə- Qara yelkən (1929)
- Qarşıdan gələn (1932)
- Şaxtaçılar (1937)
- Tüfəngli adam (film, 1938)
- Yakov Sverdlov (1940)
- Şveyk döyüşə hazırlaşır (1942)
- Şveykin yeni sərgüzəştləri (1943)
- Salam, Moskva (1945)
- Rusiya üzərində işıq (1947)
- Üç görüş (1948)
- Prjevalski (1951)
- Otello (film, 1955)
- Lenin haqqında hekayələr (film, 1957)
- Lenin Polşada (film, 1966)
- Lenin Parisdə (film, 1981)
Ssenarist fəaliyyəti
redaktəİstinadlar
redaktə- ↑ 1 2 http://www.warheroes.ru/hero/hero.asp?Hero_id=10883.
- ↑ 1 2 http://wysotsky.com/0009/573.htm.
- ↑ 1 2 Sergej Jutkevič // (unspecified title).
- ↑ 1 2 Sergei Iossifowitsch Jutkewitsch // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Brozović D., Ladan T. Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
- ↑ 1 2 Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
- ↑ 1 2 Юткевич Сергей Иосифович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ "Festival de Cannes. Le Palmarès 1956". 2015-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-09.