Memorial Skamya - Wikipedia
Memorial Skamya - Wikipedia - Haqqında Məlumat
Memorial skamya və ya memorial oturacaq — vəfat etmiş şəxsin xatirəsinə ithaf olunan oturacaq. Memorial skamyalar əsasən ağacdan hazırlansa da, metal, daş və ya sintetik materialdan hazırlanan skamyalara da rast gəlinir. Əsasən ictimai yerlərdə qurulur, şəxsi bağ ərazilərində də yerləşdirilə bilir.
Memorial skamyalar ABŞ və Böyük Britaniyada geniş yayılmışdır və demək olar ki, bütün ictimai parklarda, tələbə kampuslarında və digər ictimai yerlərdə mövcuddur.[1] Bəzi skamyalar çox məşhur insanlara həsr olunur, məsələn, ABŞ-də Kurt Kobeynin,[2] Estoniyada isə Pyotr Çaykovskinin xatirəsinə həsr olunmuş memorial skamya var.[3]
Qalereya
redaktə-
Robert Ask Memorial oturacağı. Sveinbay, Nort-Yorkşir
-
İen Dyuri memorial skamyası. Riçmond Parkı, cənub-qərbi London
-
Sesil Frenk Pauellə həsr olunmuş memorial skamya və lövhə. İtaliyada, Alp dağlarının ətəklərində vəfat etdiyi yerdə qurulmuşdur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Илья Варламов. "Мемориальные скамейки". Livejournal. 2013-07-17. 2020-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-21.
- ↑ Сергей Анохин. "Виретта Парк и Курт Кобейн". Livejournal. 2012-07-28. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-21.
- ↑ "Tchaikovsky's Bench in Haapsalu" (ingilis). visitestonia.com. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-21.
Vikianbarda Memorial skamya ilə əlaqəli mediafayllar var.