Menemen Hadisesi - Wikipedia
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Menemen hadisəsi ya da Kubilay hadisəsi — 23 dekabr 1930 günü həyata keçən, İzmir'in Menemen ilçəsində, əsgərliyini ehtiyatda olan zabit olaraq etməkdə olan müəllim Mustafa Fəhmi Kubilayın və yardımına gələn gözətçilər Həsən və Şövqinin şəriət istəyən bir qrup tərəfindən başı kəsilib bir çubuğun üzərinə bağlanaraq küçələrdə gəzdirilməsilə başlayan hadisələr zənciri. Respublika tarixinin ən önəmli hadisələrindən biridir. Hadisələrin ardından bölgədə hərbi vəziyyət elan edilmiş, General Mustafa Muğlalı idarəsində qurulan Divan-i Hərbdə günahkarlar müxtəlif cəzalara məhkum edilmişdir.
Menəmən hadisəsi | |
---|---|
Tarix | 23 dekabr 1930 |
Yeri | Menemen, İzmir |
Tanınır | Kubilay hadisəsi |
Nəticəsi | Hərbi vəziyyət elan edilib Divan-i Hərb qirildi. |
Qurbanlar | |
Mustafa Fəhmi Kubilay Gözətçi Həsən Gözətçi Şövqi Dərviş Məhəmməd |
|
Sorğular | Konstitusiyanı məcburi olaraq pozmaq, hərəkətdə iştirak, əzm etdirmək və ya Mehdi Məhəmmədin Mehdiliyi üçün hərəkətə keçdiyini bildikləri halda vaxtında hökümətə xəbər vermədikləri və təkkələrin səddinsən sonra təriqət ayini etmələri. |
İstintaq |
|
Hadisələrin inkişafı
redaktəMustafa Fəhmi Kubilay 1930-cu ildə Menemendə ehtiyat zabit sifətilə əsgərlik vəzifəsini etməkdə idi. 23 dekabr 1930 səhəri Menemendə cərəyan edən hadisələr ümumi deyilənə görə bu seyri izləmişdir:
Şeyx Əsədin Manisada Nəqşibəndi təriqətini yaymaqla vəzifələndirdiyi Laz İbrahim tərəfindən istiqamətləndirilən, Manisa tərəfindən gələn çəmbər saqqallı, sarıqlı və cübbəli dördü silahlı 6 şəxs, 23 dekabr 1930-da sübh namazından sonra məsciddən aldıqları Yaşıl Sancağı yola dikərək silah gücü ilə ətraflarına adam toplamağa çalışırlar. Başçılar arasında, Kritli Dərviş Məhəmməd, Şamdan Məhəmməd, Sütçü Məhəmməd Əmin, Nalıncı Həsən, Kiçik Həsən var idi. Derviş Məhəmməd məsciddə namaz qılanlara özünü "Mehdi" olaraq tanıtdı və dini qorumağa gəldiklərini söylədi.[1]
Arxalarında 70 min nəfərlik Xəlifə ordusu olduğunu, günorta saatlarına qədər şəriət bayrağı altında toplanmayanların qılıncdan keçiriləcəyini söylədilər[2]. Məsciddəki yaşıl bayrağı alıb, uzun bir çubuğa taxdılar və Menemen şəhər meydanında qazdıqları bir çuxura dikdilər. Bayrağın çevrəsində dönməyə, təkbir gətirməyə, zikr etməyə və "Papaq geyən kafirdir! Yaxında yenə şəriətə qayıdılacaqdır" deyərək bir üsyan hərəkəti başlatmaq istəyirlər. Bayrağın altından əhalidən bəzi şəxsləri (bir fabrikdə çalışan Hayimoğlu Jozef də daxil) keçirdilər. Qəsəbəyə xəlifə ordusunun gələcəyi iddiası xalqı qorxutdu.
Hadisələrə müdaxilə
redaktəHadisələrin ilçədəki hərbi birlikdə eşidilməsilə, bir bilgiyə görə; alay komandiri, ehtiyat zabit Kubilayı hadisə yerinə göndərdi.[mənbə göstərin]
Kubilay bu hərəkəti yatırtmaq üçün bir manqa əsgərlə hadisə yerinə gəldi. Əsgərlərin yanından ayrılaraq tək başına onların arasına girib təslim olmalarını istədi. Onlardan biri atəş edərək Kubilayı yaraladı. Qarşıdan bunu görən əsgərlər atəş açdılar. Fəqət silahlarında öldürücü təsiri olmayan manevr fişəngləri vardır. Dərviş Məhəmməd "mənə güllə təsir etmir" deyərək xalqı aldatmağa çalışdı.[mənbə göstərin]
Kubilay yaralı halda məscid həyətinə sığındıysa da, Dərviş Məhəmməd və dostları ardınca gəldilər. Dərviş Məhəmməd çantasını açıb mişar ağızlı bağ bıçağını çıxardı və yaralı kiçik leytenant Kubilayın başını kəsdi.[mənbə göstərin]
Kəsik başı yaşıl bayrağın çubuğuna dikməyə çalışdılar, ancaq bacara bilmədilər. Biri ip gətirdi və Kubilayın başı yaşıl bayrağın dikili olduğu çubuğa iplə bağlandı. Hadisə yerinə çatan Gözətçi Həsən atəş açıb qrupdan birini yaraladı. Ancaq açılan atəş nəticəsində o da öldü. Dostunun yardımına gələn Gözətçi Şövqi də açılan atəş nəticəsində öldü.[mənbə göstərin]
Bu mərhələdə hərbi birlik çatır. Komandir "Təslim olun!" deyə bağırır. Ancaq hadisə qarşıdurmaya çevrilir və hərbi birlik atəş açır. Nümayişçilərdən Dərviş Məhəmməd də daxil bəziləri ölərkən, bəziləri qaçır. Daha sonra hamısı birdən tutulur.[mənbə göstərin]
Hadisənin Ankarada eşidilməsi
redaktəKubilay hadisəsi, gənc Türkiyə Respublikasının 1925-dəki Şeyx Səid üsyhanından sonra şahid olduğu əhəmiyyətli hadisələrdən biridir.[mənbə göstərin]
Dövlət sərt reaksiya göstərdi. 27 dekabr 1930 günü Dolmabağça sarayında Mustafa Kamal Paşanın başçılığında bu mövzuda yığıncaq quruldu. Mənbələrin ifadəsinə görə, Mustafa Kamal Paşa, Kubilay hadisəsinə çox əsəbiləşmişdi. Daha bir neçə il əvvəl Yunan İşğalının ağrısını dadmış bir mühitdə bu hadisənin meydana gəlməsi üzərinə, bəzi mənbələrə görə, ilçənin xəritədən silinməsini əmr etdi. Ertəsi gün də, "Belə əmrlər versəm tətbiq etməyin, sonra bir daha soruşun." dedi. 28 dekabr 1930-da orduya göndərdiyi başsağlığı teleqrafında, "Mürtəcelərin göstərdiyi vəhşilik qarşısında, Menemendəki əhalidən bəzilərinin alqışla təsdiqkar görülmələrinin bütün cümhuriyyətçi və vətənpərvərlər üçün utanılacaq bir hadisə" olduğunu bildirdi.[mənbə göstərin]
Hərbi vəziyyət və məhkəmə
redaktə31 dekabr 1930 günü Menemen ilçəsi ilə Manisa və Balıkesirin mərkəz ilçələrində 1 yanvar 1930-dan başlayaraq 1 ay müddət ilə Fəxrəddin Altay başçılığında hərbi vəziyyət elan edilmiş və 1. Korpus Komandir Vəkili General Mustafa Muğlalı başçılığında Divan-i Hərb qurulmuşdur.[mənbə göstərin]
7 yanvar 1931-də bu dəfə İzmirdə yenə Mustafa Kamal Paşa başçılığında ikinci bir yığıncaq quruldu. Hadisəyə birbaşa və ya dolayı yolla qatılan 105 şübhəli 15 yanvar 1931-dən başlayaraq Divan-i Hərbdə sorğulanmağa başlandı.[mənbə göstərin]
Divan-i Hərb məhkəməsi
redaktəGeneral Mustafa Muğlalı başçılığında qurulan Divan-i Hərb məhkəməsində 24 yanvar 1931 günü iddianamə oxundu və 29 yanvar 1931 günü məhkəmə 36 (ölmüş olan bir şübhəli ilə 37) nəfərin edama məhkum edilməsinə, 40 nəfərin məsuliyyətsizliyi səbəbilə buraxılmasına, 27 şübhəlinin bəraətinə, 41 nəfərə müxtəlif həbs cəzaları verilməsinə hökm etdi və qərar Məclisin təsdiqinə təqdim edildi. Edam hökmlülərinin altısının yaşı kiçik olduğundan, onların ölüm cəzaları ağır həbsə çevrildi. TBMM Ədalət Divanı ayrıca iki edamlığın cəzasını 2 il həbsə çevirdi.[mənbə göstərin]
Qalan 28 şübhəli, 3 fevral 1931 gecəsi Menemendə edam edildi. Bəziləri Kubilayın başının kəsildiyi yerdə asıldı. Məhkumlardan biri edam masasının önündən qaçdı. İki həftə sonra tutuldu və ertəsi gün edam edildi.[mənbə göstərin]
26 dekabr 1934 tarixində Menemendə inqilab şəhidi iki gözətçi və Kubilay adına abidə tikildi.[mənbə göstərin] Abidənin üzərində belə yazılır:
"İnandılar, döyüşdülər, öldülər. Buraxdıqları əmanətin gözətçisiyik."
Hərbi vəziyyət, 28 fevral 1931-də Manisa və Balıkesir-dən, 8 mart 1931-də də Menemendən götürüldü.[mənbə göstərin]
İsmət İnönü'nün mesajı
redaktəKubilay inqilab uğruna, vətən sevgisi və bütünlüyü yolunda yalnız başına, qüvvət hesabı etməyən bir idealist vətənsevərlik nümunəsidir. Kubilay, millət yolunda canını hər an fədaya hazır olan ənənəvi Türk yaradılışının müstəsna abidəsidir.
İsmət İnönü[mənbə göstərin]
Hadisələrin siyasi ölçüsü
redaktəSiyasi məzmunda Kubilay hadisəsi, 1930-da Əli Fəthi Bəy tərəfindən Mustafa Kamal Paşanın tövsiyəsilə qurulmuş olan və Menemen hadisəsindən dərhal əvvəl 17 noyabr 1930-da özü özünü ləğv edən, Türkiyə Respublikasının ikinci əsas müxalifət partiyası Sərbəst Cümhuriyyət Firqəsinin 99 günlük varlığı ilə bir arada dəyərləndirilməkdədir.[3][daha etibarlı mənbə lazımdır]
Hadisənin, dövrün Nəqşibəndi təriqətinin lideri Şeyx Əsəd və tərəfdarları tərəfindən planlandığ və Menemendə tətbiqə qoyulduğu iddia edilmişdir[4][daha etibarlı mənbə lazımdır]. Hadisələr Menemendə cərəyan etdiyi üçün əsasən Menemen hadisəsi olaraq xatırlanmaqdadır.
Cəzalandırılanlar
redaktəEdam cəzası alanlar
redaktə- Manisadan Kritli Dərviş Mehmet
- Manisadan Manifakturaçı Osman
- Manisadan Hafiz Camal
- Manisadan Tabur İmamı İlyas Xoca
- Manisadan Əlipaşazadə Raqib Bəy
- Manisadan Şeyx Hafiz Əhməd
- Manisadan Kritli İbrahimoğlu İsmayıl
- Menemen Bozalandan Qoca Mustafa
- Menemen Bozalandan Hacı İsmayıl
- Menemen Bozalandan Hacı İsmayıloğlu Hüseyn
- Menemen Bozalandan Goricili Abdulkərim
- Menemendən Yuxarıcüməli Ramiz
- Menemendən Çıtaklı Molla Süleyman
- Menemendən Hayimoğlu Jozef
- Menemendən Şımbıllı Əli Osmanoğlu Məhəmməd
- Menemendən Alban Yusifoğlu Kamil
- Menemendən Kərimoğlu İbrahim
- Menemendən Səlimoğlu Boşnak Abbas
- Alaşəhərdən Şeyx Əhməd Muxtar
- Alaşəhərdən Əsədin oğlu Məmmədəli (Mehmet Ali Erbil'in babasıdır, babasının atası Şeyx Əsəd çox yaşlı olduğu üçün onun yerinə oğlu Məmmədəli edam edilmişdir.)
- Manisa xəstəxanası imamlığından mütəqaüd Laz İbrahim Xoca
- Manisadan Əmrullahoğlu Məmməd.
Edam cəzası həbs cəzasına çevrilənlər
redaktə- Manisadan Nalıncı Həsən - edama bədəl (24) il həbs (20) yaşında
- Manisadan Çoban Ramazan - edama bədəl (24) il həbs (20) yaşında
- Manisadan Kritli Kiçik Həsən - edama bədəl (24) il həbs (17) yaşında
- Menemendən Harputlu Öməroğlu Məmməd - edama bədəl (24) il həbs (65)i keçib
- İzmirdən Laz Məhəmmədəli Xoca - edama bədəl (24) il həbs (65)i keçib
- Erbilli Şeyx Əsəd - edama bədəl (24) il (65)i keçib
- İsmayıl Məhəmməd - edama bədəl (24) il həbs (65)i keçib
Həbs və ağır həbs cəzalarına məhkum edilənlər
redaktə- Horus kəndindən Səlahəddin oğlu Naşit (15 il ağır həbs)
- Horus kəndindən Yaquboğlu Əli (15 il ağır həbs)
- Horus kəndindən Muhiddinoğlu Əli Koç (15 il ağır həbs)
- Horus kəndindən Həsənoğlu Əhməd (15 il ağır həbs)
- Horus kəndindən Nəciboğlu Mövlud (15 il ağır həbs)
- Horus kəndindən Raqiboğlu Osman (15 il ağır həbs)
- Horus kəndindən Mümtazoğlu Həşim 65 yaşını keçmiş olduğundan 12,5 il ağır həbs
- 14 nəfərə 3 il həbs
- 20 nəfərə 1 il həbs
Məşhur mədəniyyətə təsirləri
redaktəMahnılar
redaktə- Cem Karaca - Bir Öğretmene Ağıt
Filmlər
redaktə- Kubilay - (Rejissor: Ahmet Faik Akıncı, İstehsal ili: 2010)
- Kubilay rolunu Arda Kural oynamışdır.
Mənbə
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Klaus Kreiser: Kleines Türkei-Lexikon.
- ↑ Şehit Kubilay’ı andık Arxivləşdirilib 2015-02-23 at the Wayback Machine, Hürriyet, 24.12.2000
- ↑ "Mustafa Armağan: Tarihle Birlikte Düşünmek". 2013-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-27.
- ↑ 28 Aralık 1930 tarihli Cumhuriyet Gazetesi