Balikesir Ili - Wikipedia
Balıkəsir ili — Türkiyənin Mərmərə və Egey bölgələrində il. İldə on doqquz ilçə var. 2008-ci il əhali sayına görə 1, 1 milyon şəxslə Türkiyənin ən sıx 17-ci ilidir. Sahəsi 14,5 min km²-dir. İnzibati mərkəzi Balıkəsir şəhəridir. Qərbi, cənub-şərqi və şərqi dağlıqdır (Kaz d.– 1774 m).
Balıkəsir ili | |
---|---|
Balıkesir ili | |
|
|
Ölkə | |
İnzibati mərkəz | Balıkəsir |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | TR-10 |
Telefon kodu | 266 |
Poçt indeksi | 10000–10999 |
Avtomobil nömrəsi | 10 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Məlumat
redaktəİlin bir qismi Mərmərə regionunda, bir qismi Egey regionundadır. Balıkəsirin həm Mərmərə dənizinə, həm də Egey dənizinə sahili var. Ərazisinin səthi çay dərləri ilə kəskin parçalanmışdır. Balıkəsir Ağ dəniz iqliminin təsiri altındadır; yayı quraq və isti, qışı soyuq və qarlı keçir. Yağıntının illik miqdarı 500–1000 mm. Çayları: Gönən, Qocaavşar və s. Böyük gölü Masyasdır. İqtisadiyyatını mədən sənayesi, zeytun istehsalı (Türkiyə üzrə 45%), heyvandarlıq (qoyun, keçi, kəl) təşkil edir. Turizm inkişaf etmişdir. Faydalı qazıntıları: bor duzu, dəmir, qurğuşun, sink, manqan, daşduz, volfram, molibden, liqnit, mərmər. [3]
Tarixdə ümumiyyətlə Misya və Qarasi adlarıyla bilinən Balıkəsir bölgəsi, zamanla Roma, Bizans, Anadolu Səlcuqlu, Qarasi Bəyliyi və Osmanlı suverenliyində qalmışdır. İlin əsas dolanışıq qaynağı əkinçilik və heyvandarlıq olub bamya, börülce, qovun, zeytun, zeytun yağı, pendir kimi zirai məhsulları ilə ayrıca daha çox yerli turizmdə qarşıya çıxan sahil qəsəbələriylə məşhurdur.
Bu gün ildə bir çox ilk və orta dərəcəli məktəb var. Balıkəsir ilindəki ən köhnə təhsil müəssisələri olan mədrəsələr Fateh Sultan Məhəmməd dövründə qurulmuşdur. Medrəsələrin sayı zamanla artmış, bunun yanında məktəblər də qurulmuşdur. Ildəki Balıkəsir Universiteti isə 11 iyul 1992-cu il tarix və 21281 saylı Rəsmi Gazete-də nəşr olunan 3837 saylı Qanun gereğince qurulmuş və 1 yanvar 1993-cu ildə hüquqi statusunu qazanmışdır.
Mədəniyyət
redaktəİstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Turkish Statistical Institute. 1926.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 123. ISBN 978-9952-441-07-9.