Meri Saymon - Wikipedia
Meri Cinni Mey Saymon (ing. Mary Jeannie May Simon; fr. Mary Jeannie May Simon; 21 avqust 1947[1], Kangiksualucuak[d], Kvebek[1][2]) — Kanadalı keçmiş aparıcı, dövlət qulluqçusu və 2021-ci ildən etibarən Kanadanın 30-cu general-qubernatoru vəzifəsində çalışan diplomat.
Meri Cinni Mey Saymon | |
---|---|
Kanadanın general-qubernatoru | |
26 iyul 2021 – h.h | |
Əvvəlki | Jyüli Peyett |
Kanadanın Danimarkadakı səfiri | |
11 avqust 1999 – 15 yanvar 2002 | |
Əvvəlki | Brayan Beyker |
Sonrakı | Alfonso Qalyano |
Kanadanın Çevrə İşləri üzrə səfiri | |
31 oktyabr 1994 – 15 yanvar 2004 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Cek Anavak |
Trent Universitetinin kansleri | |
25 yanvar 2002 – 31 yanvar 2003 | |
Əvvəlki | Piter Qzovski |
Sonrakı | Roberta Bondar |
1995 – 10 avqust 1999 | |
Əvvəlki | Kennet Heyr |
Sonrakı | Piter Qzovski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kangiksualucuak, Kvebek, Kanada |
Fəaliyyəti | diplomat, siyasətçi |
Həyat yoldaşı |
|
Uşağı | 3 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Saymon Kvebekin Nunavik əyalətinin Kangiksualucuak şəhərində anadan olub. 1970-ci illərdə qısa müddətdə "CBC Northern Service"-də prodüser və diktor vəzifəsində çalışmış, daha sonra ictimai xidmətə başlamış, Şimali Kvebek İnuit Dərnəyinin idarə heyətində vəzifə almış və Şarlottaun danışıqlarında əsas rol oynamışdır. Saymon 1994–2004-cü illərdə Kanadanın Ətraf İşləri üzrə ilk səfiri, eyni zamanda Arktik Şurasının yaradılması üçün aparıcı danışıqçı idi. 1999–2002-ci illərdə Kanadanın Danimarkadakı səfiri vəzifəsini də icra etmişdir. 6 iyul 2021-ci ildə Baş nazir Castin Trüdo Saymonun Kanadanın növbəti general-qubernatoru olaraq Jyüli Peyettin yerinə təyin olunduğunu bildirdi.[3]
Həyatı
redaktəMeri Cinni Mey Saymon 21 avqust 1947-ci ildə Kvebekin Kangiksualucuak şəhərində, Manitobadan olan və ingilis əsilli Bob Mey və inuk olan Nensinin ailəsində anadan olub. Atası gəncliyində şimala köçdü və 1950-ci illərin əvvəllərində yerli Hudzon körfəzi şirkətinin meneceri oldu. O zaman qadağan edilsə də, inukla evlənən ilk ağdərili oldu. Saymon ovçuluq, balıq ovu, inuit geyimləri tikmək və it xizəkləri ilə səyahət etmək də daxil olmaqla ənənəvi inuit həyat tərzində böyüdü. İnuit tarixini ona ötürdüyünə görə anasına və ana nənəsi Cinni Anqnatuka minnətdar olduğunu bildirir.[4]
Saymon Kuujuakda Kuujuak Federal Nəktəbində, daha sonra Koloradoda Fort Karson Liseyində oxudu və Kuujuakdakı liseyini qiyabi tamamladı.
Saymon səkkiz uşağın ən böyüyüdür. Qardaşı Conni Mey tanınmış kol pilotudur. Gəncliyində Saymon ailəsi ilə birlikdə Anqlikan kilsəsinə üzv oldu. 40 yaşında ruhi xəstəlik səbəbindən depressiya və tükənmə vəziyyətinə çatdı, lakin tədricən özünə gəldi.[5]
Saymon ilk əri Robert Otis ilə 27 mart 1967-ci ildə Kuujuakda evləndi. Daha sonra Corc Saymon ilə evləndi. 1994-cü ildə Kanada Qütb Komissiyasının keçmiş rəhbəri, hazırkı əri, jurnalist və yazıçı Uit Freyzer ilə evləndi. İki oğlu və bir qızı var. Saymon ingilis və inuit dillərini bilir və general-qubernator olduğu müddətdə fransız dilini öyrənəcəyini açıqlayıb.[6]
Fəaliyyəti
redaktəİlk fəaliyyəti
redaktəSaymon MakQil Universitetində inuit dili dərsləri verdi. 1969–1973-cü illərdə "CBC Northern Service"-də prodüser və diktor vəzifəsində çalışıb.[7]
Saymon ictimai xadim olaraq fəaliyyətinə Şimali Kvebek İnuit Dərnəyinin idarə heyətinə katib seçilməklə başladı. 1978-ci ildə Makivik Korporasiyasının vitse-prezidenti seçildi, daha sonra prezident seçildikdən sonra 1985-ci ilə qədər bu vəzifədə çalışdı. Bu müddətdə Kanadanın milli inuit təşkilatı "Inuit Tapiriit Kanatami" ilə də əlaqəyə girdi. Saymon Kanada Konstitusiyasının hazırlanması qaytarılması zamanı 1982–1992-ci illərdə baş tutan Birinci Nazir Konfranslarında və 1992-ci il Şarlottaun razılaşmasında əsas inuit təmsilçilərindən biri oldu. 1993-cü ildə Nunavut İcra Komissiyasının üzvü, eyni zamanda Aborigen Xalqlar üzrə Kral Komissiyasının həmmüdir və katibi vəzifələrində çalışıb.[8]
Diplomatik fəaliyyəti
redaktə1980–1983-cü illərdə İcraiyyə Şurasının üzvü, 1986–1992-ci illərdə Prezident, daha sonra 1992–1994-cü illərdə Xüsusi Elçi vəzifəsində İnuit Qütb Konfransında müxtəlif rollar aldı. Bu müddət ərzində Kanada hökuməti tərəfindən təsdiq aldı. Onun sayəsində Rusiya hökuməti Çukot yarımadası inuitlərinin İQK-da iştirakına icazə verdi. 1986-cı ildə İQK-ın Prezidenti olan Saymon kanadalı, alaskanlı və qrenlandiyalı inuitlərdən ibarət heyətə rəhbərlik edərək Moskvada, daha sonra isə Çukotkada Rusiya rəsmiləri ilə görüşdü və Rusiyanın şərqindəki inuit bölgəsi ziyarət etdi. 1987-ci ildə İQK Rusiya hökumətinin Alaskada təşkil edilən 1989-cu il İQK Baş Assambleyasına qatılmasına icazə verən Rusiya hökumətinin qərarını almağa müvəffəq oldu.
Səfir fəaliyyəti
redaktə1994-cü ildə Saymon Baş nazir Jan Kretyen tərəfindən 2004-cü ilin əvvəlinə qədər çalışdığı yeni yaradılmış olan Kanadanın Qütb İşləri üzrə səfiri təyin edildi. Kanada hökumətinin təlimatı ilə hərəkət edərək səkkizliyin yaradılması barədə danışıqlarda lider rolunu oynadı. 1996-cı il Ottava bəyannaməsi rəsmi olaraq qütb dünyasındakı yerli xalqların fəal iştirakını özündə birləşdirən Arktik Şuranı təsis etdi. Arktik Şurasına sədrliyi dövründə və daha sonra Kanadanın Arktika səfiri olaraq, Arktik Şuranın Yerli Daimi İştirakçıları və onun daxil olduğu yeddi Arktik ilkəsi ilə sıx əməkdaşlıq etdi.
Bu müddət ərzində o, həmçinin Danimarkada Kanada səfiri vəzifəsini icra etmiş, Ətraf Mühit üzrə Əməkdaşlıq Komissiyasının Birgə İctimai Məsləhət Komitəsinin üzvü olmuş və 1997–1998-ci illərdə komissiyanın sədri vəzifəsini tutmuş, Trent Universitetinin kansleri olmuşdur.
Diplomatik fəaliyyətdən sonrakı işi
redaktə2004-cü ilin noyabrından 2005-ci ilin fevralınadək Baş nazir Pol Martin tərəfindən 19 aprel 2004-cü il tarixli Kanada və aborigen xalqlar arasında əlaqələrin gücləndirilməsinə dair dəyirmi masadan sonra elan etdiyi "Sektor İzləmə Sessiyaları" ilə bağlı hesabatların hazırlanmasına və yazılmasına kömək etdi. 2004-cü ilin iyunundan 2007-ci ilin iyun ayınadək Saymon Beynəlxalq Davamlı İnkişaf İnstitutunun idarə heyətinin üzvü idi.[9]
2004–2005-ci illərdə Saymon Labrador İnuit Torpaq İddiaları Müqaviləsi üzrə Labrador İnuit Dərnəyinin xüsusi məsləhətçisi idi və 7 iyul 2006-cı ildə "Inuit Tapiriit Kanatami"-in Prezidenti seçildi.[10]
General-qubernatorluğa namizədliyi
redaktə2010-cu ildə Saymon Kanada qubernatorluğu üçün son siyahıda idi. Lakin posta Devid Conston təyin edildi.[11]
Federal hökumət 2021-ci ilin əvvəlində istefa etməsindən sonra general-qubernator Jyüli Peyettin postuna namizədlik açdı. Saymon yerli irsi siyasi şüarını irəli sürərək bu vəzifəyə erkən namizəd olaraq bildirildi. 6 iyul 2021-ci ildə Baş nazir Castin Trüdo Kraliça II Elizabetin Kanadın 30-cu general-qubernatoru vəzifəsinə təyin edilməsini təsdiqlədiyini açıqladı. Kanada ordeni, Hərbi Xidmət ordeni, Polis Qüvvələrinin Xidməti ordeni olaraq xüsusi təyinatlarını koronavirus pandemiyası səbəbiylə 22 iyulda Kraliça ilə tamaşaçısız keçirilən tədbirdə təhvil aldı. Kanada Qüvvələri nişanı da ona bu mərasimdə verildi. 26 iyul tarixində Kanada Senatında rəsmi olaraq təyinat təsdiqləndi.[12]
Saymonun təyinatı bir qədər narazılıqla qarşılandı, çünki ikidilli olsa da, ingilis və inuit dillərini bilirdi, lakin fransız dilindən kifayət qədər biliyi yox idi. Bu, Kanada frankofonlarından gələn şikayətləri artırdı və Rəsmi Dillər Komissarına 600-dən çox şikayət daxil oldu.[13]
Mövcud vəzifə və üzvlükləri
redaktəSaymon Şimali Amerika Arktik İnstitutunun və Kanada Coğrafiya Cəmiyyətinin üzvüdür.
Hazırda tutduğu digər vəzifələrə aşağıdakılar daxildir:
- Avropa Kosmik Agentliyinin müşaviri (Arktik Monitorinq Proqramı)
- Arktika Uşaq və Gənclik Fondunun sədri
- "Indspire" İdarə Heyətinin üzvü
- Arktika Universiteti Rəhbərlər Şurasının üzvü
- Sərhəd Keçid Milli Şurası üzvü
- Uolter və Dunkan Qordon Xeyriyyə Cəmiyyəti Məsləhət Dərnəyinin üzvü[14]
- Milli Polis Xidmətləri Məsləhət Şurasının üzvü
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 https://www.ordre-national.gouv.qc.ca/membres/membre.asp?id=154.
- ↑ https://pm.gc.ca/en/news/backgrounders/2021/07/06/mary-simon-oc-oq.
- ↑ "Arxivlənmiş surət". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
- ↑ "Arxivlənmiş surət". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
- ↑ "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
- ↑ "Arxivlənmiş surət". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-10-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-29.
- ↑ "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
- ↑ "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
- ↑ "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
- ↑ "Arxivlənmiş surət". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
- ↑ "Arxivlənmiş surət". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
- ↑ "Arxivlənmiş surət". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
- ↑ "Arxivlənmiş surət". 2009-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.