Depressiya - Wikipedia
Depressiya ən geniş yayılmış psixi pozuntudur. Əldə olan məlumatlara görə hər beş nəfərdən biri ömründə heç olmasa bir dəfə depressiya ilə xəstələnir. Adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhvali-ruhiyyənin enməsi və digər emosional pozuntular xəstəlik fonunda olur və bir sıra hallarda müxtəlif səbəblərə görə meydana çıxır. Depressiya diaqnozu XBT-10 (Xəstəliklərin Beynəlxalq Təsnifatı — 10-cu buraxılış) diaqnostik kriterilərinə əsasən müəyyənləşdirilir.[3] Depressiyanı təyin etmək üçün həmçinin özünüqiymətləndirmə depressiya testləri də istifadə edilir.
Böyük depressiv pozğuntu | |
---|---|
| |
XBT-10 | F , F |
XBT-10-KM | F33, F32, F32.9, F33.9 |
XBT-9 | |
XBT-9-KM | 296.30[1][2], 296.20[1][2], 296.2[1][2], 296.3[1][2] |
OMIM | 608516 |
DiseasesDB | 3589 |
MedlinePlus | 003213 |
eMedicine | med/532 |
MeSH | D003865 |
Vikianbarda əlaqəli mediafayllar |
İnsanlar zaman-zaman özlərini hüznlü və bədbəxt hiss edirlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır, Ancaq bu hüznlü vəziyyətin uzanması və qeyri müəyyən səbəblə ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. Depresiya duyğu, düşüncə və davranışa təsir edir. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilər.
Depressiya hər yaşda hər fərd də görülə biləcək ruhi bir xəstəlikdir. Genetik və ya biokimyasal səbəblər, ətraf şərtləri və psixososial çətinliklər, məcbur edilmələr depressiyanın başlamasında faktor ola bilər. Müalicə edilmədiyi vəziyyətdə fərdin həyatını ümidsiz, pessimist, böhran içində keçirməyə başlamasına səbəb yaradaraq, depressiv psixoz olaraq təyin olunan gerçəkləri görməyəcək qədər böhrana qədər çata bilər. Cəmiyyətin hər seqmentində görülə bilər. Psixiatrik xəstəliklər arasında ən sıx rast gəlinən bir mənzərədir.
Həyat boyunca hər 100 kişidən 10-nun və hər 100 qadından 20-nin depressiya keçirdiyi araşdırmalarla müəyyən olunmuşdur.
Bir neçə elmi depressiya və bəzi kənd təsərrüfatı pestisidlərin arasında statistik ilişki tapmışdır[4].
Depressiyanın əlamətləri
redaktəDepressiya diaqnozu XBT-10 (Xəstəliklərin Beynəaxalq Təsnifatı — 10-cu buraxılış) diaqnostik kriterilərinə əsasən müəyyənləşdirilir. Depressiv pozuntu diaqnozunun qoyulması üçün depressiv simptomlar 2 həftədən az olmayan müddətdə qeyd olunmalıdır. İstisna hal kimi ağır depressiv epizodun kəskin başlanğıcı ola bilər ki, bu zaman müvafiq simptomların daha qısa müddət davam etməsinə baxmayaraq diaqnoz təyin edilə bilər.
Depressiyanın əsas simptomlarına aiddir:
• əhvali-ruhiyyənin enməsi (bütün gün ərzində və ya günün çox hissəsi ərzində);
• marağın və zövq (həzz) alma hissinin itirilməsi;
• fəallığın azalması və tez yorulma;
Depressiyanın əlavə simptomlarına aiddir:
• diqqəti cəmləşdirmək qabiliyyətinin enməsi;
• özünüqiymətləndirmənin və özünə inamın enməsi;
• qeyri-adekvat günahkarlıq və özünü kiçiltmə fikirləri;
• gələcəyə bədbin və ümidsiz baxışlar;
• özünəxəsarətə və ya suisidə yönəlmiş fikirlər və ya hərəkətlər;
• yuxunun pozulması;
• iştahanın azalması.
Depressiv simptomların sayından və onların ifadə dərəcəsindən asılı olaraq ayırd edilir:
Yüngül dərəcəli depressiv epizod (F32.0)
• 3 əsas simptomdan ən azı 2-si müşahidə olunmalıdır;
• Bundan əlavə ən azı 2 əlavə simptom müşahidə olunmalıdır;
• Müşahidə olunan simptomların heç biri əhəmiyyətli dərəcədə nəzərə çarpan olmamalıdır;
Orta dərəcəli depressiv epizod (F32.1)
• 3 əsas simptomdan ən azı 2-si müşahidə olunmalıdır;
• Bundan əlavə ən azı 3 (əksər hallarda 4) əlavə simptom müşahidə olunmalıdır;
• Müşahidə olunan simptomların bir neçəsi əhəmiyyətli dərəcədə nəzərə çarpa bilər (əgər simptomlar çoxdursa, bu, mütləq kriteri hesab olunmur).
Ağır dərəcəli depressiv epizod (F32.2)
• Hər 3 əsas simptom müşahidə olunmalıdır;
• Bundan əlavə bir qismi ağır olmaqla 4 və ya daha çox əlavə simptom müşahidə edilir.
Depressiyanın müalicəsi
redaktəDepressiyanın iki əsas müalicə üsulu var: dərman müalicəsi və psixoterapiya.
Depressiyanın müalicəsində istifadə olunan psixoterapiya metodlarına koqnitiv-davranış psixoterapiyası, interpersonal (şəxslərarası) psixoterapiya və psixodinamik psixoterapiya aiddir[5].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Disease Ontology (ing.). 2016.
- ↑ 1 2 3 4 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- ↑ "Mental and behavioural disorders: Mood disorders World Health Organization". 2014-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-06.
- ↑ Bax "Scientific articles" ilə http://www.antipesticide.net Arxivləşdirilib 2021-11-25 at the Wayback Machine
- ↑ "Depressiya: əsas simptomlar, depressiya testi, onlayn konsultasiya, müalicə, psixoterapiya". 2017-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-06.