Meymun Selfisi - Wikipedia
Meymun selfisi (ing. Monkey selfie) - dişi Kəkilli əntər tərəfindən təbiət fotoqrafı Devid Sleyderin qurduğu avadanlıq istifadə edilərək çəkilmiş şəkillər seriyasıdır. Şəkillərin Wikimedia Commonsa qoyulması heyvanlar tərəfindən düzəldilən incəsənət əsərləri üzərində müəllif hüquqlarının saxlanılması barədə 2014-cü ilin ortalarındakı müzakirələrin mərkəzi oldu. Sleyderin şəkillər üzərindəki müəllif hüquqları barədə iddiası bir çox alimlər və təşkilatlar tərəfindən müzakirə edildi və müzakirələr müəllif hüquqlarının yaradıcıya məxsusu olduğuna və insan olmayan yaradıcının müəllif hüquqlarına sahib olmamasına əsaslanırdı. 2014-cü ilin dekabrında Birləşmiş Ştatlar Müəllif Hüquqları İdarəsi bəyan etdi ki, insan olmayanlar tərəfindən yaradılmış işlər Birləşmiş Ştatlar Müəllif Hüquqlarının mövzusu deyil.
Arxa plan
redaktə2011-ci ildə təbiət fotoqrafı Devid Sleyder Kəkilli əntərin şəklini çəkmək üçün İndoneziyaya getdi. O, hazırlaşarkən dişi makaka onun kamerası ilə birlikdə qaçdı. Çəkilmiş fotoların çoxu istifadəyə yaralı deyildi, ancaq bəziləri makakanın yaxşı çəkilmiş şəkilləri idi və Sleyter onları "Meymun selfisi" adlandırdı.[1] Sleyder şəkli Katers Xəbər Agentliyinə lisenziyalaşdırdı. Sleyder iddia etdi ki, o, kadrı "quraşdırıb" və dedi: 'Onların kamera ilə oynamaları üçün tək buraxmaq sənət bacarığı və ideya idi və hər şey mənim nəzarətimdə idi. Mən bilirdim ki, meymunlar bunu eləyə bilərlər və mən bunu proqnazlaşdırdım. Mən bilirdim ki, burada şəklin çəkilməsi ehtimalı var".[2]
Məhkəmə
redaktə2015-ci ildə İnsanlar Heyvanlar ilə Etik Davranış üçün hərəkatı alınan fotoların hüquqi sahibi onlar Naruto adlandığı meymun olduğu iddia edib, işi məhkəməyə veriblər. 2016-cı ildə ABŞ müəllif hüquqları haqqında qanunun əsasında çıxan San Fransisko federal məhkəməsinin qərarına görə heyvanların müəllif hüquqları ola bilməz.[3]
İstinadlar
redaktə- ↑ "Photographer 'lost £10,000' in Wikipedia monkey 'selfie' row". BBC News. August 7, 2013. July 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 7, 2014.
- ↑ Masnick, Mike. "Monkeys Don't Do Fair Use; News Agency Tells Techdirt To Remove Photos". Techdirt. July 3, 2011. 1 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 June 2014.
- ↑ "Monkey selfie case: judge rules animal cannot own his photo copyright". theguardian.com. January 7, 2016. 16 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 January 2016.