Morskie Oko Golu - Wikipedia
Morskie Oko (pol. Morskie Oko; slovak. Morské oko, "Dəniz gözü"; mac. Halas-tó, "Balıqlı göl")) — Polşanın cənubunda, Malopolski voyevodluğunda yerləşən göl. Tatra dağlarında yerləşən dərinliyinə görə dördüncü böyük göl. Morskie Oko gölü Tatra milli park ərazisininin Rıbıy Potok çayı dərəsində yerləşir.
Morskie Oko gölü | |
---|---|
pol. Morskie Oko | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1395 m |
Eni | 0.566 km |
Uzunluğu | 0.862 km |
Sahil uzunluğu | 2.450 km |
Sahəsi | 0,3493 km² |
Həcmi | 0,009935 km³ |
Dərin yeri | 50,8 m |
Yerləşməsi | |
49°17′50″ şm. e. 20°03′15″ ş. u.HGYO | |
Ölkə | Polşa |
Yerləşməsi | Tatra dağları |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəGölü əhatə edən dağların hündürlüyü 1000 metrdən yüksəkdir; Rısı zirvəsi (2499 m) polşa Tarasının ən yüksək zirvəsidir. Bundan başqa ərazidə Menquşoves (2438 m) və Mnix (2068 m) zirvələridə gölü əhatə edir. Gölü avropa şamı ağacları meşəsi əhatə edir.[1]
Keçmişdə göl "Balıqlı göl" adı ilə məşhur idi. Məhs zəngin balıq ehtiyatına malik olması bu adın verilməsinə səbəb olmuş. Gölün şəffaf sularına diqqət yetirsək asanlıqla forel balıqlarını görmək olar. İndiki ad isə mövcud olan əfsanə ilə əlaqədardı: Göl yer altı kanalla dənizlə əlaqəyə malikdir[2].
Göl kənarında polşa turizm cəmiyyətinin xüsusi daxması yerləşir. Tikili dəniz səviyyəsindən 1405 metr yüksəklikdə tikilmiş və o bu bölgədə ən qədim tikili hesab olunur. Tikili tarixi abidə kimi qorunur.
Morskie Oko bölgənin ən görməli yerlərindən biridir. İl ərzində buranı 50 000 turist ziyarət edir. Gölə çatmaq üçün ən yaxın yoldan piyada 2 saat vaxt lazım. Atlarla səyahətə daha çox üstünlük verilir. Yerli əhali olan Qorallar bələdçilik edir. Qış aylarında gediş gəliş çığ hadisələrinə görə azalır. Göldə çimmək və balıqları yemləmək qadağandır.
Tarixi
redaktəMorskie Oko haqqında ilk tarixi sənəd 1575-ci ilə aiddir. XIX əsrin sonlarında Qalisiya və Macarıstan arasında gölün kimə məxsus olması ilə bağlı mübahisə yaranmış. Qrats şəhəri məhkəməsi polşa tərəfinin xeyirinə qərar çıxarmışdır. 1933-cü il Polşanın müstəqillik elan etməsindən sonra göl rəsmən polşa dövlətinə məxsusdur.
Şəkillər
redaktə-
Gölün panoraması
-
Qərb yamacdan gölün görünüşü
-
Morskie Oko qışda
-
Morskie Oko aprel ayında
-
Göl kənarında olan tarixi daxma
İstinadlar
redaktə- ↑ "Great Lakes Around the World". 2014-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-13.
- ↑ "TrekEarth photo with information". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-13.