Qis - Wikipedia
Qış – İlin dörd fəslindən biridir. Fəsil adətən hava tempraturunun aşağı olması ilə səciyyələnir. Yarımkürədən asılı olaraq, zaman-zaman ardıcıl yağıntılarla müşayiət olunan hava şəraiti ilə digər fəsillərdən fərqlənir.[1]
- Qış fəslinin xüsusiyyətləri
Qış üç uzun aydan ibarətdir: qarlı dekabr, şaxtalı, günəşli yanvar və çovğunlu, qəzəbli fevral. Qışda təbiət tüklü qarın ağ yorğanı altında etibarlı şəkildə gizlənərək şirin bir yuxuya qərq olur. Bəzi günlərdə şaxta olar, bəzən sükut yalnız meşədə bir budağın xırıltısı ilə pozular, digərlərində isə küləyin soyuq uğultusu ilə qar çovğunu hökm sürər.[2] Hər fəslin hər gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də "sahib olduğu" qar yağışıdır. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlanır. Qışı sevdirən digər bir cəhət də, bu fəsildə ən çox sevilən bayramlardan biri olan Yeni ilin keçirilməsidir.[3]
Təqvim
redaktəŞimal və cənub yarımkürələrində astronomik və təqvim qış fəsli | ||
---|---|---|
Təqvim | Astronomik | |
Şimal yarımkürəsi | 1 dekabr 27/28 fevral[4] | Qış gündönümü (21–22 dekabr) - yaz gecə-gündüz bərabərliyi (20–21 mart)[5] |
Cənub yarımkürəsi | 1 iyun — 31 avqust[6] | Yay gündönümü (20–21 iyun) - payız gecə-gündüz bərabərliyi (22–23 sentyabr)[5] |
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Qış" (az.). www.reading.ge. 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2023.
- ↑ "Зима". xn----8sbiecm6bhdx8i.xn. Archived from the original on 16 May 2023.
- ↑ "Qış fəslinin gözəllikləri". www.facebook.com. 16 may 2023 tarixində arxivləşdirilib.
- ↑ NOAA’s National Weather Service Glossary Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine.
- ↑ "Museum Victoria: The Sun and the Seasons". 2010-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-20.