Nizamname Kapitali - Wikipedia
Nizamnamə kapitalı— dövlət qeydiyyatından keçmiş təşkilatın təsis sənədlərində müəyyən edilmiş məbləğdir. Nizamnamə kapitalı hüquqi şəxsin kreditorlarının maraqlarını təmin edən əmlakının minimum məbləğini müəyyən edir.
Nizamnamə kapitalının funksiyaları
redaktə- Bölüşdürmə – şirkətin kimə və hansı nisbətdə məxsus olduğunu göstərir. Təsisçilərin hər biri nizamnamə kapitalına nə qədər sərmayə qoyubsa, pay da ona uyğun müəyyənləşdirilir.
- Zəmanət – şirkət iflas etdiyi təqdirdə, kreditorlar pullarının bir hissəsini geri qaytara bilirlər.
- Nüfuz – nizamnamə kapitalı nə qədər yüksək olsa, müştərilərin, maliyyə qurumlarının və biznes tərəfdaşların ona qarşı olan inamı da bir o qədər yüksək olur.[1]
Aşağı nizamnamə kapitalı hüquqi şəxsin etibarsız olduğu demək deyil. Hətta böyük şirkətlərin belə nizamnamə kapitalı minimum olur, lakin böyük nizamnamə kapitalı kontragentin şübhəsiz etibarlı olduğunu göstərir – əgər hər hansısa iddialarınız olsa, onları nizamnamə kapitalı hesabına kompensasiya edə biləcəksiniz[1].
Faktları
redaktəNizamnamə kapitalının olması – şirkətin dövlət qeydiyyatı üçün əsas şərtlərdən biridir[1].
Nizamnamə kapitalı zamanla artırıla və ya azaldıla bilər[1].
Nizamnamə kapitalı təkcə pulla deyil, həm də əmlak və ya qiymətli kağızlarla artırıla bilər, lakin nizamnamə kapitalının minimum məbləği həmişə pulla ödənilir[1].
Qurucunun təşkilatdakı payını bağışlamaq, satmaq və miras qoymaq hüququ var. Bu cür nüanslar nizamnamədə təsvir edilir. Bundan əlavə, şirkətin qurucusu istənilən vaxt işdən çıxa və digər quruculardan payını ala bilər[1].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Nizamnamə kapitalı nədir" (az.). banker.az. 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2023.