Ostalgiya - Wikipedia
Ostalgiya (alm. Ostalgie) — Alman mədəniyyətində Şərqi Almaniyadakı həyatı xarakterizə edən nostalgiya. Alman dilində Ost (şərq) və Nostalgie (nostalgiya) sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Kommunizm nostalgiyasında olduğu kimi, burada da çoxsaylı əsaslar var: ideologiya, millətçilik, sosial status və sabitliyin itirilməsinə görə qəmginlik, hətta ironiya.
Tarixi
redaktəOstalgiya mürəkkəb termin olub təkcə nostalgiya hissi kimi təsvir edilməməlidir. Ostalgiya Soyuq müharibənin tarixi ilə bağlı olduğuna görə, bu ifadəni tarix və Qərb cəmiyyətinə hazırkı təsiri kontekstində nəzərdən keçirmək daha doğru olardı; bununla da, ifadənin mənası daha aydın olacaq.
Başlıca fərqlər Şərqi və Qərbi Almaniyada iqtidarda olan partiyalarda özünü göstərirdi. İki tərəfin siyasət fərqi İkinci Dünya müharibəsindən sonra "bərpa" prosesinə dair strategiya idi. Qərbdə Marşal planına uyğun olaraq, kapitalist iqtisadi siyasət qəbul edilmişdi. Digər tərəfdən, Şərqi Almaniyada hakimiyyət Sovet İttifaqının kütləvi təzyiqi altında olmaqla, şəxs üzərində intensiv tələblər qoyan daha radikal iqtisadi siyasətə tabe idi. Odur ki, iki dövlət arasındakı fərqlər ilk növbədə iqtisadi sistemin seçilməsində müşahidə olunurdu. Soyuq müharibənin geniş fonunda iki Alman cəmiyyətinin və onların xalqının quruluşu bir-birindən fərqlənirdi. Həm Şərq, həm də Qərb almanlarının eyni dili və tarixi paylaşdıqlarına baxmayaraq, şəxsiyyətləri tamamilə müxtəlif sosial həyatlara malik olan ölçüdə dəyişmişdir. Şərqi və Qərbi Almaniya arasındakı fərqlər yenidən birləşmədən əvvəl aşkar görünürdü.[1]
1989-cu ildə Berlin divarının dağıdılması və ardınca bir il sonra Almaniyanın yenidən birləşməsi ilə, Almaniya Demokratik Respublikasının simvollarından bir çoxu aradan qaldırıldı. Demək olar ki, ADR markalı (Alman dilndə DDR) bütün məhsullar mağazalarda yoxa çıxmış və Qərbi Almaniya məhsulları ilə əvəz edilmişdi. Lakin bir müddət sonra Şərqi Almanların bir çoxu keçmiş həyatlarının (mədəniyyət, eləcə də tanınmış brend markalar kimi) az-çox həsrətini çəkməyə başladılar. Odur ki, ostalgiyanı daha çox yenidən birləşmədən sonra aradan qalxmış köhnə ADR-də müntəzəm gündəlik həyat və mədəniyyətlə bağlı nostalji ilə əlaqələndirirlər.[2]
Termin 1992-ci ildə Şərqi Almaniya kabare sənətçisi Uve Ştaymle tərəfindən yaradılmışdır.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Mary Fulbrook, Ossis and Wessis: the creation of two German societies, German History since 1800 (p.411-431), John Breuilly, Arnold, London
- ↑ Berdahl, Daphne (1999), Ostalgie for the Present: Memory, Longing and East German Things, in Ethnos Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine (pdf)
- ↑ "Ostalgiker Uwe Steimle bezeichnet sich als Kleinbürger". Hannoversche Allgemeine Zeitung (alman). 12 October 2012. 10 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2016.
Xarici keçidlər
redaktə- "Ostalgie", post from The New York Times
- "Ostalgie" discussion on H-German
- Kristen R. Ghodsee, "Red Nostalgia? Communism, Women's Emancipation, and Economic Transformation in Bulgaria."