Trabant - Wikipedia
Trabant — Almaniya Demokratik Respublikasıda istehsal edilmiş avtomobil markası.
Trabant | |
---|---|
Trabant | |
Ümumi məlumatlar | |
İstehsalçı |
VEB Sachsenring Automobilwerke ADR |
İstehsal ili | 1957–1991 |
Yığım | Çvikau |
Sinfi | çox kiçik/ Kleinwagen |
Dizayn | |
Ban tipi |
sedan, ikiqapılı; universal, ikiqapılı; pikap; Kübel; |
Quraşdırılma | köndələninə yerləşdirilmiş mühərrikli ön ötürücülü |
Güc xüsusiyyətləri | |
Mühərrik |
2-taktlı, 2-silindirli; 500 və ya 600 sm³. |
Transmissiya | dördpiləli mexaniki |
Qabariti | |
Uzunluğu | 3361–3600 mm |
Eni | 1493 mm |
Hündürlüyü | 1460 mm |
Klirens | 155 mm |
Təkər bazası | 2020 mm |
Arxa təkər çevrəsi | 1255 mm |
Ön təkər çevrəsi | 1206 mm |
Kütləsi | 620–660 kq |
Dinamika | |
Maksimal sürət | 100 km/saat |
Bazarda | |
Bənzər modellər |
Goggomobil Lloyd 250 Saab 92 Goliath GP 700 V BMW 600 |
Digər | |
Bakın tutumu | 26 l. |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi arayış
redaktəMüharibədən çıxmış ADR-in hökuməti maya dəyəri ucuz olan bir avtomobil hazırlamaq niyyətinə düşür. Mühəndislər işə girişir və avtomobillə motosikletin qarışığı olan bir mikroavtomobil meydana çıxır.
4 nəfər sərnişin tutumu olan ilk "Trabant P50" 1959-da satışa çıxarılır. Qabaq intiqallı, müstəqil asqılı, mühərriki eninə yerləşdirilmiş bu avtomobil o dövr üçün texnoloji yenilik hesab olunurdu. 1964-cü ildə satışa çıxarılan "P601" isə tarixə "Trabi" kimi düşdü.
Texniki göstəricilər
redaktəAvtomobildə hər şey qənaətə hesablanıb. Müharibədən sonra qara metal qıtlığı yaşayan ölkədə avtomobilin karkası duroplast deyilən materialdan hazırlanır. Duroplast pambıq, İpək və hətta (bəzi vaxtlarda) kağız lifləri ilə möhkəmləndirilmiş təkrar emal məhsullarından alınan sərt rezindir. Bu material qəza zamanı sərnişinləri qorumur. Zərbə zamanı şüşə kimi parçalanan bu materialı təkrar emal etmək də mümkün deyil. Bu səbəbdən 90-cı illərin sonunda avtomobil qəbiristanlıqlarındakı Trabantların karkasına materialı parçalamaq üçün xüsusi bakteriyalar yerləşdirdilər.
Avtomobilə 2 taktlı 2 silindrli mühərrik yerləşdirən istehsalçı burda da qənaət etməyi yaddan çıxarmayıb. Mühərrikdə yanacaq, yağ və su nasosları, mərkəzi yağlama sistemi yoxdur. Yanacaq karbüratora motosikletdəki kimi yerin cazibə qüvvəsi sayəsində daxil olur. Avtomobilin asqısı da özünə uyğundur, lakin tormoz sistemi çox effektlidir. Mühərriklə tormozlamanın demək olar ki mümkün olmadığı bu avtomobilin bütün təkərləri barabanlı tormoz sistemi ilə təchiz olunub. Mühərrikin vibrasiyasına görə tez-tez boşalan qabaq panelin vintlərini də vaxtaşırı sıxmaq lazım gəlir. Göy və ya qara tüstü buraxmayan "Trabant"a isə rast gəlmək mümkün deyildi.
İstehsal ucuz başa gəlsə də, avtomobilin yanacaq sərfiyyatı hər kəsin büdcəsinə görə deyildi. Mühərrikin ekoloji tərəflərindən isə ümumiyyətlə danışmağa dəyməz.
Avtomobil çox sadə quruluşa malik olduğu üçün onu hər kəs ev şəraitində təmir edə bilərdi. İstehsalçı öz məhsuluna alman deyil, sovetə xas münasibət göstərmişdir (ruslar öz texnikalarını belə xarakterizə edirlər – kobuddur, ağırdır, amma etibarlıdır). Texnologiyanın köhnəlməsi nəticəsində istehsalın maya dəyəri aşağı düşsə də, keyfiyyət də bərbad vəziyyətə gəlirdi. Avtomobili zavoddan çıxmazdan qabaq bir mütəxəssis çəkic və ya təpiklə vuraraq texniki baxışdan keçirirdi. Avtomobilin qapıları cəmi bir neçə ay normal örtülürdü. İstismar təlimatında göstərilirdi ki, alandan bir müddət sonra və ildə ən azı bir dəfə avtomobilin bütün detalların bərkitmək lazımdır.
"Trabant" həm də sosialist Almaniyasındakı texnoloji geriliyinin göstəricisi idi.
Zamanında aavtomobilə sahib olmaq üçün bəzən 5 il növbəyə durmaq lazım gəlirdi. "Trabant"a sahib olmaq keçmiş SSRİ-də QAZ-24-ə sahib olmaqla müqayisə edilə bilərdi.
1957-1991-ci illərdə 3.051.385 ədəd istehsal olunmuş "Trabant"dan 2007-ci ilin sonuna təqribən 52 000 ədəd qalmışdı. Almaniyanın birləşməsindən sonra, insanlar bu texnikadan kütləvi surətdə imtina etməyə başladılar. "Trabant"ın yeni modellərinin hazırlanması cəhdləri də iflasa uğradı. Bu gün avtomobilə muzeylərdə və "Trabant" həvəskarlarının kolleksiyalarında rast gəlmək mümkündür.
2009-cu ilin sentyabrında keçirilən Frankfurt - 2009 avtosalonundu isə elektrik mühərrikli "Trabant" təqdim olundu. Yeni "Trabi nT" adlı bu model 2012-ci ildə təqribən 20 min avroya satışa çıxarıldı.
Mənbə
redaktə- Trabant: Vahid və azad Almaniyanın simvolu Arxivləşdirilib 2010-07-13 at the Wayback Machine