Ovdan Balaxani - Wikipedia
Ovdan — Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə Balaxanı qəsəbəsində tikilmiş ovdan.[3] Ovdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[4]
Ovdan | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Balaxanı Bakı |
Yerləşir | Abdulvahab Salamzadə küçəsi[1] |
Tikilmə tarixi | XIV əsr |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 543[2] |
Kateqoriya | Ovdan |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəBalaxanı qəsəbəsində yerləşən ovdan şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə inşa olunub. Pilləkənlərin quruluşu Şirvanşahlar sarayında olduğu kimi, bir qədər hündürdür. Ehtimal olunur ki, Qum hamamı inşa edildikdən sonra ilk dövrlər Ovdandan götürülən su ilə təchiz olunub. Ovdan mənbəyindən su götürmək üçün 40 pilləkəni üzü aşağı düşmək lazımdır. Pilləkənlər lay daşlardan yonulub, düz su mənbəyinə qədər enir. Ovdanın çox az bir hissəsi torpağı üzərində, əsas hissəsi torpağın altındadır. Ovdanın girişindən su mənbəyinə qədər üzü aşağıya 15 metr məsafə var. Tikilinin yerin altındakı hissəsinin tağvari dəhliz şəklində olması üzərindəki torpaq qatı ağırlığının təzyiqi nəticəsində çökməsi ehtimalını heçə endirir.[5] Keçmişdə ovdan vasitəsilə Balaxanının içməli suya olan təlabatı ödənilib.[6]
Ovdan 1920-ci il aprel işğalına qədər əhali tərəfindən istifadə edilib. Sonrakı dövrlərdə isə baxımsız qalıb. 2019-cu ildə isə abidəni restavrasiya etməyə başlayıblar.[5]
Şəkilləri
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Ovdan". kataloq.gomap.az. 4 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2020.
- ↑ "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). mct.gov.az. 28 oktyabr 2015. 23 oktyabr 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 mart 2020.
- ↑ "Balaxanı qəsəbəsi". sabunchu-ih.gov.az. 4 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2020.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2 avqust 2001. 7 iyul 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 may 2022.
- ↑ 1 2 Elşən Məmmədəliyev. "Balaxanı Bakının Lahıcına çevrilir". musavat.com. 16 sentyabr 2019. 4 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2020.
- ↑ "Balaxanı yeni görkəmdə: Qum hamamı, insanı yormayan pilləkənlər". bakucity.az. 13 noyabr 2019. 4 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2020.