Penthouse - Wikipedia
Penthouse — ABŞ-nin kişilər üçün, 1965-ci ildə təsis edilmiş tanınmış erotik jurnal. ABŞ-dən başqa jurnal dünyanın bir çox ölkələrində dərc edilir. "Playboy"-dan əsas fərqi - erotik və seksual konteksdə daha da "açıq-saçıq" olmasındadır. ABŞ jurnalı pornoqrafik adlandırmışdı. Əsası Bob Quççione tərəfindən təsis edilmişdi[4]. Jurnal əvvəllər Penthouse Media Group adla tanınan FriendFinder Networks Inc. şirkətinə məxsusdur. Baxmayaraq ki, Quççione ABŞ vətəndaşıdır, jurnal 1965-ci ildə Böyük Britaniyanın nəşriyyat evlərində buraxılırdı və yalnız 1969-cu ildən ABŞ-də satışa buraxıldı. Jurnalın məşhurluğun pik dönəmində, Quççione ABŞ-nin ən varlı adamlarından sayılırdı. Bir dəfə o Forbes siyahısında ABŞ-nin 400 ən varlı insanlarının içərisinə daxil edilmişdi (1982-ci ildə onun gəlirləri 400 mln $ təşkil edirdi[5]). New York Times qəzetinin məqaləsində qeyd edilmişdir ki, Penthouse'un aktivləri 30 il ərzində 3,5—4 mlrd $ qədər artmışdı və bu jurnala yarım milliard civarında təmiz qəlir gətirirdi[6].
Penthouse | |
---|---|
Baş redaktor | Marc H. Bell[1] |
Növ | kişilər üçün aylıq jurnal |
Format | A4 |
Tiraj | 109,792[2] |
Təsis tarixi | 1965 |
Şirkət |
Böyük Britaniya ABŞ |
Ölkə | |
Dil | ingilis dili |
ISSN | 0090-2020 |
penthouse.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Penthouse jurnalının amerikan versiyasının üz qabığında çəkilən ilk fransız model qadın 2002-ci ildə Klara Morqan idi, o vaxt o pornoaktrisa kimi çalışırdı.
Jurnal üçün həmçinin bir çox tanınmış rus ulduzları da çəkilmişdilər, məsələn Maşa Rasputina[7]. İlona Selina[8], Viktoriya Bonya[9], Yuliya Takşia və digərləri.
Beynəlxalq versiyalar
redaktə2010-cu ilin oktyabr ayı üçün
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ GMCI Internet Operations, Inc., Marc H. Bell - Chief Executive Officer Arxivləşdirilib 2011-12-02 at the Wayback Machine, Penthouse Media Group Inc. corporate officers, 2006
- ↑ "ABC". 2012-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-26.
- ↑ 1 2 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 0090-2020
- ↑ "Умер основатель журнала Penthouse". 2010-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-26.
- ↑ "NY Times, September 25, 2005, Don't Blink. You'll Miss the 258th-Richest American, By NINA MUNK". April 18, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 26, 2013.
- ↑ NY Times, April 8, 2002, Cybersmut and Debt Undermine Penthouse, By DAVID CARR
- ↑ "Маша Распутина" (ingilis). 2010-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-09.
- ↑ "Илона Селина для Penthouse". 2013-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-26.
- ↑ "Виктория Боня приняла участие в конкурсе "мокрых купальников"". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-26.
- ↑ "Arxivlənmiş surət". 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-26.