Qendab Quliyeva - Wikipedia
Qəndab Həbib qızı Quliyeva (10 avqust 1949, Dilağarda, Füzuli rayonu, Azərbaycan SSR – 26 iyun 2017, Bakı, Azərbaycan) — müğənni, aktrisa. Azərbaycan Respublikasının xalq artisti (1992).[1] Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005)
Qəndab Quliyeva | |
---|---|
Quliyeva Qəndab Həbib qızı | |
Doğum tarixi | |
Doğum yeri | Dilağarda, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Ürək çatışmazlığı, Böyrək çatışmazlığı |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Fəaliyyəti | aktrisa, müğənni |
Mükafatları |
Həyatı
redaktəQuliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur. 1976–1980-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991–1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. İlk muğam müəllimi Nəriman Əliyev olmuşdur.
Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs almış və onun sənətini təkmilləşdirmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərmişdir. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Ərəbzəngi (Müslüm Maqomayev – "Şah İsmayıl"), Şahcənəm (Zülfüqar Hacıbəyov – "Aşıq Qərib"), Gülbahar (Şəfiqə Axundova – "Gəlin qayası"), Xanəndə qız (Ramiz Mustafayev – "Vaqif") rollarını yaratmışdır.
Qəndab Quliyeva bir çox xarici ölkələrdə – Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olmuş, Azərbaycan muğam sənətini inkişaf etdirmişdir. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir. Onun ifasında "Xaric Segah", "Şahnaz", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Şur" muğamlarının səsyazıları AzTR Fondunda saxlanılır.
Xanəndənin ifasında "Çahargah" muğamının səsyazısı isə Fransada "Muğam antologiyası" CD diskinə daxil edilmişdir. Qəndab Quliyeva pedoqoji fəaliyyətlə də məşğul olur. Azərbaycan Dövlət və Mədəniyyət Universitetində muğamatdan dərs deyir.
Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini bitirmişdir (1980). 1982 ildən Azərbaycan Opera və Balet Teatrının solistidir.
Q.Quliyeva 1992 ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb, 2005 ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb
Müğənni, aktrisa, Azərbaycan Respublikasının xalq artisti Qəndab Quliyeva uzun illər ürək və böyrək çatışmazlığından əziyyət çəkirdi. O, 2017-ci ilin fevral ayından sonra infarkt və 3 dəfə insult keçirmişdir. O, 16 iyun 2017-ci ildə səhhətindəki problemlərə görə, Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilmişdir. Sonradan sənətkar süni nəfəs aparatına qoşulmuşdur. Aparılan müəlicələrə baxmayaraq, Qəndab Quliyeva 26 iyun 2017-ci ildə vəfat etmişdir.[2] Xalq artisti vəsiyyətinə görə, Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunmuşdur.
Partiyaları
redaktəLeyli, Əsli, ("Leyli və Məcnun", "Əsli və Kərəm"; Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl", Müslüm Maqomayev), Şahsənəm ("Aşıq Qərib", Zülfüqar Hacıbəyov), Xanəndə qız ("Vaqif", Ramiz Mustafayev), Gülbahar ("Gəlin qayası", Şəfiqə Axundova) və s.
Repertuarında muğamlar
redaktə(Şahnaz, Çahargah, Bayatı-Şiraz, Qarabağ şikəstəsi, Mahur-Hindi, Heyratı və s.), xalq mahnıları ("Apardı sellər Saranı", "Qaçaq Nəbi", "Gül açdı", "Bağçada güllər", "Əlində sazın qurbanı", "Qara xal yar") və Azərbaycan bəstəkarlarının mahnıları geniş yer tutur.
Xarici ölkələrdə (Yaponiya, Almaniya, Finlandiya, Avstraliya, İsveç, Kanada, Əfqanıstan, Tunis, Əlcəzair, İraq və s.) çıxış etmişdir.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "M.F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının bir qrup əməkdaşına "Azərbaycan Respublikasının xalq artisti" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 1992-ci il tarixli, 320 nömrəli Fərmanı Arxivləşdirilib 2023-05-25 at the Wayback Machine (az.)
- ↑ "Görkəmli sənətkar Qəndab Quliyeva dünyasını dəyişib". 2017-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-26.