Qezenfer Agayev Dovlet Xadimi - Wikipedia
Qəzənfər Ağayev (tam adı: Qəzənfər Arif oğlu Ağayev; 2 noyabr 1961, Naxçıvan) — azərbaycanlı dövlət xadimi; Yardımlı rayonunun İcra Hakimiyyətinin Başçısı (2006), Masallı rayonunun İcra Hakimiyyətinin Başçısı (2006–2012), Astara rayonunun İcra Hakimiyyətinin Başçısı (2012—).
Qəzənfər Ağayev | |
---|---|
Vəzifədədir | |
14 aprel 2012-ci ildən | |
Əvvəlki | Taleh Qaraşov |
30 sentyabr 2006 – 14 aprel 2012 | |
Əvvəlki | Oqtay Əliyev |
Sonrakı | Rafil Hüseynov |
24 mart 2006 – 30 sentyabr 2006 | |
Əvvəlki | Süleyman Mikayılov |
Sonrakı | Xəzər Aslanov |
2005 – 2006 | |
Başçı | Süleyman Mikayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 noyabr 1961 (63 yaş) |
Doğum yeri | |
Təhsili | |
|
|
Təltifləri |
Həyatı və Ali təhsili
redaktəQəzənfər Ağayev 1961-ci il noyabr ayının 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Qəzənfər Ağayev Azərbaycan Texnologiya Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almışdır.
Əmək fəaliyyəti
redaktəQəzənfər Ağayev 1984–1986-cı illərdə Naxçıvan şəhərində inşaat trestində, 1987–1990-cı illərdə isə Naxçıvan Şərab Emalı Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır.
1994–2000-ci illərdə "Xal-xal" Kommersiya Firmasının rəhbəri olan Qəzənfər Ağayev, 2000–2005-ci illərdə Vergilər Nazirliyində bir sıra rəhbər vəzifələrdə çalışmışdır.
Qəzənfər Ağayev 2005-ci ildən 2006-cı ilə qədər Yardımlı rayonunun icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin 24 mart 2006-cı il tarixli Sərəncamı ilə Qəzənfər Ağayev Yardımlı rayonunun icra başçısı vəzifəsinə təyin edilib.[1] O, 30 sentyabr 2006-cı il tarixli Sərəncama əsasən isə tutduğu vəzifədən azad edilib.[2]
Azərbaycan Prezidenti İlham Əliyevin 30 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Qəzənfər Ağayev Masallı rayonunun icra başçısı vəzifəsinə təyin edilib.[3] O, 14 aprel 2012-ci il tarixli Sərəncama əsasən isə tutduğu vəzifədən azad edilib.[4]
Azərbaycan Prezidenti İlham Əliyevin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Qəzənfər Ağayev Astara rayonu icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.[5]
Ailəsi
redaktəQəzənfər Ağayev ailəlidir, 2 övladı var.
İstinadlar
redaktə- ↑ "Qəzənfər Arif oğlu Ağayevin Yardımlı rayonunun icra başçısı vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin 24 mart 2006-cı il tarixli 1364 nömrəli Sərəncamı (az.)". www.e-qanun.az. 20.06.2019. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.
- ↑ "Qəzənfər Arif oğlu Ağayevin Yardımlı rayonunun icra başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Prezidentinin 30 sentyabr 2006-cı il tarixli 1701 nömrəli Sərəncamı (az.)". www.e-qanun.az. 20.06.2019. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.
- ↑ "Qəzənfər Arif oğlu Ağayevin Masallı rayonunun icra başçısı vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin 30 sentyabr 2012-ci il tarixli 1702 nömrəli Sərəncamı (az.)". www.e-qanun.az. 20.06.2019. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.
- ↑ "Qəzənfər Arif oğlu Ağayevin Masallı rayonunun icra başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Prezidentinin 14 aprel 2012-ci il tarixli 2170 nömrəli Sərəncamı (az.)". www.e-qanun.az. 20.06.2019. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.
- ↑ "Qəzənfər Arif oğlu Ağayevin Astara rayonunun icra başçısı vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin 14 aprel 2012-ci il tarixli 2170 nömrəli Sərəncamı (az.)". www.e-qanun.az. 20.06.2019. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.