Qanuni Sultan Suleyman Bulagi - Wikipedia
Qanuni Sultan Süleyman Bulağı — Bulaq klassik üslubda üç qanadlı daşdan inşa edilmişdir. Qanuni Sultan Süleyman, 1566-cı ildə, Zigetvar səfərinə çıxarkən Kurşunlu Han və Qanuni Sultan Süleyman Körpüsü ilə birlikdə Memar Sinan tərəfindən inşa edilmişdir. Hələ də içmə və istifadə etmə suyu baxımından fəal vəziyyətdədir. Bulağın yanında Sokullu Mehmet Paşa Məscidi yer alır.
Bulaq llassik üslubda üç qanadlı kəsmə daşdan inşa edilmişir. Orta qanad digərlərinə nəzərən bir az daha geniş və yüksəkdir. Yan qanadlar orta hissəyə görə bucaqlı olaraq geridə qalmaqdadır. Beşik tonozu xatırladan bir üst örtüyü vardır. Üç hissəni birləşdirən sadə bir lülə vardır. Kilid yaşlarında bir rozet olan iti kəmərli nişlər halındakı qanadların içərisinə kiçik ayna daşları yerləşdirilmişdir. Basıq iti kəmərlərin üzəngi daşları daxili hissədən yivlidir. Mərkəzdə iştirak edən iti kəmərli nişin içərisində, iki yanında dalğalı kaşkəmər motivi və təpəsində yanlardakinə görə daha kiçik kəmər motivi içində bir rozet olan iki sətirlik 68X123 smlik daş üzərinə həkk ilə Kartuşlar içərisinə alınmış sülüs yazım texnikası ilə yazılmış kitabəsi yer almaqdadır.
Kitabədə Kartuşlar arasında qalan boşluqlar bitki bəzəmələrlə doldurulmuşdur. Kitabənin ayna daşında yenə qabartma şəklində kəmər motivi və dairəvi qabartma ortasında burması var. Aynanın xaricinin iki yanında daha kiçik basma bir mərmər plaka görülməkdədir. Yan qanadlarda qabartmalı bir ayna daşı və burmaları görülməkdədir.