Qarabagda Rusiya Sulhmeramlilarinin Olumu - Wikipedia
Qarabağda Rusiya sülhməramlılarının ölümü — 20 sentyabr 2023-cü ildə Qarabağda yerləşən Canyataq kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin hücumu nəticəsində 5 Rusiya sülhməramlısının həlak olması.[1][2][3] Həlak olanlar arasında sülhməramlı kontingentin komandirinin müavini, birinci dərəcəli kapitan İvan Kovqan var idi.[4][5] Hadisə Qarabağda toqquşmalar və Azərbaycanın əməliyyatları zamanı baş tutmuşdur.[6][7]
Qarabağda Rusiya sülhməramlılarının ölümü | |||
---|---|---|---|
2023-cü ildə Qarabağda döyüşlər | |||
Tarix | 20 sentyabr 2023 | ||
Yeri | Canyataq, Tərtər rayonu, Azərbaycan | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
Zəmin
redaktəİkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri 5 il müddətinə atəşkəs bəyanatı imzalamışdılar. Bu sazişə əsasən, regionda təhlükəsizliyin təmin edilməsi üçün Qarabağ ərazisində Rusiya sülhməramlı kontingenti yerləşdirilməli idi.[8]
Azərbaycan və Ermənistan arasında münasibətlər 2022-ci ildə, avqustda baş verən toqquşmalardan və Xankəndi–Laçın yolunda aksiyalardan sonra kəskin şəkildə gərginləşmişdir.[9][10]
Azərbaycan Silahlı Qüvvələri 19 sentyabr 2023-cü ildə Qarabağda hərbi əməliyyata başlamışdır.[11]
Hadisələr
redaktə20 sentyabr 2023-cü il tarixində Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən 5 Rusiya sülhməramlısının olduğu avtomobil atıcı silahlardan atəşə tutulmuşdur. Maşında olan hərbçilərin hamısı həlak olmuşdur.[12]
Reaksiyalar
redaktəİlkin olaraq Azərbaycan və Ermənistan tərəfləri baş verənlərlə bağlı şərh verməmişdilər.[8] Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaharova bildirmişdir ki, Rusiya sülhməramlıları "regionda sülh naminə zərbəni üzərinə götürüblər".[13] Hadisənin başvermə səbəblərini araşdırmaq üçün Azərbaycan və Rusiyanın istintaq orqanları hadisə yerində çalışmalar aparmışdır. Baş verən hadisə ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı vermişdir.[14]
21 sentyabrda Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olmuş, söhbət zamanı Əliyev Rusiya sülhməramlılarının ölümü ilə bağlı Putinə başsağlığı vermiş, hadisə ilə bağlı hərtərəfli araşdırma aparılacağını və cavabdehlərin məsuliyyət daşıyacağını bildirmişdir. Azərbaycan Prezidenti həmçinin, həlak olanların ailələrinə maddi yardım göstərməyə hazır olduğunu bəyan etmişdir.[15]
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, hərbçilər "çətin relyef və dumanlı və yağışlı hava şəraiti ilə əlaqədar" Rusiya sülhməramlılarının idarə etdiyi avtomobili erməni silahlı birləşmələrinə aid olduğunu zənn etmişdilər. Azərbaycanın baş prokuroru hər iki faktla bağlı cinayət işi açmışdır.[16] Rusiya Müdafiə Nazirliyi məlumatında hadisənin baş verdiyi əraziyə cavabdeh olan Azərbaycanın Ordu Korpusunun komandirinin tutduğu vəzifədən azad edildiyini bildirdi.[17] Məlumatda həm də hadisəni törədən hərbçilərin də saxlandığı qeyd edilmişdir.[18] Hadisədən dərhal sonra "Yeni Müsavat" qəzeti 1-ci Ordu Korpusunun Komandiri Qiyas Abbasovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı xəbər tirajlasa da, bir müddət sonra həmin məlumat Azərbaycan KİV-lərdən silinmişdir.[19]
İstinadlar
redaktə- ↑ RFE/RL. "Top Russian Officer Among Troops Killed During Azerbaijan's Attack On Nagorno-Karabakh". RadioFreeEurope/RadioLiberty (ingilis). 2023-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ "Алиев извинился за гибель российских военных в Карабахе. Среди погибших — замкомандующего миротворческого контингента". BBC News Русская служба (rus). 2023-09-21. 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ "Ильхам Алиев принес извинения Путину за убийство российских миротворцев. Что ответил Путин — в сообщении Кремля не говорится". Meduza (rus). 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ "В Карабахе при обстреле погиб замкомандующего российскими миротворцами". fontanka.ru - новости Санкт-Петербурга (rus). 2023-09-21. 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ "В Карабахе погиб замкомандующего подводными силами Северного флота". Радио Свобода (rus). 2023-09-21. 2023-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ "Russia reports peacekeepers killed in Nagorno-Karabakh fighting". POLITICO (ingilis). 2023-09-20. 2023-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ Osborn, Andrew. "Questions about Russia's clout in ex-USSR grow after Karabakh crisis". Reuters (ingilis). 2023-09-22. 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ 1 2 "В Карабахе погибли российские миротворцы. Кого подозревают в нападении?". Lenta.RU (rus). 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ "Азербайджан проводит контртеррористическую операцию в Нагорном Карабахе. Сообщается о массированных артобстрелах". BBC News Русская служба (rus). 2023-09-19. 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ "«Очень сильная эскалация»: эксперты о текущем обострении и будущем Карабаха". BBC News Русская служба (rus). 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ "Азербайджан начал большую войну с Арменией? Что будет делать Запад? На чьей стороне Россия (и важно ли это)? Нагорный Карабах. Ответы на главные вопросы". Meduza (rus). 2023-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ "Минобороны РФ: в Карабахе погибли российские миротворцы". fontanka.ru - новости Санкт-Петербурга (rus). 2023-09-20. 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ "Захарова: погибшие в Карабахе миротворцы России приняли на себя удар ради мира в регионе". TACC. 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Müdafiə Nazirliyi: Rusiya Sülhməramlı Kontingentinə məxsus avtomobil atəşə tutulub, ölənlər var". www.azertag.az (az.). 2023-09-20. 2023-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2023.
- ↑ "Алиев извинился перед Путиным из-за гибели миротворцев в Карабахе". Lenta.RU (rus). 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ "Азербайджан заявил о гибели шести российских миротворцев в Нагорном Карабахе". Forbes.ru (rus). 2023-09-21. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ Информационное Агентство URA. "Командир корпуса ВС Азербайджана отстранен после гибели россиян в Карабахе". www.ura.news (rus). 2023-09-20. 2023-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2023.
- ↑ Новостной Канал Первого. "Подозреваемые в гибели российских миротворцев в Нагорном Карабахе арестованы". www.1lurer.am (rus). 2023-09-22. 2023-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2023.
- ↑ Milli.az xəbər saytı. "8 rus hərbçisinin ölümünə görə Korpus Komandiri işdən çıxarıldı". www.milli.az (az.). 2023-09-20. 2023-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2023.
Azərbaycan portalı Rusiya portalı |