Xankendi Lacin Yolunda Aksiyalar - Wikipedia
Xankəndi–Laçın yolunda aksiyalar — 2022-ci il dekabrın 12-də səhər saatlarından etibarən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyaları.[1]
Xankəndi–Laçın yolunda aksiyalar | |
---|---|
Tarix | 12 dekabr 2022 |
Yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Zəmin
redaktə2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi, lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmadı. Hadisələr etirazlara və uzunmüddətli aksiyalara səbəb oldu.[2]
Xrolonogiya
redaktə12 dekabr, 1-ci gün
redaktəBir qrup azərbaycanlı QHT nümayəndələri, azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz məqsədi ilə Xankəndi-Şuşa-Laçın yolunu bağlayaraq etiraz aksiyası keçirməyə başladı.[3] Həmin zaman sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı "Report" İnformasiya Agentliyinə məxsus avtomobilə avtomatın qundağı ilə zərbə yedirib.[4] Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb etdilər[5] və problem həll olunana qədər burada qalacaqlarını bildirdilər. Bundan sonra ərazidə xidmət aparan Rusiya sülhməramlıları etiraz aksiyasının keçirildiyi əraziyə əlavə hərbi texnika cəlb etdi.[6] Əlavə hərbi texnikanın cəlb edilməsinə cavab olaraq etirazçılar tərəfindən Azərbaycan himni səsləndirildi[7] və ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləməyə başladılar. Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. FHN aksiya iştirakçıları üçün çadırlar aparır.[8] Bundan sonra Azərbaycan tərəfi etirazçılar üçün qurulmuş çadırlara isti yemək çatdırılmasına başladı.[9] Ermənistanın baş naziri Nikol Paşinyan isə öz növbəsində Azərbaycan ordusunun Xankəndiyə hücuma hazırlaşdığını iddia edərək, beynəlxalq ictimaiyyətin buna ciddi yanaşmalı olduğunu açıqladı. Bundan sonra erməni mətbuatı Xankəndidə yaşayan ermənilərin geniş aksiyaya hazırlaşdığı barədə məlumatlar yayımladı. Bir qədər sonra Rusiya prezidenti Vladimir Putin həm Azərbaycan prezidenti İlham Əliyevlə həm də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqəsinə çıxdığı, Xankəndi-Laçın yolunda baş verənləri müzakirə etdiyi bildirildi. Erməni mətbuatında, Xankəndidəki ermənilərin də əraziyə gəlmək istədiyi, lakin polis tərəfindən qarşılarının kəsildiyi məlumatları yer aldı.
13 dekabr, 2-ci gün
redaktəAksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb etməyə davam etdilər.[10] Bakıdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axını başladı.[11] Aksiya iştirakçıları səsucaldıcılarla "Volkov, cavab ver!", "Ekoloji terrora son!" şüarlarını səsləndirməyə başladılar.[12] Sülhməramlıların üzərindəki iriçaplı silahlar, xüsusilə RPQ-7 və pulemyot mülki aksiya keçirən etirazçıların narahatlığına səbəb oldu.[13] Aksiya iştirakçılarının qarşısını kəsən Rusiya sülhməramlıları ərazidə modul tipli kazarmalar quraşdırmağa və əraziyə işıq generatorları gətirməyə başladı.[14] Buna cavab olaraq, aksiyaçılar, "Əsgər Marşı" oxumağa başladılar.[15] Axşam saatlarına yaxın, aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün əraziyə Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçiləri ilə yanaşı, polislər də cəlb edildi. Aksiya iştirakçılar polislərin əraziyə gəlişini alqışlarla qarşıladı və "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Yaşasın Azərbaycan!" şüarları ilə aksiyanı davam etdirdilər.[16] Gecə saatlarına doğru aksiya iştirakçılarının sayı bir qədər də artdı.[17]
14 dekabr, 3-cü gün
redaktəHavanın soyuq olmasına baxmayaraq, Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam etdi.[13] Etiraz aksiyasında səsgücləndiricilər vasitəsilə vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.[13] Aksiyaçıların Rusiya sülhməramlılarının postlarında Azərbaycanın aidiyyəti qurumlarının əməkdaşlarının da xidmət aparmasını tələb ediblər.[18] Etirazçılar Qarabağ ermənilərinə məxsus mülki maşınların keçidinə şərait yaratmağa hazır olduqlarını bildiriblər.[18] Rusiya sülhməramlısının aksiyasının iştirakçısı ilə qısa dialoqunda "İnşallah, Qarabağ Azərbaycandır!" cümləsi diqqət çəkib.[18] Aksiya keçirilən ərazidən Rusiya sülhməramlılarına məxsus avtomobil maneəsiz hərəkət edib.[18] Aksiyada "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ən böyük əsgər, bizim əsgər!", "Qarabağ Azərbaycandır!", "Azərbaycan oyaqdır, sərvətinə sahibdir!" şüarları səsləndirilib.[18] Aksiya iştirakçıları tərəfindən havaya 44 ədəd göyərçin uçurulub.[18]
15 dekabr, 4-cü gün
redaktəEtirazçılar ərazidə quraşdırılan çadırlarda gecələyiblər.[19] Əraziyə Rusiya sülhməramlıları tərəfindən üç ədəd səsgücləndirici gətirilib.[19] Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 7 nəfərin yaralanması, bir nəfərin şəhid olması ilə bağlı aksiyada "Mina terroruna son!" şüarını səsləndirilib.[19] Aksiya iştirakçıları növbəti dəfə humanitar mövqe nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar.[19]
16 dekabr, 5-ci gün
redaktəRusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.[20] Etiraz aksiyasının iştirakçıları fləşmob təşkil ediblər.[20] Onlar ərazidə şamlarla "Stop ekoterror" yazıblar. Dinc aksiyanın iştirakçıları "Stop ekoterror"yazısının ətrafında bayraqlarla durublar.[20] Rusiya sülhməramlılarının və aksiya iştirakçılarının dünya çempionatı oyununu izləməsi üçün ərazidə iri monitor quraşdırılıb.[21]
18 dekabr, 7-ci gün
redaktəEtirazçılar və Rusiya sülhməramlıları Dünya Çempionatının Argentina və Fransa yığmaları arasındakı final oyununu monitordan izləyiblər.[22]
19 dekabr, 8-ci gün
redaktəEkofəallara dəstək olmaq məqsədilə mina terrorundan əziyyət çəkən vətəndaşlarımız da bu gün əraziyə gəliblər.[23] Rusiya sülhməramlılarına məxsus təchizat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.[23] Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb.[23] Aksiyaya iştirakçıları "Azərbaycan oyaqdır, sərvəti də dayaqdır", "Ekoloji terrora son", "Ekoloji cinayətə son", "Stop terror", "Ekoloji terrora yox" şüarları səsləndiriblər.[23] Etiraz aksiyasının iştirakçıları tar, kamança, skripka, qarmon və gitara ilə vətənpərvərlik ruhunda musiqilər, həmçinin "Qarabağ" təsnifi, "Sarı gəlin" və digər mahnılar səsləndiriblər.[23]
20 dekabr, 9-cu gün
redaktəBeynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus maşınlar və təcili yardım avtomobilinin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.[24] Etiraz aksiyasının iştirakçıları fləş-mob təşkil ediblər.[24] Aksiya iştirakçıları tərəfindən 884 ədəd Rubik kubundan ibarət olan "Save the ecology" yazılmış mozaik portret yığılıb.[24] Hava şəraiti nəzərə alaraq, QHT fəalları fasiləsiz dinc aksiya iştirakçıları üçün yolun kənarına çəlləklər gətiriblər.[24] Çəlləklərin içərisində isə tonqallar qalanıb.[24] Ərazidə havanın mənfi dörd dərəcə olmasına baxmayaraq aksiya davam etdi.[24]
21 dekabr, 10-cu gün
redaktəHava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqda davam etdi.[25] Gün ərzində dinc aksiya iştirakçıları davamlı olaraq vətənpərvərlik ruhunda musiqilər, həmçinin "Qarabağ", "Xudayar" təsnifləri və digər mahnılar ifa etdilər.[25]
26 dekabr, 15-ci gün
redaktəEtirazçılar günə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladılar. Qondarma Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri David Babayan bildirdi ki, yolun bağlı olması yerli əhali üçün "humanitar fəlakəti" yaxınlaşdırır. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu məsələyə münasibətində isə, Laçın yolunda etirazların, humanitar böhran təhdidi yaratması ilə bağlı iddiaların heç bir əsası olmadığını və Azərbaycan hökumətinin erməni sakinlərin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu bəyan etdi.[26]
27 dekabr, 16-cı gün
redaktəEtirazçılar səhəri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" kimi şüarlar səsləndiriblər.[27] Aksiyaçılar tərəfindən səhər saatlarında 2 ədəd,[28] günorta saatlarında isə 17 ədəd Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.[29]
Gürcüstanda isə azərbaycanlı gənclər ermənilərin Azərbaycanın Qarabağ iqtisadi zonasının Xankəndi ərazisində təbii sərvətlərin qanunsuz istismarına etiraz məqsədilə "Stop armenian ecocide" adlı aksiya keçiriblər. BMT-nin Tbilisidəki nümayəndəliyi qarşısında təşkil olunan aksiya Marneulidə fəaliyyət göstərən "Azərbaycan evi"nin təşkilatçılığı, "Alyans" Gənclər Mərkəzinin və Marneulidəki "Çay Evi"nin dəstəyi ilə reallaşıb. Aksiyada 150-dən çox gənc iştirak edib.[30]
28 dekabr, 17-ci gün
redaktəSülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkov ekofəalların qarşısına çıxmasa da erməni seperatçılarla danışıqlara başlayıb.[31]
30 dekabr, 19-cu gün
redaktəRusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.[32] Aksiya ərazisində Yeni il münasibətilə şam ağacı quraşdırılıb.[32]
31 dekabr, 20-ci gün
redaktəRusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.[33] Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Şuşadan keçən Xankəndi-Laçın yolunda etiraz aksiyasının ərazisində bayram konserti keçirilib.[33]
7 yanvar, 27-ci gün
redaktəAksiya başlayandan 7 yanvar tarixinə qədər 330-u Rusiya sülhməramlı kontingentinə məxsus, 3-ü təcili tibbi yardım və 31-i Beynəlxalq Qırmızı Xaç Komitəsinin olmaqla cəmi 364-dü avtomobil yolun hər iki istiqaməti üzrə keçid həyata keçirib.[34]
Azərbaycan mediasında sülhməramlıların yerli əhali üçün ərzaq daşıdığı, ermənilərin verdiyi məlumata cavab olaraq 120 min yox, 15-20 min əhalinin Xankəndində olduğu iddiaları irəli sürüldü.[35]
28 aprel, 138-ci gün
redaktəGünün birinci yarısında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında ekoloji aksiyanın iştirakçılarının bir qrupu ilə Azərbaycanın dövlət nümayəndələrinin dəvəti əsasında növbəti görüş keçirilib. Görüşdə aksiya iştirakçılarını təmsil edən 10 ekofəal iştirak edib. Görüşdə iştirakçılara aksiyanın dayandırılması təklif olunub.[36]
Saat 16:00 radələrində iştirakçıların bəyanatı oxunub:
Qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyası 138 gündür ki, davam edir.
Biz ötən müddətdə gecə-gündüz fasiləsiz keçirilən aksiyada təbii sərvətlərimizin talan edilməsi ilə bağlı şüarlar səsləndirmiş, beynəlxalq ictimaiyyət və təşkilatlardan Azərbaycan ərazilərində törədilən ekoloji cinayətlərə son qoyulmasını istəmişik. Gənc könüllülər və ekofəallar olaraq Azərbaycanın bu sahədə tələbini dünya ictimaiyyətinə çatdırmaqdan və öz haqlı mübarizəmizi aparmaqdan şərəf duyuruq! 138 gün ərzində minlərlə iştirakçının qatıldığı ekoloji aksiyada xalqımızın dəstəyini hər zaman hiss etmişik və bu dəstək bizi daha da ruhlandırmışdır. 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən suveren ərazimizdə, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması isə hər bir Azərbaycan vətəndaşı kimi bizi də qürurlandırır və sevindirir. Çünki sərhəd-nəzarət mexanizminin yaradılması yolda hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və hərəkətin təhlükəsizliyini təmin etməklə istənilən təxribatın qarşısının alınmasına yönəlib. Azərbaycan ərazilərində qanunsuzluğun qarşısının alınmasına yönəlmiş bu qətiyyətli addım həm də aksiya iştirakçılarının hədəflərinə qismən çatması deməkdir. Bildirmək istəyirik ki, biz ekofəallar və gənc könüllülər tələblərimizə qismən nail olduğumuzu, eləcə də dövlət nümayəndələri tərəfindən bizə dəfələrlə edilən müraciətləri nəzərə alaraq, 2023-cü il aprelin 28-də saat 18:00-dan etibarən etiraz aksiyamızı müvəqqəti dayandırmaq barədə qərar qəbul etmişik. Bəyan edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələblərimiz qüvvədə qalır və bu tələblər yerinə yetirilməyəcəyi halda aksiyanın yenidən bərpa olunması hüququnu öz üzərimizdə saxlayırıq! 138 gün ərzində bizə dəstək göstərən Azərbaycan vətəndaşlarına, ərazidə təhlükəsizliyimizin təmin edilməsində əməyi olanlara, sağlamlığımızın keşiyində duran könüllü tibb işçilərinə, aksiyamızın tələblərini dünya ictimaiyyətinə çatdıran yerli və xarici kütləvi informasiya vasitələrinə dərin təşəkkürümüzü bildiririk! Bir daha bəyan edirik: Ekocinayətə son! Azərbaycan oyaqdır, sərvətinə dayaqdır! Azərbaycan vahiddir, sərvətinə sahibdir! |
Bununla da, Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası saat 18:00-dan müvəqqəti dayandırılır.[36]
Reaksiyalar
redaktəDaxili
redaktə- Azərbaycan Xarici İşlər Nazirliyi "mülki nəqliyyatın hər iki istiqamətdə sərbəst hərəkət edə biləcəyini" deyərək blokadanı təkzib edib və "Qarabağda yaşayan etnik ermənilərin humanitar ehtiyaclarını ödəməyə hazır olduğunu" bildirib.[37][38]
- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Rusiya sülhməramlılarının Xankəndi-Laçın yolunda azərbaycanlı fəalların keçirdikləri aksiyaya mane olmaq cəhdlərini pisləyib.[39]
- Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev yolun azərbaycanlı etirazçılar tərəfindən deyil, sülhməramlı kontingenti tərəfindən bağlandığını qeyd edib.[40][41]
- Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etiraz aksiyası ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc edən Fransanın "Le Monde" qəzetini tənqid edib.[42]
- Azərbaycandakı dini konfessiya rəhbərləri Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı birgə bəyanat yayıblar.[43]
- Azərbaycanda fəaliyyət göstərən protestant xristian dini icma rəhbərləri bəyanat yayıblar.[44]
- Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə: “Çox təəssüf ki, ABŞ-nin ATƏT-dəki sədri “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldanıb”.[45]
Dağlıq Qarabağ — Qondarma Dağlıq Qarabağ Respublikasının başçısı Arayik Harutyunyan bildirib ki, "Azərbaycanın aqressiv davranışı, onun vasitəsilə əhalimizi terrora salması son dərəcə qəbuledilməzdir."[46][47][48]
Xarici
redaktə- Ermənistan — Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycanın təxribatçı hərəkətləri irimiqyaslı humanitar fəlakətə səbəb ola bilər.[49]
- Braziliya — Səfir Filho dəhlizi açmağa çağırıb və bildirib ki, "hər hansı maneə Dağlıq Qarabağ xalqının rifahını təhlükə altına alır və Ermənistanla Azərbaycan arasında barışıq prosesini təhdid edir".[50]
- Kanada — Kanada Xarici İşlər Nazirliyi Azərbaycanı Laçın dəhlizini açmağa çağırıb.[51]
- Kipr — Kipr Azərbaycanı Laçın dəhlizinin blokadasını qaldırmağa və qaz təchizatını bərpa etməyə çağırıb.[52]
- Estoniya — Estoniya Xarici İşlər Nazirliyi "Dağlıq Qarabağda yerli əhalinin ağır insan iztirablarına" səbəb olan blokadadan narahatlığını bildirib.[53]
- Fransa — Fransa Xarici İşlər Nazirliyi heç bir şərt olmadan Laçın dəhlizinin blokunu açmağa və Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqlarına hörmət etməyə çağırıb.[54]
- Almaniya — Almaniyanın İnsan Hüquqları və Humanitar Yardım üzrə Müvəkkili Dağlıq Qarabağda mülki şəxslər üçün ağır humanitar fəsadlar riskini qeyd edərək, insanların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizində sərbəst hərəkətinin mümkün qədər tez bərpa olunmasına çağırıb.[55]
- Yunanıstan — Yunanıstan Xarici İşlər Nazirliyi Azərbaycan hakimiyyətini heç bir ilkin şərt olmadan hərəkət və nəqliyyat azadlığını və təhlükəsizliyini təmin etməyə, yerli əhalini məşəqqət və sıxıntıdan xilas etməyə çağırıb.[56]
- İrlandiya — İrlandiya Azərbaycanı Laçın dəhlizində azadlığı və təhlükəsizliyi dərhal və qeyd-şərtsiz bərpa etməyə çağırıb.[57]
- Litva — Litva Xarici İşlər Nazirliyi Laçın dəhlizinin davam edən blokadasından və bunun Dağlıq Qarabağ üçün ağır humanitar nəticələrindən narahatlığını bildirib.[58]
- Niderland — Niderland Xarici İşlər Nazirliyi Laçın dəhlizinin blokunu açmağa, Ermənistan və Azərbaycanı sülh danışıqlarına yenidən başlamağa çağırıb.[59]
- Norveç — Norveç xarici işlər naziri Mona Juul Azərbaycanı Laçın dəhlizi ilə təhlükəsiz hərəkəti təmin etməyə çağırıb.[60]
- Rusiya — Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova bildirib ki, "Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti vəziyyətin gərginliyini azaltmaq üçün fəal işləyir və biz yaxın gələcəkdə tam nəqliyyat əlaqələrinin bərpasını gözləyirik".[61]
- İspaniya — İspaniya Konqresi yekdilliklə Azərbaycan hakimiyyətini 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə uyğun olaraq dəhliz boyu hərəkət azadlığını və təhlükəsizliyini təmin etməyə çağırıb.[62][63]
- Türkiyə — Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Laçın dəhlizinin blokadasına şəxsən baş çəkərək Twitter səhifəsində "Qarabağ Azərbaycandır" yazıb.[64]
- ABŞ — ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price dəhlizin bağlanmasının ciddi humanitar nəticələrə malik olduğunu bildirib və Azərbaycanı Laçın dəhlizi ilə sərbəst hərəkəti bərpa etməyə çağırıb.[65][66] ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel dekabrın 16-da Laçın dəhlizinin bağlanmasının potensial olaraq ağır humanitar nəticələrə malik olduğunu bildirib və dəhlizdə sərbəst hərəkətin mümkün qədər tez bərpa olunmasına çağırıb.[67]
- Uruqvay — Uruqvay Senatı Azərbaycan tərəfindən Dağlıq Qarabağın blokadasına son qoyaraq mülki əhaliyə qarşı təzyiqlərə son qoymağa çağırıb və erməni xalqı ilə həmrəy olduğunu bildirib.[68][69][70]
İstinadlar
redaktə- ↑ "Protest on Shusha-Khankandi road going on for third straight day". aztv.az. 2022-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-16.
- ↑ "Azərbaycanlı mütəxəssislər Xankəndidə: Laçın dəhlizində hərəkət bərpa edildi". 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "Xankəndi yolunda aksiya 12 saatdır davam edir" (az.). 12 Dekabr 2022.[ölü keçid]
- ↑ "Rusiya sülhməramlısı "Report"un avtomobilinə avtomat silahla zərər yetirib". 2022-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "Ermənilər aksiya barədə yalan xəbərlər yayır" (az.). modern.az. 12 Dekabr 2022. 2022-12-14 tarixində arxivləşdirilib.
- ↑ "Sülhməramlılar aksiya keçirilən ərazidə modul tipli yataqxanalar quraşdırırlar" (az.). 12 Dekabr 2022. 2022-12-27 tarixində arxivləşdirilib.
- ↑ "Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir, Azərbaycan himni səsləndirilib" (az.). 12 Dekabr 2022. 2022-12-17 tarixində arxivləşdirilib.
- ↑ "Rusiya sülhməramlılarının postuna əlavə qüvvələr cəlb edilib". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "Laçın-Şuşa yolunda Azərbaycan ekoloq və fəallarının etiraz aksiyası davam edir" (az.). 12 Dekabr 2022.
- ↑ "Laçın yolunda aksiya səhərə kimi davam edib" (az.). 13 Dekabr 2022. 2022-12-27 tarixində arxivləşdirilib.
- ↑ "Laçın dəhlizində vəziyyət: aksiya davam edir" (az.). 13 Dekabr 2022.[ölü keçid]
- ↑ "Şuşa-Xankəndi yolunda aksiya bir sutkadır davam edir, səsucaldıcılarla şüarlar səsləndirilir" (az.). 13 Dekabr 2022. 2022-12-27 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 "Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası gecə saatlarında davam edir". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "Sülhməramlılar Laçın yolunda aksiya keçirilən ərazidə kazarmalar quraşdırır" (az.). 13 Dekabr 2022. 2022-12-27 tarixində arxivləşdirilib.
- ↑ "Şuşada aksiya iştirakçıları "Əsgər Marşı" oxudular (VİDEO)" (az.). 13 Dekabr 2022. 2022-12-27 tarixində arxivləşdirilib.
- ↑ "Şuşa-Xankəndi yolunda aksiya: Əraziyə polislər gəlib" (az.). 13 Dekabr 2022. 2022-12-27 tarixində arxivləşdirilib.
- ↑ "Laçın dəhlizində son durum - Aksiya iştirakçılarının sayı artır" (az.). 13 Dekabr 2022. 2022-12-27 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 "Şuşa-Xankəndi yolundakı aksiyanın iştirakçıları havaya 44 ədəd göyərçin buraxdılar". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ 1 2 3 4 "Şuşa-Xankəndi yolunda sülhməramlılara məxsus avtomobilin hərəkətinə şərait yaradılıb". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ 1 2 3 "Xankəndi-Laçın yolunda etiraz aksiyasının iştirakçıları fləşmob təşkil ediblər". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "Xankəndi-Laçın yolunda aksiya iştirakçıları və sülhməramlılar mundialın oyununu canlı izləyirlər". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "Xankəndi yolunda nümayişçilər və sülhməramlılar DÇ-2022-nin finalını izləyirlər". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ 1 2 3 4 5 "Xankəndi-Laçın yolunda aksiya iştirakçıları vətənpərvərlik mahnılar ifa edirlər". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ 1 2 3 4 5 6 "Xankəndi-Laçın yolunda keçirilən aksiyada son vəziyyət AÇIQLANDI". 2022-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ 1 2 "Xankəndi-Laçın yolundakı etirazçılar vətənpərvərlik ruhunda mahnılar ifa edirlər". 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "Laçın dəhlizində aksiya: ermənilər yolun açılmasını istəyir, Azərbaycan "açıqdır" deyir" (az.). 26 Dekabr 2022. 2022-12-27 tarixində arxivləşdirilib.
- ↑ "Xankəndi-Laçın yolunda etiraz aksiyası on altı gündür davam edir" (az.). 27 Dekabr 2022. 2022-12-27 tarixində arxivləşdirilib.
- ↑ "Sülhməramlılara məxsus daha iki avtomobilin aksiya ərazisindən keçidi təmin olundu" (az.). 27 Dekabr 2022. 2022-12-27 tarixində arxivləşdirilib.
- ↑ "Sülhməramlıların 17 təminat-təchizat avtomobili aksiya ərazisindən maneəsiz keçib" (az.). 27 Dekabr 2022.
- ↑ "Azərbaycanlı gənclər BMT-nin Tbilisidəki ofisi qarşısında etiraz aksiyası keçiriblər" (az.). 27 Dekabr 2022.
- ↑ 17 gündür azərbaycanlı fəalların qarşısına çıxmayan Volkov Xankəndidə separatçıların "hüzur"una çıxdı
- ↑ 1 2 Xankəndi-Laçın yolundakı aksiya ərazisində Yeni il münasibətilə şam ağacı quraşdırılır
- ↑ 1 2 Xankəndi-Laçın yolunda Həmrəylik Günü münasibətilə bayram konserti keçirilir
- ↑ "Qarabağın ermənicə "blokadası": 27 gündə ərzaqla dolu yüzlərlə yük maşınının hərəkəti". 2023-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
- ↑ "Vardanyan bilmədən ermənilərin "aclıq və fəlakət" şousunu ifşa etdi". 2023-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
- ↑ 1 2 "Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası saat 18:00-dan müvəqqəti dayandırılır". Report İnformasiya Agentliyi (az.). 2023-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-28.
- ↑ "Armenia says Azerbaijan behind Nagorno-Karabakh roadblock 'crisis'". France 24 (ingilis). 15 December 2022. 29 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2022.
- ↑ "Baku denies Lachin road blocked, voices readiness to meet humanitarian needs of ethnic Armenians". Azernews. 15 December 2022. 28 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2022.
- ↑ "Ombudsman Rusiya sülhməramlılarının Laçın-Şuşa yolunda aksiyaya mane olmaq cəhdlərini pisləyib". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "Hikmət Hacıyev: "Laçın yolunu azərbaycanlı etirazçılar deyil, Rusiya sülhməramlıları bağlayıb"". 2022-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "Prezidentin köməkçisi: "Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə imkan verilməyəcək"". 2022-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "Leyla Abdullayeva Fransanın "Le Monde" qəzetini tənqid edib". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "Dini konfessiya rəhbərləri Xankəndi-Laçın yolunda keçirilən aksiya ilə bağlı bəyanat yayıblar". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ Xristian dindarlardan Laçın yolundakı aksiya ilə bağlı BƏYANAT
- ↑ "XİN: "Təəssüf ki, ABŞ-nin ATƏT-dəki sədri "blokada" və "humanitar vəziyyət" haqqında yalanlara aldanıb"". 2023-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
- ↑ "Karabakh President: We are convinced that Russian peacekeepers will use all mechanisms". news.am (ingilis). 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "Azerbaijan's behavior an unprecedented challenge, Artsakh's President says". Public Radio of Armenia (ingilis). 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "Aggressive behavior of Azerbaijan, through which it terrorizes our population, is highly unacceptable: President of Artsakh". www.1lurer.am (ingilis). 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "ՀՀ ԱԳՆ հայտարարությունը Լաչինի միջանցքում ադրբեջանական սադրանքի վերաբերյալ". www.mfa.am (erməni). 24 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2022.
- ↑ "Despite 'Glimmer of Hope' in Armenia, Azerbaijan Conflict, Escalating Tensions Threaten to Derail Fragile Progress, Senior Official Tells Security Council". press.un.org. 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
- ↑ Burc Eruygur. "Azerbaijan rejects Canadian statement on developments over corridor to Karabakh" (ingilis). 18.12.2022. 2022-12-27 tarixində arxivləşdirilib.
- ↑ Athens Bureau. "Cyprus calls on Azerbaijan to "immediately" restore traffic and energy supply to Nagorno-Karabakh" (ingilis). 15.12.2022. 2022-12-24 tarixində arxivləşdirilib.
- ↑ Estonian MFA 🇪🇪 | 🌻 #StandWithUkraine [MFAestonia]. "Continuing blockade of #LachinCorridor causes severe human suffering of the local population in #NagornoKarabakh & has damaging impact on the ongoing peace process btw 🇦🇲&🇦🇿. 🇪🇪 calls on parties to adhere to trilateral statement of Nov 2020 & to return to peaceful negotiations" (Tweet) (ingilis). 17 December 2022. 21 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2022.
- ↑ Green, Anna. "The Lachin Corridor: A Looming Humanitarian Catastrophe". 14 December 2022. 24 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2022.
- ↑ Menschenrechtsbeauftragte Luise Amtsberg [DEonHumanRights]. "Free movement of people, vehicles and goods must be restored on the #LachinCorridor asap: otherwise rising risk of grave humanitarian effects for civilians in Nagorno-Karabakh. Dialogue and peace negotiations between #Azerbaijan and #Armenia should be the urgent focus!" (Tweet) (ingilis). 16 December 2022. 22 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2022.
- ↑ Υπουργείο Εξωτερικών [GreeceMFA]. "Greece calls on Azerbaijani authorities to ensure freedom & security of movement & transport, in both directions along the Lachin corridor without any preconditions in compliance with the Tripartite Statement of 09.11.20 Local population should be spared from hardships&distress https://t.co/vYLzOGkqDb" (Tweet) (ingilis). 15 December 2022. 17 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2022.
- ↑ "Despite 'Glimmer of Hope' in Armenia, Azerbaijan Conflict, Escalating Tensions Threaten to Derail Fragile Progress, Senior Official Tells Security Council". press.un.org. 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-21.
- ↑ Lithuania MFA | #StandWithUkraine [LithuaniaMFA]. "Deeply concerned about the continuing blockade of #LachinCorridor, resulting in severe humanitarian consequences for #NagornoKarabakh. Such developments not only hinder the free movement, but also derail the whole peace process in South Caucasus" (Tweet) (ingilis). 16 December 2022. 19 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2022.
- ↑ Dutch Ministry of Foreign Affairs 🇳🇱 [DutchMFA]. "The Netherlands is closely following the situation in the #Lachin corridor. We call on Azerbaijan to ensure freedom and security of movement, and encourage Armenia and Azerbaijan to restart peace negotiations as soon as possible. https://t.co/jUIphIjscf" (Tweet) (ingilis). 15 December 2022. 19 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2022.
- ↑ "Despite 'Glimmer of Hope' in Armenia, Azerbaijan Conflict, Escalating Tensions Threaten to Derail Fragile Progress, Senior Official Tells Security Council". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-30.
- ↑ Cordell, Jake. "Tensions rise between Armenia and Azerbaijan over blocked supply corridor". Reuters (ingilis). 15 December 2022. 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "The Spanish Parliament calls on Azerbaijan to ensure the freedom and safety of movement through the Lachin Corridor". armenpress.am (ingilis). 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
- ↑ "BOCG. Congreso de los Diputados, serie D, núm. 195, de 16/12/2020 - Congreso de los Diputados". www.congreso.es. 2022-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
- ↑ "Recent Developments Regarding Protest Along Lachin Corridor". caucasuswatch.de (alman). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.
- ↑ "ԱՄՆ-ն Ադրբեջանին կոչ է արել վերաբացել Լաչինի միջանցքը". mediamax.am (ingilis). 16 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2022.
- ↑ "Azerbaijan Rejects Accusations Of Karabakh Blockade". barrons.com (ingilis). Agence France-Presse. 15 December 2022. 16 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2022.
- ↑ "Department Press Briefing". U.S. Department of State. 16 December 2022. 21 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2022.
- ↑ Embajada de Armenia en Argentina [armembargentina]. "Hoy @SenadoUy adoptó una moción sobre la situación del Corredor de #Lachín, condenando el bloqueo de parte de #Azerbaiyán. https://t.co/iYeaJE2hk9" (Tweet) (ispan). 20 December 2022. 22 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2022.
- ↑ "Uruguay's Senate condemns blocking of Lachin Corridor, expresses solidarity with the people of Artsakh". en.armradio.am (ingilis). 21 December 2022. 25 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2022.
- ↑ "SESIÓN DE SENADO EXTRAORDINARIA". Parlamento del Uruguay (ispan). Dec 20, 2022. 20 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2022.