Qida - Wikipedia
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir.
İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.[1].
Üzvi maddələr
redaktəZülallar
redaktəƏn çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun. πρώτειος sözündən) adlandırmışlar. Bu da "birinci yeri tutan" deməkdir. Zülallar orqanizmdə aşağıdakı fəaliyyətləri tənzimləyir:
- Böyümə və yenilənmə
- Orqanizm hissələrinin yaradılması
- Enerji istehsalı
- Hormon istehsalı
- Oksigenin qanda daşınması
Yağlar
redaktəYağlar müxtəlif olur: kərə yağı, mal piyi və s. Maye halında olan bitki yağları da var, məsələn, zeytun yağı, pambıq yağı, günəbaxan yağı, badam yağı. Yağlar orqanizm üçün həm əsas həm də ehtiyat enerji mənbələridir. Karbon, oksigen və hidrogendən əmələ gəlib karbohidratlar ilə oxşardır, lakin karbohidratlardan daha az oksigen molekuluna sahibdir. Suda həll olmur.
Karbohidratlar
redaktəQidanın digər tərkib hissəsi də karbohidratlardır. Bu tanıdığınız nişasta və şəkərdir. Sıyıqda, çörəkdə, kartofda, meyvə və giləmeyvələrdə, tərəvəzdə çoxlu karbohidratlar orqanizmdə parçalanaraq, karbon qazına və suya çevrilir. Onlar parçalanarkən, insanın orqan və əzələləri işi üçün lazım olan enerji alınır. 5. Karbohidratlar, onların quruluşu,xassələri,təbiətdə yayılması və əhəmiyyəti. Bitki və heyvan orqanizmlərində olan üzvi birləşmələrdən bir qrupu da karbohidratlardır. Bunlara sulu karbonlar və ya qlüsidlər də deyilir. Karbohidratlar heyvanlarda az (quru maddənin 2%-i qədər), bitkilərdə isə çox (quru maddənin 80%-i qədər) olur. Karbohidratlar əsas üç elementdən: karbon, oksigen və hidrogen-dən ibarətdir. Bu elementlər molekullarda 1:2:1 nisbətində, yəni hər bir karbon atomu iki hidrogen və bir oksigen atomu ( ) CH2O ilə birləşir. Bu formuladan belə güman etmək olar ki, hər karbon atomuna bir su molekulu uyğun gəlir. Odur ki, triozalar C3H6O3 və ya C3(H2O)3, tetrozalar C4H8O4 yaxud C4(H2O)4 şəklində də yazıla bilər. Ona görə də bu qrup birləşmələrə sulu karbonlar adı verilimişdir. Bu ad isə tam düzgün deyil. Çünki başqa üzvi birləşmələr də vardır ki, onların molekul tərkibləri yuxarıda göstərilən qaydaya uyğun gəlir, amma karbohidrat deyildir. Bunlara misal sirkə turşusunu (CH3COOH), süd turşusunu (CH3CHOHCOOH) və s.-ni göstərmək olar. Ancaq sulu karbon adı elmdə çoxdan işlədildiyindən ondan hazırda da istifadə edilir. Karbohidratların tərkibindəki karbon atomlarının sayının axırına "oza" şəkilçisi əlavə etməklə onların adı düzəldilir. Məsələn, maddənin tərkibində iki karbon atomu olduqda "bioza", üçdə trioza, dörddə tetroza, beşdə pentoza, altıda heksoza, çox sayda isə polioza adlanır. 6O(─C─)OC│H H─C─OH│H─C─OH│CH2OH D-Eritroza OC│H H─C─OH│H─C─OH│CH2OPO3H2 Eritroza −4--fosfat OC│H HO─C─H│H─C─OH│CH2OH D-Treoza Karbohidratlar təbiətdə ən çox yayılmış üzvi birləşmələrdir. Bunların mürəkkəb formalarına daha çox rast gəlinir. Yalnız sellüloza təbiətdə olan bütün üzvi maddələrin yarıdan çoxunu təşkil edir. Mürəkkəb karbohidratlar (sellüloza, nişasta, qlikogen, inulin, pentozanlar və s.) monosaxaridlərin bioloji polimerləridir. Karbohidratlar mühüm bioloji vəzifə daşıyır. Belə ki, onlar vacib energetik material, ehtiyat qida maddəsi, sementləşdirici maddə sayılır. Bütün canlılar əsasən bunların oksidləşməsindən alınan enerji hesabına fəaliyyət göstərir. Bu birləşmələr bitkilərdə istinad toxuması, insan və heyvanlarda müdafiə, habelə antikoaqulyant, antifriz və sürtkü materialı funksyasını yerinə yetirir. Zəhərli maddələri zərərsizləşdirir. Nuklein turşularının, aromatik amin turşularının biosintezində, hüceyrələrin bir-birilə və xarici mühitlə əlaqəsinin yaranmasında, qan qruplarının spesifikliyində iştirak edir. Karbohidratlar tərkiblərinə görə 3 qrupa: monosaxaridlərə, oliqosaxaridlərə və polisaxaridlərə bölünür.
Vitaminlər
redaktəVitaminlər tərəvəz, meyvə, süd və başqa məhsullarda olur. Onlar orqanizm hüceyrələrinin normal işini təmin edir. Vitaminlər iki yerə bölünür:
- yağda həll olan vitaminlər (A, D, E, K)
- suda həll olan vitaminlər. (B, C)
Vitamin Adı | Vəzifəsi | Mənbəyi |
---|---|---|
Vitamin A | Gözlərin normal funksiyaları və sağlam dəri üçün vacibdir. | Yumurta, süd, ərik, kök, ispanaq və yeralması |
Vitaminlər B1-B12 | orqanizmin normal funksiyaları və enerji istehsalı üçün vacibdir. Qırmızı qan hüceyrələrinin yaradılmasında da aktiv iştirak edir. | Bütün dənli bitkilər, paxlalı bitkilər, balıq və dəniz yosunları, yaşıl yarpaqlı tərəvəzlər, süd və qatıq. |
Vitamin C | Əzələlər və diş ətləri üçün faydalıdır. | Sitrus bitkiləri, pomidor, gül kələm, kələm və çiyələk |
Vitamin D | Dişlər və sümüklər üçün vacibdir. | Balıq, yumurta sarısı, süd və digər gündəlik məhsullar. |
Vitamin E | Ağciyərləri qoruyur və qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir. | Bütün dənli bitkilər, yaşıl yarpaqlı tərəvəzlər, yumurta sarısı, ləpəli bitkilər. |
Vitamin K | K vitamini qanın laxtalanmasına səbəb olan proteinlərin normal səviyyələrdə qalmasını tənzimləyir. | Yaşıl yarpaqlı tərəvəzlər, süd və süd məhsulları, donuz əti. |
Qeyri Üzvi Maddələr
redaktəMinerallar və duzlar
redaktəMineral maddələr bədəndəki bütün orqanlarda, toxumalarda, mayelərdə var. Bədənin heç bir orqanı, heç bir hüceyrəsi natrium, kalsium, fosfor və başqa mineral olmadan yaşaya bilməz. Adətən, onlar, duzların, zülalların və həmçinin başqa mürəkkəb birləşmələrin tərkibinə daxildir.
Su
redaktəİnsan orqanizmi üçün gündə azı 2 litr su lazımdır. Axı bədənimizin 3/2 hissəsini su təşkil edir. Su orqanizmin əsas fəaliyyəti üçün lazımdır. Əgər insan 3–4 gün ərzində su içməsə, bədəndəki suyun ehtiyatı azalar və o məhv olar. Bitkilər digər üzvi və qeyri üzvi maddələri su vasitəsilə təmin edir. Suyun belə əhəmiyyətli olması onun çox yüksək səth gərginliyinə sahib olması ilə izah olunur. Kapillyarlar vasitəsilə suyun bitkilərdə yuxarı qalxmasının əsas səbəbi budur.
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Фрейденберг О. Семантика еды: литургия // Фрейденберг О. М. Поэтика сюжета и жанра М., 1997, с. 53–67