Robert Qoddard - Wikipedia
Robert Qoddard (ing. Robert Goddard; 5 oktyabr 1882[3][4][…], Vuster[d], Massaçusets[5] – 10 avqust 1945[5][3][…], Baltimor, Merilend[5]) — amerikalı alim və raket mühəndisi. Onun raket texnikası üzrə apardığı işlərin əhəmiyyəti vəfatından sonra tanınmışdır.
Robert Qoddard | |
---|---|
ing. Robert Hutchings Goddard[2] | |
Doğum adı | Robert Hutchings Goddard |
Doğum tarixi | 5 oktyabr 1882[3][4][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 10 avqust 1945[5][3][…] (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qida borusu xərçəngi[d] |
Elm sahələri | fizika[1], kəşflər və ixtiralar[d][1] |
Təhsili |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQoddard ilk təhsilini Klark Universitetində alır. O 1910-cu ildə burada elmi işini müdafiə edərək alimlik dərəcəsinə yiyələnir.
1918-ci ildə Qoddard artıq tank əleyhinə Bazuka raketinin yaradılması ilə məşğul olur. Onun bu ideyası Birinci dünya müharibəsindən sonra 1945-ci ildə həyata keçir. Onlar İkinci dünya müharibəsində geniş tətbiq olunurlar.
O, təkcə raketlərə aid nəzəri problemlərin həlli ilə yox, həm də praktikada tətbiq oluna biləcək texnikanın yaradılması ilə məşğul olur. O ilk dəfə olaraq sübut edir ki, vakuumda raket mühərrikləri itələmə qüvvəsi yaratmaq qabiliyyətinə malikdirlər.
Qoddard 1916-cı ildən başlayaraq maye yanacaqla işləyən raketlərin düzəldiməsi ilə məşğul olur. 1925-ci il dekabrın 16-da o ilk dəfə olaraq düzəltdiyi raketi sınaqdan keçirir. Onun raketi havada cəmi 2,5 saniyə qalaraq 14 metr hündürlüyü fəth etsə də, bu onun ideyalarının düzgün olduğunu sübut etmişdir.
1930-cu ildən başlayaraq Qoddard Rosveldə sayca 5-ci olan raket sınağını hazırlayır. Bu raket 610 metr hündürlüyə qalxaraq 800 km/saat sürət yığır. Burada o uçuşun stabilləşdirilməsi problemini anlayır.
Üç il fasilədən sonra 8 mart 1935-ci ildə o növbəti raketini uçuşa buraxır. Bu raket 1125 km/saat sürətlə uçur. 28 mart 1935-ci ildə onun növbəti stabilləşdirici qurğu ilə təchiz olunmuş raketi isə 1460 m hündürlüyə qalxaraq 4000 metr məsafəyə uçur.
Sonrakı illərdə Qoddardın raket üzrə apardığı işləri 1934-cü ildən almanlar tərəfindən qabaqlanır.
Goddard 1945-ci ildə 63 yaşında bir boğaz əməliyyatından aldığı zədədən vəfat edir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ https://www.nasa.gov/centers/goddard/about/history/dr_goddard.html.
- ↑ 1 2 3 4 Lehman M. K., Lehman M. Robert Goddard // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 R. H. Goddard // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 3 4 5 6 Годдард Роберт // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 NNDB (ing.). 2002.