Roopkund - Wikipedia
Roopkund (yerlilər arasında Sirli göl və ya Skelet gölü kimi tanınır)[1] — Hindistanın Uttarakhand əyalətinin Trisul massivində, yüksək hündürlükdə yerləşən buzlaq gölü. Himalay dağlarında yerləşən gölün ətrafında yaşayış yoxdur və təqribən 5020 metr (16,470 fut) hündürlükdə yerləşir.[1] Buzlaqlarla örtülmüş qayalar və qarlı dağlarla əhatə olunmuşdur. Roopkund məşhur trekkinq yeridir.[2] Gölün ölçüsü müxtəlif dövrlərdə əhəmiyyətli dərəcədə dəyişir, lakin onun diametri nadir hallarda 40 metrdən çox olur və həmçinin qışda donur.[3]
Roopkund | |
---|---|
Roopkund | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 5.029 ± 0 m |
Uzunluğu |
|
Sahəsi |
|
Dərin yeri | 2 m |
Yerləşməsi | |
30°15′43″ şm. e. 79°43′54″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İnsan skeletlətləri
redaktəTəxminən üç metr dərinliyi olan Roopkund gölü kənarında tapılan yüzlərlə insan skeleti ilə məşhurdur.[4] Qar əriyəndə insan skeletlətlərinin qalıqları gölün dibində görünür.[5] 2015-ci ildə 82 skelet qalığında aparılan genetik və bioloji analizlərdən məlum olub ki, fərdlərin əksəriyyəti eramızın 8-ci əsrində, qalanları isə 9-cu əsrdə yaşamış kişilərdir. Qarşılaşdırılmış genetik analizlər göstərdi ki, 8-ci əsrdə ölən fərdlər genetik cəhətdən iki fərqli qrupda aiddirlər. Əksəriyyət müasir Avropa və Yaxın Şərq populyasiyalarına genetik yaxınlıq göstərsə də, digər qrup isə Şimali Hindistan Himalaylarından olan Avstroasiya əhalisi ilə yaxın haploqrupları bölüşürdü.[6]
Skeletlərlə bağlı çovğun, uçqun, sürüşmə, epidemiya kimi müxtəlif versiyalar mövcud idi. Lakin Heydərabad, Puna və London alimlərinin apardıqları araşdırmalar nəticəsində məlum oldu ki, ölümlərin səbəbi "dolu" ola bilər. Kriket topu ölçüsündə olan dolu daşları (diametri 7 sm-ə qədər) açıq ərazidə olan insanların kütləvi ölümü ilə nəticələnib. Həmçinin bölgədəki sərin hava və daimi aşağı temperatur cəsədlərin yaxşı qorunub saxlanılmasında mühüm rol oynayıb.
İstinadlar
redaktə- ↑ 1 2 Alam, Aniket. "Fathoming the ancient remains of Roopkund". The Hindu. 29 June 2004. 7 November 2004 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 May 2013.
- ↑ Kohli, M.S. The Himalayas : playground of the gods : trekking, climbing, adventure. New Delhi: Indus Publishing Co. 2000. səh. 79. ISBN 9788173871078.
- ↑ Harney, Éadaoin; Nayak, Ayushi; Patterson, Nick; Joglekar, Pramod; Mushrif-Tripathy, Veena; Mallick, Swapan; Rohland, Nadin; Sedig, Jakob; Adamski, Nicole; Bernardos, Rebecca; Broomandkhoshbacht, Nasreen; Culleton, Brendan J.; Ferry, Matthew; Harper, Thomas K.; Michel, Megan; Oppenheimer, Jonas; Stewardson, Kristin; Zhang, Zhao; Bartwal, Maanwendra Singh; Kumar, Sachin; Diyundi, Subhash Chandra; Roberts, Patrick; Boivin, Nicole; Kennett, Douglas J.; Thangaraj, Kumarasamy; Reich, David; Rai, Niraj. "Ancient DNA from the skeletons of Roopkund Lake reveals Mediterranean migrants in India". Nature Communications. 10 (1). 20 August 2019: 3670. doi:10.1038/s41467-019-11357-9. PMC 6702210. PMID 31431628.
- ↑ Andrews, Robin George. "The Mystery of the Himalayas' Skeleton Lake Just Got Weirder: Every summer, hundreds of ancient bones emerge from the ice. A new genetic study helps explain how they got there". The New York Times. 20 August 2019. 8 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2019.
- ↑ Sati, Vishwambhar Prasad; Kumar, Kamlesh. Uttaranchal: dilemma of plenties and scarcities (1st). New Delhi: Mittal Publ. 2004. səh. 82. ISBN 9788170998983.
- ↑ Rai, N., G. Chaubey, L. Singh and K. Thangaraj. The ancient DNA study of a north Indian Himalayan population (англ.) // A paper presented at 9th International Society for Applied Biological Sciences (ISABS) Conference on Forensic and Anthropologic Genetics held at Bol, Island of, Republic of Croatia, from 22–26 June, 2015. — 2015.
Xarici keçidlər
redaktə- Vikianbarda Roopkund ilə əlaqədar mediafayllar var
- Roopkund Trek, District Administration-Almora
- Roopkund Lake. Garhwali Traveller
- Danninq, Brayan. "Skeptoid #323: 8 Spooky Places, and Why They're Like That". Skeptoid. August 14, 2012.
4. The Skeleton Lake of Roopkund
- The Skeletons at the Lake; article in The New Yorker magazine
- Roopkund Human Skeletal Remains: A Short Note on the Signs of Nutritional Stress and Anemia on the Cranial and Orbital Surface
- Roopkund: An Unsolved Mystery