Tekiye Iceriseher - Wikipedia
Təkiyə — İçərişəhərdə Böyük Qala küçəsində yerləşən abidə.
Təkiyə | |
---|---|
40°21′59″ şm. e. 49°50′11″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XIII əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | Bərpa olunub. |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 74 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
Vikianbarda əlaqəli mediafayllar |
Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb[1].
Tarixi
redaktəBina XIII əsrdə tikilib. 1967-ci ildə təkiyənin ətrafında arxeoloji qazıntılar aparılıb. Təkiyə 1970-ci illərdə bərpa edilib[2]. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra bu binada xalça dükanı fəaliyyət göstərir. Binanın yuxarısında isə “Museum Inn” otelinin terras-restoranı fəaliyyət göstərir.
Haqqında
redaktəDərvişlərin ibadət etdiyi yerləş təkyə adlanır. Bina həm dərvişlərin ibadət etdiyi yer kimi həm də məhəllə məscidi kimi fəaliyyət göstərib. Təkiyənin fasadı cənuba – Qız Qalasına baxır. Tək otaqdan ibarət olan təkiyənin qeyri-adi planı, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş ibadət zalı var[3].
Şəkilləri
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. August 2, 2001. July 7, 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: November 25, 2022.
- ↑ "İçərişəhər" (az.). bakucity.preslib.az. January 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.
- ↑ "Ölkə Əhəmiyyətli Abidələr" (az.). icherisheher.gov.az. June 18,2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: Novemebr 25, 2022.