Tivi Ordubad - Wikipedia
Tivi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.[1]
Tivi | |
---|---|
39°07′28″ şm. e. 45°53′29″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Ordubad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.583 m |
Saat qurşağı | |
Tarixi
redaktəBurada son Tunc və antik dövürlərinə aid maraqlı abidələr (nekropol və yaşayış yeri)vardır. Gəmiqaya rəsimləri Tivi kəndinin şimal-şərqindədir.[2]
Mədəniyyəti
redaktəKənddə Tam orta məktəb, Tibb Məntəqəsi, Mədəniyyət evi yerləşir. Tivi kəndi özündə qədim ənənələri yaşadır. Burada Azərbaycanın bir çox bölgəsində olduğu kimi Kiçik Çillənin axırıncı Cümə Axşamı Xıdır Nəbi Mərasimi keçirilir. Bu vaxt evlərə papaq atılır. Bundan başqa hər il İlaxır Çərşənbə böyük coşğu ilə qeyd olunur. Özünəməxsusluğu ilə seçilən Tivi adətlərindən biri də Xan Şənllikləridir.
Toponimikası
redaktəOrdubad rayonununda kənd. Zəngəzur silsiləsindədir. Oykonim ərazidəki mineral bulaqların adı ilə bağlıdır.Bulaq yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunur.Toponimiyada tivi "bataqlıq", "göl", "su dolan yer" "su şırnağı" mənalarında işlənmişdir.[3]
Coğrafiyası və iqlimi
redaktəRayon mərkəzindən təqribən 60 km şimal-qərbdə, Ordubad-Bist avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyində yerləşir.
Dağların cənnət guşəsi sayılan Tivi saysız-hesabsız mineral suların ocağıdır.
Əhalisi
redaktəƏhalisi 1412 nəfərdir (2009).
- Bədrəddin Quluyev 1994-cü il 24 yanvarda Fizuli rayon cəbhəsində Qarabağ uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur
- Elman Həbib — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi;
- Əzizağa Məmmədov Azərbaycan Respublikasinin Xalq Artisti,
- Aydın Hüseynov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Tivi kənd icra nümayəndəsi, Ekologiya və Təbii sərvətlər nazirliyinin nəzdində Həsən Əliyev adına Zəngəzur Milli Parkının icraçı direkoru.
İqtisadiyyatı
redaktəEyniadlı bələdiyyənin mərkəzidir.
Kənd əhalisi bağçılıq, əkinçilik, heyvandarlıq və arıçılıqla məşğuldur.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
- ↑ "Tivi kəndi". 2010-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.