Topoqrafiya - Wikipedia
Topoqrafiya və Xəritə
redaktəTopoqrafiya bir elmdır ki əməli riyaziyyatı ölçüm texniklər və rəssamlıq hünəri ilə birləşdirir və yer sahəsinin bir qismini cizgi şəklində səhifə üzərində çəkir. eləcə demək olar ki xəritə bir səhifənin üzərində yerin bir sahəsinin üfüqi və kiçilmiş şəkilidir.
Geomorfoloji termin
redaktəTopoqrafiya – (rus. топография, ing. topography) /yun.topos-yer, məhəl və grapho- yazıram/- topoqrafik xəritədə məhəlli göstərmək üçün onun xəritələşdirmə üsulunu işləyən – hazırlayan, elm. Aerofotoplanalma, eləcə də kosmik planalma müasir topoqrafiyanın əsas üsullarıdır.[1]
Topoqrafiya iş bölmələri
redaktəBir sahənin alçaq-ucasın səhifə üzərində çəkilməsinə gərək bir neçə işlər görülə ki bu işlər üç yerə bölünür:
1 — Çöl işləri:
- Sahəni ayarlamq, dayanacaqların yerin seçmək və ölçüm işlərini görmək.
2 — Mühasibat
3 — Xəritənləri yaratmaq:
- İstənilmiş miqyas ilə Çöldə görülmüş işlər dəqiq Mühasibat işlərindən sonra bir səhifə üzərində çəkilir.
Topoqrafiyanın bütün bölmələri
redaktəTopoqrafiya elmi iki əsas bölməyə bölünür:
1 — Topolojiya, ki yerın necə düzəlməsini ayarlayır.
2-Topometriya, ki ölçüm sənəti və yerın zahiri şəklini ayarlayır.
Topoqrafiyanin önəmi və işlənən sahələri
redaktəTopoqrafiya qədim texniklərindən biridir ki yerlərin bölməsində istifadə edilirdi. İndilikdə Topoqrafiya Mühəndislik sahəsində böyük bir rolu var. O rollardan neçəsin aşağıda ad aparırıq:
- Tikinti işləri
- Yol və dəmir yol işləri
- Körpü işləri
- Tunellər
- Sədd işləri
- Su qaynaqları
- Gəmiçilik işələri
- Əkinçilik
- mədən mühəndislik işləri
və daha ayrıları…
Topoqrafik planalma
redaktəTopoqrafik xəritələrin orijinalını yaratmaq üçün aparılan kompleks işlər. Topoqrafik planalma yerüstü və aerofototopoqrafik üsullarla aparılır. Yerüstü Topoqrafik planalma menzula, taxeometrik və fototeodalit planlama üsullarına bölünür. Bu üsullar çox vaxt və xərc tələb etdiyindən, hazırda topoqrafik xəritələr, əsasən aerofototopoqrafik planalma ilə yaradılır.[2]
Xarici keçidlər
redaktə- Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsi Arxivləşdirilib 2007-10-27 at the Wayback Machine
- Topography--enviki Arxivləşdirilib 2015-02-08 at the Wayback Machine
- World Guide--en
Həmçinin bax
redaktə- ↑ Topoqrafiya // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.
- ↑ Məmmədov Q. Ş. Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008