Toronto - Wikipedia
Toronto — Kanadada ən böyük şəhər. Ontario əyalətinin mərkəz şəhəridir. Əhalisinin sayı 2,7 milyondan çoxdur.
Toronto | |
---|---|
City of Toronto | |
43°40′13″ şm. e. 79°23′12″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1750 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 76 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 416, 647, 437 |
Poçt indeksi | M |
Digər | |
toronto.ca | |
Vikianbarda əlaqəli mediafayllar |
Kanadada əhalinin ən çox məskunlaşdığı şəhər hesab olunur. Bölgə (Böyük Toronto Ərazisi; Greater Toronto Area - GTA) əhalisinin sayı 5.113.149 nəfərdir. Toronto beynəlxalq ticarət, maliyyə, incəsənət və mədəniyyət mərkəzi olmaqla, dünyanın ən multikultural və kosmopolitan şəhərlərindən biri kimi tanınır. İnsanlar artıq 10.000 ildən çoxdur ki, çaylar, dərələr və meşələrdən ibarət geniş yamaclı bir yaylada yerləşən Torontonun ərazisində məskunlaşmışlar. Şəhər, Kanadanın ən böyük 5 bankının mərkəzi olan və bir çox böyük yerli və xarici şirkətin əsas qərargahı sayılan Toronto Birjasına ev sahibliyi etməkdədir. İqtisadiyyatı texnologiya, dizayn, maliyyə xidmətləri, təhsil, incəsənət, moda, biznes xidmətləri, ekoloji yeniliklər, qida xidmətləri və turizm sahələrində bir sıra üstünlüklərə malikdir.
Tarixi
redaktəXIX əsrə qədər
redaktəXIX əsr
redaktəXX əsr
redaktəXXI əsr
redaktəCoğrafiya
redaktəMədəniyyəti
redaktəTurizm
redaktəİdman
redaktəYarışlar
redaktəİqtisadiyyat
redaktəMemarlıq
redaktəTəhsil
redaktəTorontoda ibtidai və orta təhsili təmin edən dörd ictimai məktəb şurası fəaliyyət göstərir: "Gələcəyim"Katolik Məktəb Şurası, Viamonde Məktəblər Şurası(CSV), Toronto Katolik Rayon Məktəblər Şurası(TCDSB) və Toronto Şəhər İdarə Heyəti(TDSB). CSV və TDSB dünyəvi dövlət məktəb şuralarıdır, lakin "Gələcəyim" və TCDSB isə ayrıca ictimai məktəb şuraları olaraq fəaliyyət göstərir.
Torontonun bu dörd əsas məktəb şuraları içərisində TDSB digərlərinə nisbətən daha çox təhsil ocağını əhatə edir. Buraya aiddir: 451 ibtidai məktəb, 105 orta məktəb və beş böyüklər üçün nəzərdə tutulmuş təhsil mərkəzi.[2] TCDSB-nin fəaliyyətinə isə 163 ibtidai məktəb, 29 orta məktəb, üç birləşdirilmiş müəssisə və bir böyüklər üçün nəzərdə tutulan tədris mərkəzi aid edilir. CSV şəhərdə 11 ibtidai məktəb və üç orta məktəbdə,[3] "Gələcəyim" isə Torontoda sadəcə doqquz ibtidai məktəb və üç orta məktəbdə fəaliyyət göstərir.[4]
Torontoda həmçinin bir sıra ali təhsil ocaqları da fəaliyyət göstərir. Burada üç dövlət universiteti mövcuddur: Toronto Universiteti, OCAD Universiteti və Ryerson Universiteti. Hazırda Toronto Universitetinin iki filialı var. Bunlardan biri şəhərin şərq əyaləti olan Skarboroda, digəri isə Mississauga şəhərində yerləşir. Torontoda fəaliyyət göstərən digər bir dövlət universiteti "York Universiteti"dir. O, şəhərin şimal-qərb hissəsində fəaliyyət göstərir.
Şəhərdə fəaliyyət göstərən kolleclərin sayı isə dörddür: Centennial College, George Brown College, Humber College, və Seneca College. Toronto Xalq kitabxanası 100 şöbədən ibarətdir.[5]
Qardaş şəhərləri
redaktəTərəfdaşlıq münasibətləri
redaktə
|
Dostluq münasibətləri
redaktəFaktlar
redaktə"The Economist" jurnalının açıqladığı reytinq siyasında Toronto təhlükəsizlik, həyat səviyyəsi və yaşayış minimumu meyarına görə birinci olub.[7]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ https://www12.statcan.gc.ca/census-recensement/2021/dp-pd/prof/details/page.cfm?Lang=F&SearchText=toronto&GENDERlist=1,2,3&STATISTIClist=1&DGUIDlist=2021A00053520005&HEADERlist=1.
- ↑ "About Us". 2020-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-04.
- ↑ "Secteur de Toronto". 2019-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-04.
- ↑ "Écoles". 2019-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-04.
- ↑ "Scarborough Civic Centre Branch: Hours & Locations: Toronto Public Library". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-04.
- ↑ "International Alliance Program". 2019-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-03.
- ↑ "Kanadanın Toronto şəhəri dünyanın ən yaxşı şəhəri seçilib". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-02.