Veli Axundov - Wikipedia
Vəli Yusif oğlu Axundov (1 (14) may 1916, Saray, Bakı qəzası – 22 avqust 1986, Bakı) — Azərbaycanın ictimai-siyasi xadimi, akademik. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1959–1969), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1958–1959), Azərbaycan SSR səhiyyə naziri (1954–1958).
Vəli Axundov | |
---|---|
10 iyul 1959 – 14 iyul 1969 | |
Əvvəlki | İmam Mustafayev |
Sonrakı | Heydər Əliyev |
8 iyul 1958 – 10 iyul 1959 | |
Əvvəlki | Sadıq Rəhimov |
Sonrakı | Məmməd İsgəndərov |
yanvar 1958 – iyul 1958 | |
Birinci katib | İmam Mustafayev |
27 may 1954 – 31 yanvar 1958 | |
Əvvəlki | Əlihüseyn Hüseynov |
Sonrakı | Böyük Ağayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 (14) may 1916 |
Doğum yeri | |
Vəfat tarixi | 22 avqust 1986 (70 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Uşağı | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVəli Axundov 1916-cı il mayın 13-də Bakı quberniyasının Saray kəndində kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini Saray kənd məktəbində almışdır. Xatirələrində həmin məktəb yaşadığı yerdən bir neçə kilometr uzaqlığda yerləşdiyini qeyd edirmiş. Uzaq olduğundan və dərsləri buraxmaq istəmədiyindən hər gün evdən məktəvə və məktəbdən evə piyada yol onun həmin məktəbdən əla qiymətlərlə məzun olmasına mane olmamışdır, 1929-cu ildə həmin məktəbi bitirərək Biləcəri stansiyasındakı fabrik-zavod məktəbində təhsilini davam etdirmişdir. 1931-ci ildə sənət məktəbini bitirib Bakı Sənaye texnikumuna daxil olmuşdur. 1935-ci ildə texnikumun kimya şöbəsini bitirib kimyaçı texnik peşəsinə yiyələnmişdir. Təhsilini davam etdirmək və ali təhsil almaq məqsədilə əvvəlcə Azərbaycan Sənaye İnstitutunun hazırlıq kursunda oxumuş, 1936-cı ildə isə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. İnstitutda oxumaqla yanaşı ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır.
1941-ci ildə ATİ-ni müvəffəqiyyətlə bitirərək orduya çağırılmışdır. 1941–1945-ci illər Böyük Vətən müharibəsində 20-ci atıcı diviziyanın tərkibində həkim-əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinədək yüksəlmiş, Rusiya, Belarus, Almaniya, Çexoslovakiya ərazisində gedən döyüşlərdə iştirak etmişdir.
1946-cı ildə ordudan tərxis olunmuş, ATİ-na qayıtmış, tibb tarixi kafedrasının assistenti qəbul edilmiş və Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun elmi işçisi, direktoru olmuşdur. Az sonra Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmiş və 1946–1949-cu illərdə bu vəzifədə çalışmışdır.
Fəaliyyəti
redaktə1949–1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952–1953-cü illərdə isə Bakı Vilayəti səhiyyə şöbəsinin müdiri olmuşdur.
1953–1954-cü illərdə Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifəsində işləmişdir. 1954–1958-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri vəzifəsini tutmuşdur.
1958-ci ilin yanvarında Azərbaycan KP MK katiblərindən biri seçilmiş, həmin ilin iyulunda isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilmişdir. 1959-cu ilin iyuluna qədər bu vəzifədə çalışmışdır.
1959–1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsini tutmuşdur. Onun dövründə Azərbaycan müharibədən sonra ən çox neft – 21,5 mln. ton istehsal etmiş, kənd təsərrüfatı məhsulları istehsalı çoxalmışdır.
1956-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş və SSRİ Ali Attestasiya Komissiyası ona tibb elmləri namizədi, 1964-cü ildə isə tibb elmləri doktoru elmi dərəcəsi vermişdir.
1969-cu il iyulun 14-də birinci katib vəzifəsindən azad edilmişdir. H. Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan KP MK bürosunun iclasında onun birinci katib olarkən istifadə etdiyi tibbi və məişət xidmətləri özündə saxlanılmışdır.
1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. 1969–1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş və akademiyanın səhiyyə sahəsinə rəhbərlik etmişdir. O dövrlə artıq kifayət qədər yaşlı olduğu zaman ingilis dilini sıfırdan öyrənməyə nail olmuşdur.
1972–1986-cı illərdə Q. M. Musabəyov adına Virusrologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olmuşdur.
İctimai və siyasi fəaliyyət göstərdiyi dövrdə dəfələrlə AKP, Sov. İKP MK, Azərbaycan AKP MK bürosunun üzvü, Azərbaycan, SSRİ Ali sovetlərinin, Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin üzvü olmuşdur.
1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mükafatları
redaktə- "Lenin" ordeni
- II dərəcəli Vətən Müharibəsi ordeni
- "Qırmızı Ulduz" ordeni
- Müxtəlif medallar
Xatirəsi
redaktə21 aprel 1996-cı ildə Azərbaycanın görkəmli alimi və ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun 80 illik yubileyi ilə əlaqədar qərar qəbul edilmişdir[1].
15 yanvar 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vəli Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[2].
İstinadlar
redaktə- ↑ Akademik Vəli Axundovun 80 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 aprel 1996-cı il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ president.az. ""Akademik V.Y.Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin 15 yanvar 2016-cı il tarixli, 1701 nömrəli [[Sərəncam]]ı" (az.). e-qanun.az. 15.01.2016. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-30.
Mənbə
redaktə- Azərbaycan Sovet Ensiklopediyası. C. I. Bakı, 1976.
- Musa Qasımlı, Cavid Hüseynov. Azərbaycanın baş nazirləri. Bakı, 2005