Sadiq Rehimov - Wikipedia
Sadıq Hacıyarəli oğlu Rəhimov (14 (27) sentyabr 1914, Balaxanı, Bakı qəzası – 11 iyun 1975, Bakı) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Nazirlər Sovetinin Sədri (1954–1958). Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü.
Sadıq Rəhimov | |
---|---|
9 mart 1954 – 8 iyul 1958 | |
Əvvəlki | Teymur Quliyev |
Sonrakı | Vəli Axundov |
20 oktyabr 1965 – 11 iyun 1975 | |
Əvvəlki | Nəbibə Həsənova |
Sonrakı | Nəsrulla Nəsrullayev |
31 yanvar 1949 – 16 aprel 1952 | |
Əvvəlki | Nurulla Ağayev |
Sonrakı | Nadir Axundov |
28 oktyabr 1953 – 9 mart 1954 | |
Əvvəlki | nazirlik yaradılıb |
Sonrakı | Möhbalı Əmiraslanov |
18 aprel 1953 – 28 oktyabr 1953 | |
Əvvəlki | Abutalıb Abdullayev (kommunal təsərrüfatı naziri kimi) |
Sonrakı | Abutalıb Abdullayev (kommunal təsərrüfatı naziri kimi) Ənvər Qasımzadə (mənzil-mülki tikinti naziri kimi) |
28 may 1952 – 17 aprel 1953 | |
aprel 1961 – oktyabr 1965 | |
1946 – 31 yanvar 1949 | |
1942 – 1946 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 (27) sentyabr 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 11 iyun 1975 (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Təltifləri |
Həyatı
redaktə1914-cü il sentyabrın 27-də Bakının Balaxanı kəndində neftçi fəhlə ailəsində anadan olmuşdur. Atası Yarəli Balaxanıda neft mədənlərində əvvəllər fəhləlik etmiş, sonralar qazmaçı və qazma ustası olmuşdur.
Usta Hacıyarəli oğlunu savadlı və dövrünün ziyalı adamlarından olmasını istəyirdi. O, bu məqsədlə də oğlu Sadığı Balaxanıda yeni açılmış kənd 7 illik məktəbinə oxumağa qoyur. S. Rəhimov 1929-cu ildə Balaxanı kənd məktəbini bitirmiş və Bakı neft texnikumuna daxil olmuşdur. 1931-ci ildə texnikumu müvəffəqiyyətlə bitirən S. Rəhimov Bakı maşınqayırma zavodunda texnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
S. Rəhimov 1932–1936-cı illərdə Azərbaycan SSR Xalq Yüngül Sənaye Komissarlığının 2 saylı Bakı ayaqqabı fabrikində əvvəl texnik, sonra isə mexaniki emalatxananın müdiri olmuşdur. Elmə, təhsilə, savadını artırmağa daima can atan S. Rəhimov fabrikdə işləməklə yanaşı, 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur. O, 1936-cı ildə diplom işini yazmaq və buraxılış imtahanlarını müvəffəqiyyətlə başa çatdırmaq məqsədilə müvəqqəti olaraq işdən çıxır.
1937-ci ildə diplom işini əla qiymətlə müdafiə etmiş S. Rəhimov yenə də 2 saylı Bakı ayaqqabı fabrikinə diplomlu mühəndis kimi baş mexanikin müavini vəzifəsinə göndərilir. S. Rəhimov 1937–1938-ci illərdə 2 saylı Bakı ayaqqabı fabrikində baş mexanikin müavini, 1938–1939-cu illərdə baş mexanik, 1939-cu ildə isə həmin fabrikin direktoru vəzifələrində çalışmışdır.
Müharibə illərində
redaktəRespublika hökuməti 1939-cu ildə onu Moskvaya Ali Partiya məktəbinə oxumağa göndərir. O, 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq qoyub cəbhəyə gedir. 1941–1942-ci illərdə S. Rəhimov sovet ordusunun Qərb cəbhəsində vuruşan 160-cı atıcı diviziyasında siyasi şöbənin rəisi olmuş, Moskva, Smolenski ətrafında gedən döyüşlərdə fəal iştirak etmiş, Vyazma şəhəri yaxınlığındakı vuruşlarda yaralanmış və arxaya göndərilmişdir.
Ağır yaralanması ilə əlaqədar hərbi qulluqdan tərxis edilən S. Rəhimov Bakıya qayıdır və Azərbaycan toxuculuq sənayesi nazirinin müavini təyin olunur.
Xidməti fəaliyyəti
redaktəSadıq Rəhimov 1942–1946-cı illərdə bu vəzifədə, 1946–1949-cu illərdə isə Azərbaycan SSR toxuculuq sənayesi naziri vəzifəsində çalışmışdır. 1949-cu illərdə respublikada bir sıra nazirliklər ləğv edilmiş, bəziləri birləşdirilmişdir. Bu zaman Toxuculuq Sənayesi Nazirliyi ilə Yüngül Sənaye Nazirliyi birləşmiş və S. Rəhimov Azərbaycan SSR yüngül sənaye naziri vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə 1949–1952-ci illərdə işləmişdir.
1952-ci ildə Azərbaycan iki vilayətə: Bakı və Gəncə vilayətlərinə bölündü. 1952-ci ilin aprelində Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin qərarı ilə Gəncə Vilayət İcraiyyə Komitəsinin sədri vəzifəsinə S. Rəhimov təyin olunur. O, bu vəzifədə 1952–1953-cü illərdə işləmişdir, lakin vilayət quruluşu Azərbaycanda çox fəaliyyət göstərməmiş və bir ildən sonra ləğv edilmişdir. S. Rəhimov Gəncə vilayəti ləğv edildikdən sonra Bakıya qayıtmış, Azərbaycan SSR kommunal təsərrüfatı və mülki tikinti naziri, sonra isə çox işlənən sənaye malları naziri olmuş və 1953–1954-cü illərdə bu vəzifələrdə çalışmışdır.
S. Rəhimov 1954–1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinə sədrlik etmişdir.
1958–1961-ci illərdə S. Rəhimov respublika Nazirlər Sovetinin Sənayedə Təhlükəsiz İş Aparılması Üzərində Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinə sədrlik etmişdir, 1961–1965-ci illərdə isə o, Bakı Baş Tikinti İdarəsinin rəisi olmuşdur.
S. Rəhimov 1965–1975-ci illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinə başçılıq etmişdir.
S. Rəhimov dəfələrlə Azərbaycan KP MK və onun bürosunun, Azərbaycan SSR Ali Soveti və onun rəyasət heyətinin üzvü olmuş, Azərbaycan, SSRİ Ali sovetlərinin deputatı, keçirilmiş plenum, konfrans, qurultay və sessiyalarda nümayəndə kimi iştirak etmişdir.
Onun xidmətləri "Lenin" ordeni, "Qırmızı bayraq", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla qeyd olunmuşdur.
S. Rəhimov 1975-ci il iyunun 11-də Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimovun babasıdır.
Xatirəsi
redaktə2014-cü ildə S. H. Rəhimovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır[1].
Həmçinin bax
redaktə- Azad Rəhimovun babasıdır.
Ədəbiyyat
redaktə- Musa Qasımlı, Cavid Hüseynov. Azərbaycanın baş nazirləri. Bakı, 2005
Xarici keçidlər
redaktə- Sevda İsmayıllı. "1957-ci ildə Kremli qəzəbləndirən azərbaycanlı nazir". İz (az.). azadliq.org. 2014-09-12. İstifadə tarixi: 2014-10-20.
- Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991
İstinadlar
redaktə- ↑ "S.H.Rəhimovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (az.). president.az. 08 avqust 2014, 18:15. 2017-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-09.