Vikipediya Qiymetlendirme Yaxsi Meqaleler Mollalar Esref - Wikipedia
Vikipediya Qiymetlendirme Yaxsi Meqaleler Mollalar Esref - Wikipedia - Haqqında Məlumat
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
- Təqdim olunduğu tarix: 4 avqust 2023
- Məqalə üzərində işləyən(lər): Samral
- İcraçı: — Baskervill (müzakirə) 07:00, 4 avqust 2023 (UTC)
- Lehinə: Samrala gözəl məqalə üçün təşəkkür edirəm.— Baskervill (müzakirə) 07:01, 4 avqust 2023 (UTC)
- Əleyhinə: məqalə yaxşı hazırlanıb. Amma məzmun çox qısadı. — Araz Yaquboglu (müzakirə) 07:36, 4 avqust 2023 (UTC)
- Lehinə: Məqalə yüksək səviyyədə hazırlanıb. Həcmi qısa olsa da, bu onun status almasına mane törətmir. — Tarixi Nadir (müzakirə) 08:17, 4 avqust 2023 (UTC)
- Əleyhinə: Sünii şəkildə istinadı çox göstərmək üçün şeirlərinə qədər əlavə edilib və şeirlər istinad verilib. Şeirlərin məqalədə olmasının doğru olmamağı bir yana, heç məqalə də status səviyyəsində deyil. Gadir (müzakirə) 18:42, 4 avqust 2023 (UTC)
- Əleyhinə: yuxarıdakı qeyd edilən fikirlərlə razıyam. Qısa məqalədir və nümunəvi məqalə sayılmır fikrimcə. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 21:31, 4 avqust 2023 (UTC)
- Şərh: @Araz Yaquboglu, @Gadir və @Eldarado, salam. Əvvəla rəy bildirdiyiniz üçün təşəkkürlər. İradlara gəldikdə isə, EnViki başda olmaqla digər vikilərə və statuslu məqalə standartlarına baxsaz görərsiz ki, bir məqalənin status alması və ya ondan statusun geri alınması üçün əsas şərt onun böyüküyü və ya kiçikliyi yox, əhatəliliyidir. Məqaləyə diqqətlə baxsaz görərsiz ki, məqalədə şəxsin həyat və yaradıcılığı YM standartlarına tam uyğun şəkildə əhatə edilib. Texniki parametrlərinə baxsaq, məqalə 19 min baytdan, 6 əsas və 6 alt başlıq olmaqla ümumilikdə 12 bölmədən, mənbələrə gəldikdə isə hamısı etibarlı olmaqla 36 istinad və 5 ədəbiyyat siyahısından ibarətdir. Şeirlərə gəldikdə şairin 2 mindən çox şeiri var və bu məqalədə onun etibarlı mənbələrdə çap olunmuş 36 seçmə şeirləri qeyd edilib ki, bu da nəinki viki-qaydalara ziddir, əksinə bu məsələyə bir müğənninin məqaləsində onun sinqllarının siyahısının verilməsi müqayisəsilə yanaşa bilərsiz. Mən ümumiyyətlə Vikipediyada səsvermə yox, SNS və BNS kimi müzakirə ilə qərar verilməsinin tərəfdarıyam. Çünki Vikipediya demokratiya deyil. Həm bu məqaləni status alması üçün təqdim etdikdən sonra baş verən məlum hadisələrdən sonra, həm də bu səbəbdən mən bu məqalənin təqdimatından imtina etdim. @Baskervill bunu nəzərə almayıb məqaləni bura əlavə etdi. İndi də səslərə baxanda sonuncu mübahisədən qaynaqlanan mövqeləri müşahidə edirəm. Bütün bunları nəzərə alaraq təqdimatçı kimi bu ümumviki-qaydalara zidd səsvermənin vaxtından əvvəl yekunlaşdırılmasını tələb edirəm. samral müzakirə 15:53, 6 avqust 2023 (UTC)
- Mən həcmlə bağlı nəsə yazmamışam. Ola bilər ki, mövzu filan qədərdir və ondan artıq genişləndirmək mümkün deyil. Bu halda tam əhatələnmiş olur, amma burada vəziyyət tamam başqadır. Məqalədə 36 istinad var isə, bunun yarısı şeirlərdir və onlara verilmiş istinadlardır. Bu, doğru deyil. Həmçinin diskoqrafiya ilə bunu müqayisə də doğru deyil. Bəlkə şeirlərin mətnlərini də yazaq? Harada görülüb, bu? Heç Mehmet Akif Ersoy kimi adamın şeirləri məqaləsində qeyd edilməyib. Vikimənbədə qeyd edilib. Bu, sadəcə bir nümunə idi. Vikipediyada şeir qeyd edilmir. Onun yeri Vikimənbədir, bura yox. Nümunə olmadığı üçün nümunə də çəkə bilməmisiniz, götürüb əlaqəsiz müqayisə etmisiniz. Şəxslərin müsahibələrinə qədər məqalələrinə əlavə edirsiniz, ki, elə bil öz şəxsi saytlarıdır. Bu, harada görünüb? Belə təcrübə harada var? Gadir (müzakirə) 22:44, 6 avqust 2023 (UTC)
- @Gadir bəy, salam. Zəhmət olmasa mənə nəsə yazanda adımı teq edin ki, mənə bildiriş gəlsin ki, xəbərdar olum. Təsadüfən gördüm ki, cavab yazmısız. Mehmet Akif Ersoyun məqaləsi naqisdirsə, bu mənim pronəblemimdi? Ərsoyun məqaləsində yoxdu, amma TrVikidə Nazım Hikmet məqaləsində seçmə şeirləri də var, hətta şeirlərinin ayrıca siyahısı da var. Nümunə üçün qeyd edim ki, AzVikidə filankəsin biblioqrafiyası, filankəsin filmoqrafiyası kimi EnViki başda olmaqla əksər böyük vikilərdə mövcud olan ensiklopedik ənənəni mən gətirmişəm AzVikiyə bu və bu məqalələrlə. Gadir bəy mən başa düşə bilmirəm siz ümumiyyətlə qərəzli istifadəçisiz, yoxsa təcrübəsiz? 5 ilə yaxın fəaliyyətinizi nəzərə alsaq sizə təcrübəsiz demək düzgün olmaz. 1-ci halda isə siz konkret yoruculuq edirsiz. Bu hərəkətinizi də viki-icmanın iş prinsipini pozmağınızın artıq sayını unutduğum qədərki cəhdiniz kimi qiymətləndirirəm. Həmkarımız Eldaradoya baxın. Görürsüz sanki səsvermə kimi gəldi səsini verdi və getdi. Cavab filan da yazmadı, müzakirə aparmadı. Çünki təcrübəli bir istifadəçidi. Bilir ki, qərəzli bir səs veribsə, belə bir müzakirəni uzatmamalıdı. Bilir ki, uzatsa, qərəz əlamətləri üzə çıxa bilər. Amma məsələn bu mövzuda görün necə müzakirə aparır. Çünki ən azından özünü haqlı hesab edir. Amma siz Gadir bəy mənasız yerə uzadırsız. Başa düşmürəm niyə? samral müzakirə 14:39, 26 avqust 2023 (UTC)
- Mən həcmlə bağlı nəsə yazmamışam. Ola bilər ki, mövzu filan qədərdir və ondan artıq genişləndirmək mümkün deyil. Bu halda tam əhatələnmiş olur, amma burada vəziyyət tamam başqadır. Məqalədə 36 istinad var isə, bunun yarısı şeirlərdir və onlara verilmiş istinadlardır. Bu, doğru deyil. Həmçinin diskoqrafiya ilə bunu müqayisə də doğru deyil. Bəlkə şeirlərin mətnlərini də yazaq? Harada görülüb, bu? Heç Mehmet Akif Ersoy kimi adamın şeirləri məqaləsində qeyd edilməyib. Vikimənbədə qeyd edilib. Bu, sadəcə bir nümunə idi. Vikipediyada şeir qeyd edilmir. Onun yeri Vikimənbədir, bura yox. Nümunə olmadığı üçün nümunə də çəkə bilməmisiniz, götürüb əlaqəsiz müqayisə etmisiniz. Şəxslərin müsahibələrinə qədər məqalələrinə əlavə edirsiniz, ki, elə bil öz şəxsi saytlarıdır. Bu, harada görünüb? Belə təcrübə harada var? Gadir (müzakirə) 22:44, 6 avqust 2023 (UTC)
- Lehinə: yuxarıda qeyd edilən fikirlər ilə razıyam. Məqalədə yaxşı tədqiqat işi aparılıb --► Hörmətlə: SolaVirum 16:35, 6 avqust 2023 (UTC)
- Əleyhinə:— Rəcəb Yaxşı (müzakirə) 05:56, 7 avqust 2023 (UTC)
- @Baskervill, zəhmət olmasa, dayandırardız bu Azərbaycansayağı səsverməni. samral müzakirə 11:16, 25 avqust 2023 (UTC)
- @Rəcəb Yaxşı, Vikipediya demokratiya deyil. samral müzakirə 14:23, 26 avqust 2023 (UTC)
- Lehinə: məqalənin həcmi az olsada ancaq keyfiyyət baxımından yüksək səviyyədədir. Həqiqətən bilinir ki məqalə üzərində 12-ilin təcrübəsi işləyib — ☞QRAF☜ (✉ → ♕) 03:06, 27 avqust 2023 (UTC)
- Lehinə: ümummi olaraq götrsək məqalə təqdirə layiqdir. Amma məzmun qısadır, çalışın məzmunu genişləndirmək mümkün olarsa məqaləyə söz ola bilməz. — Khidirzada (müzakirə) 13:44, 27 avqust 2023 (UTC)
- Qəbul edildi - məqaləyə YM statusu verilmişdir.— Baskervill | müzakirə 21:55, 31 avqust 2023 (UTC)