Xelfeli Susa - Wikipedia
Xəlfəli — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. Xəlfəli kənd inzibati-ərazi dairəsinin mərkəzidir.
Xəlfəli | |
---|---|
39°45′31″ şm. e. 46°42′03″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.260 m[1] |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəXəlfəli kəndi Şuşa rayonunun Xəlfəli kənd inzibati-ərazi dairəsinin mərkəzidir. Bu inzibati-ərazi dairəsinə Armudlu, Dükənlər, Qarabulaq, Laçınlar, Mirzələr, Şuşulu və Zamanpayası kəndləri də daxildir.[2][3] Kənd, 1260 metr hündürlükdə, Xəlfəliçayın sahilində yerləşir. Xəlfəliçay Kərkərçaya tökülür.[4] Kənd Şuşa rayonunun şimal hissəsində, rayon mərkəzi olan Şuşadan cəmi 4 km qərbdə yerləşir.[5]
Tarixi
redaktəSovet dövründə kənd Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibində olan Şuşa rayonuna daxil idi.[6]
Qarabağ münaqişəsi nəticəsində kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[7]
2020-ci il 9–10 noyabr gecəsi imzalanmış Üçtərəfli Bəyanata əsasən, İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra kənd Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir.[8]
Azərbaycan Silahlı Qüvvələrinin 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirdiyi hərbi əməliyyatlar nəticəsində kənd Azərbaycanın nəzarətinə qaytarılmışdır.[9]
Əhalisi
redaktəQarabağ müharibəsindən əvvəl kənddə yalnız azərbaycanlılar yaşayırdı. 1912-ci il "Qafqaz təqvimi"nə görə, kənddə əsasən "Tatarlar" kimi qeyd edilən 1 389 azərbaycanlı yaşayırdı.[10] 1921-ci il siyahıyaalınmasına əsasən, kənddə "Azərbaycan türkləri" kimi göstərilən 1 073 azərbaycanlı yaşamışdır.[11] 1986-cı il məlumatlarına görə, kənddə 126 azərbaycanlı yaşayırdı.[12]
İstinadlar
redaktə- ↑ https://web.archive.org/web/20110826041141/http://www.wikimapia.org/#lat=39.766944&lon=46.683056&z=15&l=1&m=w.
- ↑ İnzibati ərazi bölgüsü təsnifatı. 2024 (PDF). Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2024. 95. 2024-04-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-07.
- ↑ "Rayon haqqında | Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti". www.shusha-ih.gov.az. 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-07.
- ↑ Yunusoğlu, Qismət. "Laçın-Xankəndi yolunun müqəddəsliyi..." www.anl.az. 2022-12-23. İstifadə tarixi: 2024-10-07.
- ↑ "Şuşa rayonunda hansı qəsəbə və kəndlər var? - ƏN YENİ SİYAHI". bizim.media (az.). İstifadə tarixi: 2024-10-07.
- ↑ Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (az.). Bakı: Azərnəşr. 1979. 118. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-07.
- ↑ "Erməni terrorunun xronologiyası - GÜNBƏGÜN". KONKRET (az.). 2019-10-07. İstifadə tarixi: 2024-02-07.
- ↑ "Баку: Минобороны РФ исказило факты об инциденте на дороге Ханкенди-Халфали-Туршсу". www.aa.com.tr. 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-07.
- ↑ "Азербайджан вернул себе Карабах. Поставлена ли точка в конфликте?". BBC News Русская служба (rus). 2023-10-16. 2023-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-27.
- ↑ Кавказский календарь на 1912 г., с. 214. 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-07.
- ↑ "Перепись населения АзССР в 1921 г. по Шушинскому району". 2011-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-26.
- ↑ Азербайджанская Советская Энциклопедия, 1986