Yehya Huseynov - Wikipedia
Yəhya Hüseynov Qasım oğlu (1906 – 1941, Yartsevo, Smolensk vilayəti) — Sovet dəmiryolçusu, 1-ci çağırış SSRİ Ali Sovetinin deputatı.
Yəhya Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1906 |
Vəfat tarixi | 1941 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Döyüşlər |
Həyatı
redaktəO, Azərbaycan SSR-in Biləcəri deposunda maşinist işləyib. 1937-ci ildə 1-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilib.
Böyük Vətən Müharibəsinin başlaması ilə Hüseynov onu cəbhəyə göndərmək xahişi ilə SSRİ Dəmir Yolları Xalq Komissarlığının rəhbərliyinə müraciət edir. Onun xahişi təmin olunur və Qərb yoluna göndərilir. Alman hava qüvvələrinin Smolenskə hücumu zamanı Hüseynov qolundan yaralansa da, postunda qalır. Yartsevo rayonunda qovşaqda silah və sursatla dolu qatarların çıxarılmasını təşkil edərkən şəhərin növbəti bombalanması zamanı həlak olur.
Cənubi Qafqaz respublikalarının, o cümlədən Azərbaycan dəmiryolçularının müharibədəki tarixi xidmətini yüksək dəyərləndirən ordu generalı İvan Tyulenov yazırdı:
Zaqafqaziya dəmiryolçuları və Xəzər dənizçiləri yorulmadan işləyirdilər. Köçürülməni həyala keçirərək, onlar eyni zamanda düşmən bombaları altında Qafqaza yüz minlərlə əsgər, minlərlə silah, yük maşınları, min tonlarla hərbi sursat, ərzaq daşımışdılar. |
Xatirəsi
redaktəBakının Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki küçə onun adını daşıyır.