Yayla - Wikipedia
Yayla - Wikipedia - Haqqında Məlumat
Yayla və ya Dağlıq plato — Dəniz səviyyəsindən 500 metrdən çox hündürlüyü olan düzənliklərə yaylalar deyilir. Denudasiya mənşəlidir. Denudasiya prosesləri nəticəsində alçalmış dağ silsilələrinin və dəniz səviyyəsindən yüksəkdə yerləşmiş düzənlik sahələrin növbələşməsi ilə səciyyələnir. Düzənliklər quru iqlim şəraitində dağların uçulma məhsullarının dağarası çökəklərdə toplanmasından və ya çökəyin vulkan materialları (lava, vulan külü) ilə dolmasından əmələ gəlir (məsələn, Anadolu yaylası, Şərqi Pamir, Burqund yaylası, Qarabağ vulkanik yaylası və s). Ən hündür yayla Himalay dağ sistemində yerləşən Tibet yaylasıdır.
Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Mənbə
redaktə- ASE, V cild, Bakı, 1981, səh. 50