Yerkrapa - Wikipedia
Yerkrapa Könüllülər İttifaqı (erm. «Երկրապահ» կամավորական միություն, ԵԿՄ «Yerkrapa» kamavorakan miutyun, YeKM) və ya Yerkrapa Qazilər İttifaqı (Yerkrapa – Yurdun qoruyucuları) — Birinci Qarabağ müharibəsinin qaziləri tərəfindən yaradılmış Ermənistan qeyri-hökumət təşkilatı.[5] Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi ilk növbədə 6 min erməni qazidən ibarət idi.[6] Yerkrapa böyük və nüfuzlu bir qazi qrupudur.[7] Yerkrapa ittifaqı Birinci Qarabağ müharibəsində fəal iştirak etmişdi. Buna baxmayaraq, Sarkisyanın ölümündən sonra Yerkrapanın Ermənistan siyasətində təsiri azalmağa başlamışdır.[8] Yerkrapa 5–30 min qazini öz təşkilatı altında cəmləşdirmişdi.[2] Tomas de Vaala görə, 1994-cü ildən sonra Yerkrapa ölkənin ən güclü təşkilatına çevrilmişdir.[9] Təşkilat Azərbaycan mətbuatında "terror təşkilatı" kimi də qiymətləndirilir.[10]
Yerkrapa Könüllülər İttifaqı | |
---|---|
erm. «Երկրապահ» կամավորական միություն, ԵԿՄ | |
Növü | Yarımhərbi qeyri-hökumət təşkilatı |
Yaranma tarixi | 1993[1]—h.h. |
Ölkə | Ermənistan |
Tabedir | Ermənistan Silahlı Qüvvələri |
Sayı | 5,000–30,000[2] |
Şüarı | "Yurdun qoruyucuları" |
Müharibələr |
Birinci Qarabağ müharibəsi Aprel döyüşləri[3] İkinci Qarabağ müharibəsi[4] |
Komandanlıq | |
Komandir | Sasun Mikayılyan |
Məşhur komandirləri |
Vazgen Sarkisyan Manvel Qriqoryan |
ekm.am |
Hərbi əməliyyatlar
redaktəYerkrapa Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır.[11] Təşkilat 2016-cı il Aprel döyüşləri,[3] eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərmişdir.[4]
Siyasi fəaliyyət
redaktəVazgen Sarkisyanın başçılıq etdiyi Yerkrapa parlament fraksiyası[12] artıq 1998-ci ildə Ermənistan Milli Məclisinin ən böyük fraksiyasına çevrilmişdi (69 üzvdən ibarət idi).[13][14] Fraksiya ittifaq üzvlərindən ibarət idi. 1998-ci ilin yayında fraksiya Ermənistan Respublikaçı Partiyası ilə birləşmişdir.[15][16][17] Yerkrapa bir siyasi hərəkat olaraq artıq 2001-ci ildə nominal siyasi təsirini itirmişdir.[18]
2008-ci ildə Ermənistan Müdafiə Nazirliyinin o vaxtkı Baş Qərargah rəisi Seyran Ohanyanın rəhbərlik etdiyi bir qrup yüksək rütbəli hərbi xadim təşkilatın siyasətə qarışmasına etiraz etmişdir. Onlar 25 fevral 2008-ci ildə Yerkrapadan ayrılmışdır. Bu addım mübahisəli keçən 2008-ci il prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarında sədr müavini Myasnik Malxasyan və bir neçə üzvün keçmiş prezident Levon Ter-Petrosyanı dəstəkləməsindən sonra atılmışdı.[19][20] Yerkrapaın o vaxtkı sədri və müdafiə nazirinin müavini Manvel Qriqoryanın Ter-Petrosyanla da görüşdüyü, o cümlədən ona siyasi dəstək vəd etdiyi iddia edilmişdir.[20]
2019-cu ildə Sasun Mikayelyan təşkilatın hakim partiyanın qanadı olaraq xidmət etməyəcəyini barədə israr etmişdir.[21]
Sədrlər
redaktə- Vazgen Sarkisyan (1994–1999)
- Manvel Qriqoryan (1999–2019)[21][22]
- Sasun Mikayılyan (2019–h.h.)
İstinadlar
redaktə- ↑ "Համառոտ բնութագիր (Brief description)" (erməni). Official site of Union of Yerkrapah Volunteers. 25 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 March 2013.
- ↑ 1 2 Levitsky, Steven. Competitive Authoritarianism: Hybrid Regimes After the Cold War. 16 avqust 2010. səh. 209. ISBN 9781139491488. 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
- ↑ 1 2 "The Yerkrapah Union of Volunteers at a Crossroads". USC Institute of Armenian Studies (ingilis). 2018-07-12. 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
- ↑ 1 2 "2020 War's Bloodiest Day: October 10". 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
- ↑ Məmmədova, Gülxanım. "2020-ci il müharibəsinin ən qanlı günü: 10 oktyabr". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 1 sentyabr 2021. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
- ↑ P. Croissant, Michael. The Armenia-Azerbaijan conflict: causes and implications. 1998. səh. 123. ISBN 9780275962418. 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
- ↑ "Armenian War Veterans Divided Over 2008 Election". Armtown. 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
- ↑ Lowell, Barrington. After Independence: Making and Protecting the Nation in Postcolonial & Postcommunist States. University of Michigan Press. 2006. səh. 241.
- ↑ De Waal, Thomas. Black Garden: Armenia and Azerbaijan Through Peace and War. 2003. səh. 244. ISBN 9780814719459. 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
- ↑ Rafiqqızı, İnarə. "Erməni cəlladları "Lyoxa" və "Lyoşa": biri Naxçıvanda doğulub böyüyübmüş..." Virtual.az (ingilis). 30 iyun 2021. 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
- ↑ ""Yerkrapah" and other volunteer regiments ready to head to frontline". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
- ↑ Carley, Patricia. "Nagorno-Karabakh: Searching for a Solution". United States Institute of Peace. December 1998. 10 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2013.
- ↑ Fuller, Liz. "Caucasus Report: May 12, 1998". RFE/RL. 12 May 1998. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2013.
- ↑ Astourian, 2001. səh. 57-58
- ↑ Panossian, Razmik. The Armenians: From Kings and Priests to Merchants and Commissars. New York: Columbia University Press. 2006. səh. 326. ISBN 9780231511339.
- ↑ "Yerkrapah turns into political party". The Jamestown Foundation. 22 July 1998. 19 June 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 April 2013.
- ↑ "History of the Party". The Republican Party of Armenia. 9 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2013.
- ↑ Hughes, Sasse, 2002. səh. 155
- ↑ "Top Army Officers Quit Yerkrapah Union". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
- ↑ 1 2 "Կարևոր վկան պետք է չեզոքացվի. գեներալ Մանվել Գրիգորյանի առեղծվածը". www.yerkir.am (erməni). 28 October 2019. 7 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 June 2021.
- ↑ 1 2 "Armenian War Veterans Pick New Pro-Government Leader". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
- ↑ "National Assembly of the Republic of Armenia | Official Web Site | parliament.am". www.parliament.am. 2013-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
Xarici keçidlər
redaktə- ekm.am — Yerkrapa Könüllülər İttifaqının rəsmi saytı