Levon Ter Petrosyan - Wikipedia
Levon Hakobi Ter-Petrosyan (erm. Լևոն Տեր-Պետրոսյան; 9 yanvar 1945[1][2] və ya 1945[3], Hələb) — Ermənistan Respublikasının 1-ci Prezidenti (11 noyabr 1991 – 3 fevral 1998).
Levon Ter-Petrosyan | |
---|---|
erm. Լեւոն Հակոբի Տեր-Պետրոսյան | |
11 noyabr 1991 – 3 fevral 1998 | |
Sonrakı | Robert Köçəryan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 yanvar 1945[1][2] (79 yaş) və ya 1945[3] |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, tarixçi |
Dini | Erməni Həvari kilsəsi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLevon Ter-Petrosyan 9 yanvar 1945-ci ildə Suriyanın Hələb şəhərində dünyaya gəlmişdir. Atası Akop Ter-Petrosyan Livan və Suriya kommunist partiyasının yaradıcılarından biri olmuşdur. Anası milliyətcə assuriyalı olub.
Ter-Petrosyan İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, sonra təhsilini M. Abeqyan adına ədəbiyyat institutunun və Leninqrad şərqşünaslıq institutunun aspiranturasında davam etdirib.
1970–1980-ci illərdə elmi fəaliyyətlə məşğul olub. 1988-ci ildən Qarabağı Azərbaycandan qoparmaq üçün erməni millətçilərinin yaratdığı "Qarabağ komitəsi"nin üzvü və "Erməni İctimai Hərəkatı"nın rəhbərlərindən biri olur.
1988-ci ilin dekabrında "Qarabağ komitəsinin" digər üzvləri ilə birlikdə Ter-Petrosyan da həbs olunur, onları kütləvi iğtişaşların təşkilində və milli ayrı-seçkiliyin təbliğində ittiham edirdilər. Lakin 1989-cu ilin mayında Ter-Petrosyan azadlığa buraxılır.
1989-cu ilin avqustunda Levon Ter-Petrosyan Ermənistan Ali Sovetinin deputatı, həmin ilin noyabrında isə Ter-Petrosyan Erməni ictimai hərəkatının rəhbəri seçilir.
1990-cı ilin avqustunda Ter-Petrosyan Ermənistan Ali Sovetinin sədri vəzifəsini tutur. 16 oktyabr 1991-ci ildə Levon Ter-Petrosyan Ermənistanın birinci prezidenti seçilir, 1996-cı ilin sentyabrın 21 o bu vəzifəyə təkrarən seçilir.
3 fevral 1998-ci ildə Levon Ter-Petrosyan baş nazir Robert Koçaryan, müdafiə naziri Vazqen Sarkisyan və daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarkisyanla Qarabağ münaqişəsinin həlli ilə əlaqədar yaranmış narazılığa görə sonuncular tərəfindən istefa verməyə məcbur olunur. Belə ki, Levon Ter-Petrosyan ATƏT – in Minsk qrupunun təklif etdiyi "Mərhələli həll" variantının Ermənistan üçün məqbul ola biləcəyini düşünürdü. Əslən Qarabağdan olan, güc nazirləri və baş nazir buna qarşı idilər.
Həmin ilin mart ayında yeni prezident Robert Koçaryan oldu.
İstefadan sonra
redaktəÖz istefasından sonra uzun müddət Levon Ter-Petrosyan heç bir siyasi məsələyə qarışmayaraq Matenadaranda elmi işçi kimi çalışırdı.
Lakin 26 oktyabr 2007-ci ildə o, İrəvanda müxalifətin təşkil etdiyi mitinqdə çıxış edərək prezident seçkilərində iştrak etmək niyyətində olduğunu bildirir. Həmçinin həmin çıxışında o Ermənistan hakimiyyətini tənqid edir, indiki hakimiyyətin "erməni xalqına şərəf gətirməyən, alçaldıcı və cinayətkar" olduğunu bəyan edir.
2008-ci ilin fevralında keçirilmiş seçkilərdə, Serj Sarkisyan qalib gəlir, erməni müxalifəti və şəxsən Ter-Petrosyan seçkilərin nəticələrini tanımadığını və seçkilərin total saxtalaşdırma şəraitində keçdiyini bəyan edir.
Müxalifət İrəvanda kütləvi etiraz aksiyalarına başlayır. Martın 1 — i polis Ter-Petrosyan tərəfdarlarının keçirdiyi mitinqi dağıdır, bunun nəticəsində şəhərdə kütləvi iğtişaşlar başlayır, rəsmi məlumatlara əsasən bu zaman 8 nəfər həlak olur 130 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alır.
Levon Ter-Petrosyan dövlət mühafizə idarəsinin əməkdaşlarının müşayəti ilə öz iqamətgahına gətirilir və burada faktiki olaraq ev həbsində saxlanılır.
Mitinq dağıdılandan sonra Ter-Petrosyanın tərəfdarları İrəvandakı Fransa səfirliyinin qarşısına yığışır və burada barikadalar qurmağa başlayırlar. Həmin gün Robert Koçaryan İrəvanda 20 gün müddətinə fövqaladə vəziyyət elan edir.
2008-ci ilin yayında 15 siyasi partiya və bir ictimai təşkilat "Erməni milli konqresini" təsis edir və Levon Ter-Petrosyan bu konqresin faktiki rəhbərinə çevrilir.
İstinadlar
redaktə- ↑ 1 2 Levon Ter-Petrosjan // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Levon Ter-Petrosjan // Munzinger Personen (alm.).
- ↑ 1 2 Люди и судьбы. Биобиблиографический словарь востоковедов - жертв политического террора в советский период (1917-1991) (rus.). СПб: Петербургское Востоковедение, 2013. 496 с. — (Социальная история отечественной науки о Востоке) ISBN 978-5-85803-225-0