Carli Caplin - Wikipedia
Çarlz Spenser "Çarli" Çaplin (ing. Sir Charles Spencer "Charlie" Chaplin; 16 aprel 1889[1][2][…] – 25 dekabr 1977[3][4][…]) — məşhur ABŞ və İngiltərə rejissoru, aktyoru, ssenari müəllifi, komediyaçısı və bəstəkarı olmuşdur.
Çarli Çaplin | |
---|---|
ing. Charles Chaplin | |
Doğum adı | Charles Spencer Chaplin |
Doğum tarixi | 16 aprel 1889[1][2][…] |
Vəfat tarixi | 25 dekabr 1977[3][4][…] (88 yaşında) |
Vəfat səbəbi | insult, beyin qansızması[d] |
Dəfn yeri |
|
Həyat yoldaşı |
|
Uşaqları | 11 (Sidney Erl Çaplin daxil olmaqla) |
Fəaliyyəti | kinorejissor, bəstəkar, kino aktyoru, ssenarist, film prodüseri, komediyaçı, montajçı[d], avtobioqraf[d], teatr aktyoru, film bəstəkarı, aktyor, rejissor, prodüser, yazıçı |
Fəaliyyət illəri | 1899–1976 |
Təhsili |
|
Boyu | 163 sm |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0000122 |
charliechaplin.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəÇarli Çaplin Londonda Çarlz Çaplin və Hanna Çaplinin övladı kimi dünyaya gəlmişdir. Onun valideynlərinin ikisi də musiqiçi idilər. Anası məşhur rəqqasə idi. O anadan olandan bir az sonra valideynləri ayrılırlar.
Çarlz Çaplin 1901-ci ildə alkoqoldan vəfat edir. Anası Hanna hələ uşaqlıqdan psixi problemlərdən əziyyət çəkir, belə ki, balaca Çarli və ögey qardaşı Sidney internatda böyüməli olurlar.
Çaplin öz karyerasına 5 yaşında İngiltərədə teatrda başlayır. Burada o küçə uşağı rolunu uğurla oynayırdı. Öz ilk şəxsi rolunu o 1901-ci ildə alır.
1913-cü ildə Çaplin ABŞ-yə səfəri zamanı Keystoun film studiyası tərəfindən aktyor kimi film çəkilişində iştirak edir. Əvvəlcə kiçik rollarda çəkilən Çarli sonralar yaratdığı obrazlarla dünya şöhrəti qazanır. O, Ford Sterlinqdən (aktyor idi) bir cüt ayaqqabı, Arbrukledən bir şalvar, balaca bir pencək və Mark Svenin yalançı bığını götürür. Bu stil onun rollarına uyğun gəlməsə də, sonra ona studiyada bu paltarda çəkilməyə icazə verilir. Çaplin filmin ssenarisini, rejissorluğunu öz üzərinə götürür.
Onun bu filmi tezliklə sevilir və o təkliflərdən canını qurtara bilmir. 1915-1916-ci illərdə o yüksək honorarlara Essanaye və Mutual korporeyşinə işləməyə gedir. Burada Çarli Çaplin Edna Pörviens ilə tanış olur. Edna onun 35 filmində çəkilir. Çarli ilə Edna arasında şəxsi münasibətlər də mövcud olmuşdur. 1917-ci ildə ABŞ birinci dünya müharibəsinə qoşulduqdan sonra Çaplinə qarşı siyasi kompaniya başlayır. Çünki, o əsgər sıralarına yazılmışdır.
Sonralar Çaplin "First National"a keçir və burada ilk milyon dollar məbləğində müqavilə imzalayan ulduz olur. O getdikcə filmlərinin ssenarisini özü yazır və özü də istehsal edirdi. 6 fevral 1921-ci ildə Çaplin "Uşaq" filmini çəkir. Bu ilk uzun məzmunlu film idi. O 51 dəqiqə davam edirdi.
1918-ci ildə 28 yaşlı Çaplin 16 yaşlı aktrisa Mildred Harris ilə evlənir. Onların 1919-cu ildə anadan olan oğulları az sonra vəfat edir. 13 noyabr 1920-ci ildə onlar ayrılırlar.
Çaplinin "First National" studiyasında müqaviləsi başa çatdıqdan sonra o həmkarları ilə birlikdə "United Artists" film studiyasını yaradır.
1924-cü ildə Çaplin "Qızıl hərisliyi" filminin çəkilişi zamanı tərəf müqabili olan 16 yaşlı Lita Qreyə vurulur. Lita Qreyin 1926-cı ildə ondan bir uşağı olur. Bu ikinci nikah da Çaplin üçün uğursuz olur. Onlar 1927-ci ildə aralarında baş vermiş münaqişəyə görə bir-birindən aralanırlar.
1936-cı ildə Çaplinin "Yeni zamanlar" adlı filmi işıq üzü görür. Bu filmdə Çaplin zamanənin inkişafını hər şey üçün səbəbkar sayır. Bu film Amerikada ciddi tənqidlərə məruz qalır. O sistem və kapitalizm əleyhinə bir film kimi pislənir.
1936-cı ildə Çaplin aktrisa Polett Qoddar ilə evlənir.
1940-cı ildə Çarli Çaplin "Böyük diktator" filmini ekranlaşdırır. Əslində Hitlerin hakimiyyətini pisləyən bu film ilk öncə Amerika senzurasından keçmir, çünki Hitlerin fəaliyyətinin əvvəlində Amerika konservatorları onun Avropada "bolşevizmə" və "kommunizmə" qarşı hərbi güc toplamasını alqışlayırdılar. Onlar Hitleri böyük siyasətçi adlandırırdılar. Ona görə də, Çaplinin bu filmi onlararın ürəyincə deyildi.
Bu filmdən sonra nasional sosialistlər ona yəhudi damğası vururlar. 1942-ci ildə onun nikahı Polett Qoddar ilə də sona çatır. Bir az sonra Çaplin dramaturq Yucin O'Nilin qızı Una O'Nil ilə tanış olur və onu sevir. Çaplin onunla öz xoşbəxtliyini tapmış olur. Onlar 16 iyun 1943-cü ildə evlənirlər. 1944-cü ildə onların sonrakı səkkiz uşağının birincisi Jeraldine anadan olur.
Müharibədən sonrakı illərdə o tez-tez dövlət məmurları qarşı sorğu suala tutulur. FBİ-ın şefi C. Edqar Huver Çaplinin əleyhdarlarından biri idi, o Çaplini Amerikada yaşamaq hüququndan məhrum etmək istəyirdi. 1947-ci ildə Çaplin ingilis həftəlik qəzetində "Mən Hollivuda müharibə elan edirəm!" adlı məqaləsini çap etdirir. O böyük nailiyyətlərinə Amerikada çatmasına baxmayaraq öz Britaniya vətəndaşlaığını saxlayır. O özünü dünya vətəndaşı adlandırır. Çarli Çaplin liberal, kritik və pasifist siyasi cərəyanlara qulluq edirdi. Ona görə də, film ulduzu kimi bu xasiyyətlərlə onun problemləri yaranırdı.
18 sentyabr 1952-ci ildə Çarli Çaplin ABŞ-ni tərk edərərək İngiltərəyə qısa səfərə çıxır. Məqsədi təzə çəkdiyi filmi nümayiş etdirmək idi. Huver bundan xəbər tutan kimi Çarli Çaplinin Amerikaya qayıdışının qarşısını alır. Çaplin Avropada qalmaq qərarına gəlir. 1952-ci ildə o İsveçrəyə köçür və Cenevrə gölü ətrafında Manoir de Banda yaşamağa başlayır.
1957-ci ildə Çaplin ABŞ ilə arasında olan problemləri satirik şəkildə çəkdiyi "Nyu-Yorkda bir şah" filmində ifşa edir.
1967-ci ildə Çaplin "Honkonqlu qrafinya" adlı filmi çəkir. Bu filmdə o ikinci rolda çıxış edir. Çəkiliş zamanı onun tez-tez fiziki sağlamlığı ilə problemlər üzə çıxır. Onun sağlamlığı son illər keçirdiyi streslər nəticəsində artıq zəifləmişdir.
1972-ci ildə o "Fəxri Oskar" mükafatını almaq üçün bir dəfə də ABŞ-yə gedir.
25 dekabr 1977-ci ildə Çarli Çaplin 88 yaşında Veve (İsveçrə) şəhərində vəfat edir.
Maraqlı faktlar
redaktə- Çaplin bir dəfə də olsun Oskar mükafatı almayıb. Yalniz müsabiqədən kənar Oskara layiq görülüb.
- Amerikada 40 ildən çox yaşasa da bu ölkənin vətəndaşı olmayıb. Həmişə Böyük Britaniya vətəndaşı olub.
- Həyatında çox qadın olan Çaplin 4 dəfə evlənib və 11 uşaq atası olub. 12-ci uşağı məhkəmə vasitəsi ilə ona sırımağa çalışsalar da, ekspertiza aktyorun uşağın atası olmadığını təsdiq edib. Aktyorun sonuncu övladı o 73 yaşında olanda doğulub.
- Çaplin "Böyük Diktator" filmində canlandırdığı Adolf Hitlerdən 4 gün böyük idi. Deyilənlərə görə, Hitler bığının formasını Çaplindən götürüb.
- Çaplin – fotosu Time jurnalının üz qabığında təsvir olunan ilk aktyor idi. 1975-ci ildə o, cəngavərlik titulu almışdı.
- Başqa ad altında Çaplinin oxşarları müsabiqəsində iştirak edib. Bir versiyaya görə aktyor müsabiqədə ikinci, birinə görə üçüncü, başqa versiyaya görə isə beşinci yeri tutub.
- Çaplin ayaqlarını 20 min dollar dəyərində sığorta etmişdi.
- 1928-ci ildə çəkdiyi "Sirk" filmində qulağına mobil telefona oxşayan qurğu tutan qadın təsvir edilib.
- Çarli Çaplin sol əllə yazırdı.
- "Qadın istənilən kişi milyarderi milyonçu edə bilər" və "Mən fillərə nifrət edirəm: onlar çox güclü və sözəbaxandılar" məşhur fikirlərinin müəllifidir.
- Çarli San Fransisko teatrında kasıba (kasıb – onun ən populyar obrazı) oxşayan adamların müsabiqədə inkoqnito iştirak edəndə hətta finala keçməyi bacarmamışdı.
- Çaplinin gözləri mavi olub[5].
Filmoqrafiya
redaktə- İmmiqrant (film, 1917) / The Immigrant
- İt həyatı (film, 1918) / A Dog's Life
- Uşaq (film, 1921) / The Kid
- Qızıl hərisliyi (film, 1925) / The Gold Rush
- Sirk (film, 1928) / The Circus
- Böyük şəhərin işıqları (film, 1931) / City Lights
- Böyük diktator (film, 1940) / The Great Dictator
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Weissman S. M. Chaplin: A Life (ing.). 1 NYC: Arcade Publishing, 2008. P. 118. ISBN 978-1-55970-892-0
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Charlie Chaplin // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Charles Chaplin // Internet Broadway Database (ing.). 2000.
- ↑ Hitler bığının formasını ondan götürmüşdü. kulis.az[ölü keçid] (az.)