Cinde Buddizm - Wikipedia
Vicdan azadlığı prinsiplərinə ciddi riayət etməklə ÇXR dövləti, hökuməti ölkəyə feodal keçmişdən qalan və indi də milyonlarla çinlinin şüurunu əsir edən müxtəlif növ mövhumat və xürafatdan azad olmaq üçün əhali arasında maarifçilik işləri də aparır. Ənənəvi mövhumatlardan bəzisini və onların müasir Çin xalqının həyatında nə cür məna almasını nəzərdən keçirək. Buddizm Çinə e.ə. I əsrdə daxil olmuşdur. Eramızın IV əsrində bu dinin hər yerdə yayılması başlayır və tezliklə buddizm ölkənin ən nüfuzlu dininə çevrilir. Buddist nəzəriyyəsində üç başlıca istiqamət təşəkkül tapmışdır: çin buddizmi, tibet buddizmi (lamaizm) və pali buddizmi.
Hal-hazırda ölkədə rahiblərin sayı təqribən 300 minə qədərdir, 13 mindən çox buddist məbəd və monastırı var, 33 buddist məktəbi fəaliyyət göstərir, təxminən 50 adda dini məzmunlu nəşrlər çap olunur. Tibet buddizmi əsasən Tibet muxtar rayonunda, Daxili Monqolustan muxtar rayonunda, Tsinxay əyalətində və digər ərazilərdə yayılmışdır. Tibetlilər, monqollar, tuylar, uyğurlar, nasilər, pumilər, manbaylar və başqa xalqlar, ümumilikdə təxminən 7 mln. insan ona etiqad edir. Buddizmin pali təriqəti əsasən Yunnan əyalətinin cənub-qərb hissələrində yerləşən Sişuanbanna-day muxtar mahalında, Dehunday-tszinboy muxtar mahalında və Simao mahalında yayılmışdır. Dayların, bulanların, açan və vayların əksəriyyəti buddizmin pali təriqətinə etiqad edir. Hazırda ölkədə pali buddizminin 1 milyondan çox ardıcılı var.
Çin buddizminə əsasən xanlar etiqad edir, o, bütün ölkə boyu yayılmışdır. Buddizm Çində milli azlıqların yaşadığı ərazilərdə də geniş yayılıb. Çin buddizminin qollarından biri olan lamaizmə əsasən tibetlilərin və monqolların məskunlaşdığı rayonlarda etiqad edirlər, o, tibetlilər, monqollar, tuylar, tsyanlar, uyqurlar və s. arasında yayılmışdır. VII əsrdə Tufani (Tibet) hökmdarı Sonqtsen-qambo öz iki arvadının – Tan şanzadəsi Vençen və Nepal şahzadəsi Brkutinin təsiri altında buddizmə keçir. VIII əsrdə ilk hind rahibləri Tibetə ayaq basdıqda, onlar buddizmin məzhəblərindən biri – məhrəm buddizmi yaymağa başladılar. Məhrəm buddizm, mahayana xanların buddizmi və Tibetin qədim ilkin dini yaşama sistemi olan "Bon" bir-birinə təsir göstərdilər və nəticədə sinkretik lamaizm meydana gəldi. Lama tibetcə "ali", "aydın" və ya "müəllim" deməkdir. XIV əsrdə Tszonqaba lamaizmi təkmilləşdirdi. Sonda onun iki tələbəsi – Birinci Dalay-lama və Birinci Pançen-lama – lamaizmin dini lideri oldular. XV və XVI əsrlərdə lamaizm Tibetdən Sıçuan, Tsinxay, Qansu və Monqolustana daxil olur.
1949-cu ilədək Çin əhalisinin çoxu buddizmə etiqad edirdi. O dövr üçün ölkədə buddistlərin sayı barədə dəqiq məlumat yoxdur, bu məlumdur ki, o zaman Çində təxminən 500 min rahib və rahibə, 40 min monastır və məbəd var idi. Azadlıqdan dərhal sonra buddist icmasından olan bir çox görkəmli dini xadimlər dini islahatlar, buddist monastır və məbədlərinin idarə olunmasında bir sıra köhnəlmiş qanun və qaydaların aradan qaldırılması barədə təkliflərlə çıxış etdilər. Adi dini fəaliyyətdə savayı, rahib və rahibələr kənd və meşə təsərrüfatı, həmçinin sənətkarlıqla da məşğul olmağa başladılar.
1953-cü ildə Yeni Çinin buddistlərinin ilk konfransı keçirildi. Çin buddist cəmiyyəti yaradıldı. Çin buddist cəmiyyəti müxtəlif milliyyətdən olan buddistləri birləşdirən təşkilatdır. 1957, 1962 və 1980-ci illərdə Çin buddist cəmiyyətinin ikinci, üçüncü və dördüncü konfransları çağırılmışdır. 1956-cı ildə Çin buddizm institutu – Çində buddizmin öyrənilməsi üzrə ali təhsil müəssisəsi yaradıldı. Bu institut Pekinin qədim Fayuansı monastırında yerləşir. Çin buddist institutu buddizmin öyrənilməsi və tədqiqi üzrə elmi məqalələrin və buddist sutr və esselərin tərcümələrinin çap olunduğu, müəllifliyi Çin və digər ölkələrin müxtəlif milliyyətdən olan buddistlərinə məxsus "Buddizmin səsi" jurnalını buraxırlar. ÇXR-in yaranmasından sonra Çin buddist cəmiyyəti dünyanın 20-dən çox ölkə və rayonundan olan buddist cəmiyyətləri və dini xadimləri ilə əlaqələr saxlamağa başlamışlar, buddist təşkilatların nümayındələri qarşılıqlı dostluq səfərləri edirlər. 1955 və 1961-ci illərdə Çin buddist cəmiyyətinin nümayəndələri Birma və Seylon (indiki Şri-Lanka) hökumətlərinin dəvəti ilə bu ölkələrdə olmuş və bu ölkələrin buddistləri sahib olsun deyə, Çində saxlanılan müqəddəs təbərrük – Buddanın dişini onlara tapşırmışdır. Bu cür fəaliyyət qarşılıqlı anlaşmaları gücləndirmiş və Çin xalqı ilə digər ölkə xalqları arasında, Çin və xarici ölkə buddistləri arasında dostluğu möhkəmləndirmişdir.
Çində ən qədim buddist məbədi Xenan əyalətinin Loyan şəhərindəki Bayması (Ağ At) məbədidir.
İstinadlar
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə- О преподобном настоятеле Ши Юнсине Arxivləşdirilib 2009-12-19 at the Wayback Machine
- Wright, Arthur F.; Fo T’u Teng…. A Biography (佛圖澄), Harvard Journal of Asiatic Studies (11) 1948, p. 312-371
- Timeline of Buddhism