Cuntsin - Wikipedia
Çuntsin (ing. Chongqing) — Çində Sıçuan əyalətində şəhər[2], mərkəz tabeliyində şəhərdir.
Çuntsin | |
---|---|
重庆 | |
29°33′00″ şm. e. 106°30′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1929 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 237 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +86 23 |
Poçt indeksi | 400000–409900 |
Nəqliyyat kodu | 渝 A, B, C, F, G, H |
Digər | |
cq.gov.cn | |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəÇinin cənub-qərbində ən iri sənaye-ticarət mərkəzi, eləcə də Yantszı çayının yuxarı axarında quru və su nəqliyyatı mərkəzidir. Çuntsin Yantszı və Tszyalintszyan çaylarının qovuşduğu yerdədir. Şəhər ərazisinin mərkəzi hissəsi su ilə əhatələnmişdir və yarımadanı xatırladır. Şəhərin müxtərlif tikililəri təpələrdə salınmışdır, buna görə ona “dağlarda dolu” da deyirlər. Çuntsin kompleks sənaye şəhəridir. Burada metallurgiya, kimya, elektroenergetika, avtomobil, toxuculuq, qida, tibb sənayesi, tikinti materialları sənayesi, maşınqayırma və gəmiqayırma inkişaf edir. Hazırda Çuntsin inkişaf üçün yeni imkanlar qazanmışdır. Ölkənin mərkəzi və qərbi rayonlarının inkişafında, Yantszı hövzəsi ərazilərinin mənimsənilməsində vəgenişləndirilməsində Çuntsinin rolu əhəmiyyətli dərəcədə artmışdır. Bundan əlavə, Sansya su qovşağının tikintisi ilə əlaqədar miqrasiya prosesi və bunun ardınca yeni məskunlaşmış rayonlarda iqtisadiyyatın artımı burada daha böyük istehlak bazarının yaranmasını vəd edir.
Əhalisi
redaktəŞəhərin əhalisinin sayı 30 751 600 mln. nəfərdən (2017) artıqdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 国务院第七次全国人口普查领导小组办公室 中国人口普查分县资料—2020 (çin). 北京市: 中国统计出版社, 2022. 983 s. ISBN 978-7-5037-9772-9
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 181. ISBN 978-9952-441-11-6.