Cuqoku Region - Wikipedia
Çuqoku regionu (中国地方, Chūgoku-chihō?) və ya Sanin sanyo regionu (山陰山陽地方, San'in san'yō-chihō?) — Yaponiyanın Honşu adasının ən qərbi hissəsində yerləşən region. O, beş prefekturadan ibarətdir: Okayama, Şimane, Tottori, Hiroşima və Yamaquçi.
Çuqoku regionu Yaponiya xəritəsində | |
Yerləşməsi | |
---|---|
Ölkə | Yaponiya |
Ada | Honşu |
Statistika | |
Sahə | 31922,26 km² |
Əhali | 7563428[1] nəf. |
Əhali sıxlığı | 240 nəfər/km² |
Prefekturalar | 5 |
Adı
redaktəÇuqoku (中国, Chūgoku?) sözü kancidə Çin sözü ilə eyni cür yazılır. Çincə bu Orta Krallığ deməkdir. Beləliklə, Çinlilər öz ölkəsini cənnət və cəhənnəm arasında olan bir krallığ kimi izah edirlər.[2] Çuqoku regionu isə bu adını keçmiş paytaxt olan Kioto şəhərinə nisbən uzaq və ya yaxın olmadığına görə alıb.[3]
Coğrafiya
redaktəÇuqoku regionu şimalda Yapon dənizi ilə sulanır; cənubda onu Şikoku adasında yerləşən eyniadlı region ilə Daxili Yapon dənizi, qərbdə isə Kyuşu adasında yerləşən eyniadlı region ilə Kanmon boğazı ayırır; şərdə o, Kansai regionu ilə həmsərhəddir. Çuqoku dağları regionu iki hissəyə ayırır: Yapon dənizinin sahiləndə uzanan şimal San-in ərazisi və Daxili Yapon dənizinin sahilində uzanan cənub San-yo ərazisi.[3] San-in "dağın kölgəli tərəfi", San-yo isə "dağın günəşli tərəfi" deməkdir.[4]
Əhali
redaktəSan-in ərazisində əhali sayı San-yo ərazisindən azdır. San-yo ərazisində əhalinin əsas hissəsi yaşayır. Regionun ən böyük şəhəri, onun mərkəzi olan Hiroşimadır. O, Yaponiyanın onuncu ən böyük şəhəridir.[2]
Tarix
redaktə1945-ci ilin avqustun 6-da Hiroşima şəhərində dünya tarixində ilk dəfə atom bombalaması baş vermişdi. O vaxt, Hiroşima əhalisi 245 min adam idi. Partlayışın özünün üzündən ölənlərin dəqiq sayı naməlumdur, bəzilər onların 70-80 min adam arasında olduğunu hesab edirlər.[5][6] 1945-ci ilin axırda radioaktiv zəhərlənməsindən 90-166 min arasında adam həlak olmuş.[7] Radioaktiv elementlərin təsirinin altında olan insanlar daha sonra da xərçəng xəstəlikdən ölməyə davam edirdilər.[6]
İqtisadiyyat
redaktəSan-yo ərazisində senayə və turizm San-in ərazisindən daha çox inkişaf etmişdir.[2]
İstinadlar
redaktə- ↑ Ministry of Internal Affairs and Communications Statistics Bureau. "平成 22 年国勢調査の概要" (PDF). 26 October 2011. 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 May 2012.
- ↑ 1 2 3 "chugoku.meti.go.jp". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
- ↑ 1 2 "japantwo.com". 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
- ↑ "photius.com". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
- ↑ "U. S. Strategic Bombing Survey: The Effects of the Atomic Bombings of Hiroshima and Nagasaki, June 19, 1946" (PDF). "The Decision to Drop the Atomic Bomb" (ingilis). Truman Library website. 2012-01-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-03-26.
- ↑ 1 2 "The Atomic Bombing of Hiroshima (August 6, 1945)". The Manhattan Project (An Interactive History) (ingilis). US Department of Energy. 2006-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-26.
- ↑ . ""How many people died as a result of the atomic bombings?"" (ingilis). Radiation Effects Research Foundation (US - Japan). 2011-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-26.