Ibrahim Suleymanov - Wikipedia
İbrahim Süleymanov Əbdurrahmanoviç (11 fevral 1953, Jalaqaş rayonu[d], Qızılordu vilayəti – 7 may 2020, Moskva) — Rusiya Müdafiə Nazirliyinin eksperti və dəfələrlə Çeçenistan parlamentinin, Rusiya Dövlət Dumasının deputatı olan çeçen əsilli general-mayor.
İbrahim Süleymanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 fevral 1953 |
Doğum yeri |
|
Vəfat tarixi | 7 may 2020 (67 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya |
Qoşun növü | Hava hücumundan müdafiə |
Rütbəsi | general-mayor |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktəİbrahim Süleymanov 1953-cü ildə Qazaxıstanda, sürgün edilmiş çeçen ailəsində anadan olub, Leninqrad Ali Hərbi Məktəbini bitirib, 1988-ci ildə SSRİ Silahlı Qüvvələrinin Baş qərargahının Hərbi Akademiyasını bitirən ilk çeçen zabiti olub. SSRİ dağılanda Süleymanov polkovnik rütbəsi daşıyırdı. 1991-ci ildə o, sovet ordusunda xidmət edən bir çox çeçen zabitləri kimi general Cövhər Dudayevin rəhbərlik etdiyi çeçen xalqının birləşmiş Konqresinə üzv olub, Çeçenistan parlamentinə seçilib. “İçkeriya” silahlı qüvvələrinin yaradılmasında iştirak edib.
Çeçenistan müharibəsində iştirakı
redaktə1992-ci ildə İbrahim Süleymanovun Dudayevlə münasibətləri korlanıb və ona qarşı müxalifətə keçib. O, öz tayfasını və bütün çeçenləri Dudayevə qarşı mübarizəyə çağırıb, nəticədə Dudayev Süleymanovu şəxsi düşməni adlandırıb. 1994-cü ildə həbs olunub və bir il sonra federal qoşunlar tərəfindən həbsxanadan azad edilib. Moskvanın tərəfinə keçən Süleymanova 1995-ci ildə general rütbəsi verilib.
İbrahim Süleymanov 2020-ci ilin mayın 7-də Moskvada ölüb. Son vaxtlara qədər Süleymanov Rusiya mətbuatında hərbi ekspert kimi Qarabağ məsələsində ermənilərin xeyrinə olan şərhlərlə çıxış edirdi.[1][2]