Covher Dudayev - Wikipedia
Dudayev Cöhər Musa oğlu (çeç. Дуди Муса кIант ЖовхIар) (15 fevral 1944, Yalxori, Çeçen-İnquş MSSR, — 21 aprel 1996, Qexi-Çu, Çeçenistan) — çeçen hərbçisi, siyasətçisi və dövlət xadimi. İçkeriyanın ilk prezidenti. Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı.
Cövhər Dudayev | |
---|---|
çeç. ДудагӀеран Мусан ЖовхӀар | |
1991 – 1996 və ya: | |
Vitse-prezident | Zəlimxan Yandarbiyev |
Sonrakı | Zəlimxan Yandarbiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yalxori, ÇİMSSR |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Qexi-Çu, İçkeriya |
Vəfat səbəbi | sui-qəsd |
Dəfn yeri |
|
Partiya |
Sovet İttifaqı Kommunist Partiyası(1968) Çeçen Xalqının Ümummilli Konqresi(1990) |
Təhsili |
Tambov Ali Hərbi Təyyarəçilik Məktəbi Qaqarin Hava Qüvvələri Akademiyası |
İxtisası | Hərbi təyyarəçi |
Fəaliyyəti | hərb və siyasət |
Həyat yoldaşı | Anna Dudayev |
Uşaqları | Avlur, Deqi və Dana |
Dini | Sünni İslam |
Hərbi xidmət | |
Xidmət illəri | 1962-1996 |
Mənsubiyyəti | Çeçen ordusu |
Qoşun növü |
Sovet Hərbi Hava Qüvvələri İçkeriya silahlı qüvvələr |
Rəhbərlik edib |
326-cı Ağır Bombardmançı Aviasiya Divizionu (1987-1991) Çeçen ordusu (Ali Baş Komandan) 1991-1996) |
Döyüşlər |
Əfqanıstan müharibəsi (1979-1989) Çeçen-Rus müharibələri |
Rütbəsi |
General-mayor Generalissimus |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi |
|
|
Təltifləri |
"Qırmızı Ulduz" ordeni Qırmızı Bayraq ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCövhər Dudayev 1944-cü ilin fevralında Çeçenistanın Yalho kəndində anadan olub. 23 fevral 1944-cü ildə ailəsi Sibirə sürgün olunarkan o 15 günlük körpə olub. Cövhər Dudayev sürgündə keçən uşaqlıq illərilə bağlı bunları deyirdi: "Mən dinimi anamın qoynunda öyrəndim. Mən tamamilə ateist təhsili aldım və ateist bir ordu olan "Qızıl Ordu"da generallığa qədər yüksəldim. Burada sizə tarixi bir həqiqəti nəql edim. Məktəbə getməmişdən əvvəl çox yaxşı tərbiyə aldım. Sürgündə olduğumuz illərdə nədən Vətəndən çox uzaqlarda olduğumuzu, sürgün edilməyimizi və xalqımıza olunan zulmü mərhum anam başda olmaqla böyüklərdən öyrəndim. Uşaqlığımda yoldaşlarımla oyun zamanı bunları danışırdıq. Həmişə Vətəni xəyal edər, mütləq bir gün öz Vətənimizdə azad yaşayacağımıza olan inancımızı söyləyərdik. Bu gün həmin uşaqlıq illərimi xatırlayanda düşünürəm… Görəsən, bu gün Çeçenistanda yaşananları gələcəyin böyükləri olacaq uşaqlarımız necə dəyərləndirəcək? Bu işğalı və zülmü unutmayacaqları bir gerçək! Mən müsəlman olduğumu heç bir zaman unutmadım". Uşaqlıq illəri Sibirdə çox çətin keçdi. Orta təhsilini orada tamamladı. 1962-ci ildə Tambov Təyyarəçilik Akademiyasından, 1966-cı ildə isə Uzaq Məsafə Təyyarələri üçün Pilot və Mühəndis Yetişdirilməsi Akademiyasından məzun oldu. 1974-cü ildə Yuri Qaqarin adına Hərbi Hava Akademyasını da bitirən Cövhər Dudayev birinci sinif pilot və mühəndis ünvanını qazandı. Keçmiş SSRİ hökuməti tərəfindən 12 medalla təltif edildi. Tümgeneral vəzifəsinə yüksəldi. Sovet tarixinə Strateji Hava Quvvələrində tümən komandiri olmağı bacaran ilk müsəlman kimi adını yazdırdı. Çeçenistanın dövlət başçısı olmazdan əvvəl Baltikyanı respublikalarda cərəyan edən istiqlal mücadiləsini yatırmadığı üçün "qiyamçı general" adlandırıldı. Belə ki, 1989-cu ildə Estoniyada Strateji Hava Quvvələri Komandanlığında görəvdəykən Baltikyanı ölkələrdə başlayan azadlıq hərəkatlarını zor gücünə yatırılması üçün Moskvadan əmr aldı. Ancaq o, "yurdunun azadlığı üçün mücadilə edən bir xalqın üstünə bomba atmaram" deyərək əmri yerinə yetirmədi. Moskva isə bu itaətsizliyi həzm edə bilmədi və Cövhər Dudayevi cəzalandıraraq əsgərlərilə birlikdə Cövhərqalaya sürgünə göndərdi. 1990-cı ilin mayında vəzifəsindən istefa verdi. 1990-cı ilin noyabrında Çeçen Xalqının Qurultayına dəvət edildi və sonradan "Çeçen Beynəlxalq Konqresi" adını almış xalq məclisinin İdarə Heyətinin sədri seçildi. 19–21 avqust 1991-ci ildə keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçovu hakimiyyətdən yıxmaq üçün düzənlənmiş əməliyyatın önündə gedənlərdən biri oldu, Rusiyanın 11 dekabr 1994-cü ildə Çeçenistana qarşı başlatdığı işğal və soyqırım hərəkətinə qarşı Cövhər Dudayev "son çeçen canını vermədən ruslar ölkəmizə hakim ola bilməz" deyərək xalqına "Cihad" əmrini verdi. Onun rəhbərliyi altındakı çeçen xalqı iki ilə yaxın sürən şanlı bir istiqlal mücadiləsi verdi və 1996-cı ilin mayında Çeçenistan tamamilə ruslardan təmizlənərək Qafqaz tarixinə yeni bir "qızıl səhifə" yazıldı. O deyirdi: "Üzərimdəki uniformam kəfənim, şəhadətə hazıram. Şəhidliyi rütbə və şərəf olaraq qəbul edirəm. Qanımın son damlasınadak ölkəmin azadlığı və millətimin hürriyyəti üçün savaşmağa hazıram". 21 aprel 1996-cı ildə ruslar Cövhər Dudayevin olduğu yeri raketlə vurdular və çeçen xalqının qəhrəmanı şəhid oldu.
Vəfatı
redaktəHəmin günlərdə rusların Cövhər Dudayevin yerini necə tapdığı, necə müəyyənləşdirdiyi başa düşülməmişdi. Ruslar dəfələrlə Cövhər Dudayevi qətlə yetirməyə təşəbbüs göstərsə də, ancaq hər dəfə yanlış yeri vurmuşdular. Bəs bu səfər necə oldu ki, onun yeri tam müəyyənləşdirildi. Bu müəmma illər sonra çözüldü. Əslidə həmin günlərdə də gözlər Amerikaya çevrilmişdi, ancaq heç kim tam məlumatı ictimaiyyətə açıqlaya bilmirdi. 4 iyun 2001-ci ildə "Hürriyyət" qəzetində Qasım Cindəmirin dərc olunmuş məlumatında yazılırdı: "ABŞ-nin gizli təhlükəsizlik orqanı sayılan Milli Təhlükəsizlik Agentliyində (National Security Agency – NSA) vaxtilə işləmiş Wayne Madsen Cövhər Dudayevin telefonunu istifadə edirdi. Bununla da NSA onun yerini və koordinatlarını müəyyənləşdirdi və ABŞ prezidenti Bill Klintona söylədi. O da həmin ərəfədə Moskvadaydı və Boris Yeltsinin yeniden prezident seçilməsini istəyirdi. Çeçen liderin yerini və koordinatlarını Boris Yeltsinə dedi. Ruslar da Cövhər Dudayevi qətlə yetirdi. Boris Yeltsin də, Bill Klinton da yeniden seçildilər. Əslində ABŞ prezidenti Bill Klintonun etdiyi qanunaziddir".
1996-cı ildə Latviyanın paytaxtı Riqa şəhərinin Purvtsiems rayonundakı Kosmonavtika küçəsi Cövhər Dudayevin adı ilə adlandırılıb.[1]
Mənbə
redaktə- [1] [ölü keçid]
- [2] Arxivləşdirilib 2011-09-27 at the Wayback Machine
İstinad
redaktə- ↑ "Riqadakı Cövhər Dudayev küçəsinin adı dəyişə bilər". 2010-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-07. (#redundant_parameters); (#redundant_parameters)
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |