Ilqar Rehimov - Wikipedia
Rəhimov İlqar Elxan oğlu (7 fevral 1964, Bakı) — 1996-cı ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidentidir. İlqar Rəhimov 2 fevral 2016-cı ildə paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə Vətənə xidmətə görə ordeninə, 15 fevral 2021-ci ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Əmək ordeninə layiq görülmüşdür. XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
İlqar Rəhimov | |
---|---|
9 fevral 1996 – 23 iyun 2023 | |
Əvvəlki | Vəzifəsi təsis olunub. |
Sonrakı | Hidayət Abdullayev |
12 yanvar 1993 – 30 oktyabr 2018 | |
Nazir | Akif Kərimov (1992-1993) Fəzail Ağamalı (1993-1994) Əli Nağıyev (1996-2006) Füzuli Ələkbərov (2006-2013) Səlim Müslümov (2013-2018) Sahil Babayev (2018-) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 fevral 1964 (60 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | iqtisadçı |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlqar Rəhimov 7 fevral 1964-cü ildə anadan olub. 1985–1991-ci illərdə Maliyyə Nazirliyində, 1991–1993-cü illərdə Azərbaycan Prezidentinin İcra Aparatında müxtəlif vəzifələrdə işləyib. 1993-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində ,1999-cu ildən nazirin I müavini, 2004-cü ildən 30 oktyabr 2018-ci ilədək nazir müavini vəzifəsində çalışıb. 1996-cı ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidentidir.12 oktyabr 2021-ci il tarixində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Asossiyasiyasının (İBSA) hesabat-seçki konfransında qurumun vitse-prezidenti vəzifəsinə seçilib.
1996-cı ildən başlayaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti kimi 7 dəfə Yay Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.
İlqar Rəhimov Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə" 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib, 15 fevral 2021-ci ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə "Əmək" ordeninə layiq görülmüşdür .[1] XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
İstinadlar
redaktə- ↑ "Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2016-02-05. 2016-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-03.