Infant Afonso - Wikipedia
İnfant Afonso (port. Infante Don Afonso) (18 may 1475, Lissabon – 13 iyul 1491, Taxo çayı) — Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı II Con, anası isə Vizeu hersoqu İnfant Ferdinandın qızı Eleonoradır. 16 yaşında ikən Taxo çayı sahilində at mindiyi əsnada baş verən qəza nəticəsində vəfat etmişdir.
İnfant Afonso | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 may 1475 |
Doğum yeri | |
Vəfat tarixi | 13 iyul 1491 (16 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | II Con |
Anası | Vizeulu Eleonora |
Həyat yoldaşı | Araqonlu İzabella |
Ailəsi | Avis sülaləsi |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİnfant Afonso 1475-ci ildə babası V Afonsonun səltənətində dünyaya gəldi və onun şərəfinə adlandırıldı. Uzun illərdir rahibə olmaq istəyən, ancaq nəslin davamiyyəti baxımından icazə verilməyən bibisi İnfanta Yuanna onun doğulmasının ardından Aveyro yaxınlığındakı dominikan kilsəsinə qapandı.
O hələ 4 yaşında ikən Kastiliyada babası Afonso və Kastiliyalı İzabella arasında taxt mübarizəsi başlamış, 1479-cu ildə tərəflər arasında sülh təmin edilmişdi. Sülhün şərtlərinə görə Kastiliyalı İzabellanın adaşı olan ən böyük qızı V Afonsonun yeganə oğul nəvəsi olan İnfant Conla evləndirilməli idi. Üstəlik cehiz olaraq Portuqaliyaya külli miqdarda döyüş təzminatı ödəniləcəkdi. Cütlüyün nigahı 1490-cı ildə Sevilyada vəkalətən bağlandı. O əsnada bəyin 15 yaşı, gəlinin isə 20 yaşı vardı. Nigahdan sonra Portuqaliyaya yola düşən İzabella 19 noyabrda Badayoza şəhərinə çatdı. Burada o, ərinin dayısı, gələcək Portuqaliya kralı və ərinin ölümündən sonra evlənəcəyi İnfant Manuel tərəfindən qarşılandı. Cütlük 22 noyabrda Elvasda bir araya gəldilər və ertəsi gün İzabella qaynanası olan Portuqaliya kraliçası Eleonora ilə görüşdü.
Evlilik siyasi məqsədlərlə baş tutsa da, cütlük qısa zamanda bir-birinə bağlandı. İzabella Portuqaliyada keçirdiyi uşaqlıq illərində qazandığı təcrübəylə çox keçmədən özünü sarayda sevdirmişdi. Ancaq 1491-ci ilin iyulunda Don Afonso at mindiyi əsnada baş verən qəza nəticəsində vəfat etdi. Dul qalan İzabella sonralar bu ölümün səbəbi olaraq, valideynləri tərəfindən ölkədən qovulan yəhudilərə Portuqaliyanın sığınacaq verməsi və nəticədə Portuqaliyanın Tanrının qəzəbinə düçar olmasını gördü. Dəfn mərasiminin ardınan İzabella valideynlərinin də istəyilə Kastiliyaya qayıtdı.
Həmçinin baxın
redaktəMənbə
redaktə- Stephens, Henry Morse (1903). The story of Portugal. G.P. Putnam's Sons. pp. 125, 139. ISBN 9780722224731
- Ryder, Alan (2007). The Wreck of Catalonia: Civil War in the Fifteenth Century. Oxford University Press. p. 152. ISBN 978-0-19-920736-7
- Gerli, E. Michael; Armistead, Samuel G. (2003). Medieval Iberia. Taylor & Francis. p. 182. ISBN 9780415939188
- Rodrigues Oliveira, Ana (2010). Rainhas medievais de Portugal. Dezassete mulheres, duas dinastias, quatro séculos de História (in Portuguese). Lisbon: A esfera dos livros. ISBN 978-989-626-261-7
- Fernández Álvarez, Manuel (2003). Isabel la Católica (in Spanish). Madrid: Espasa-Calpe, S.A. ISBN 84-670-1260-9
- Carabias Torres, Ana María (1994). Las relaciones entre Portugal y Castilla en la época de los descubrimientos y la expansión colonial (in Spanish). Universidad de Salamanca. ISBN 9788474817928
İstinadlar
redaktə