Katolisizm - Wikipedia
Erkən Dövr
Tarix və Ənənələr
Məzhəblər və Hərəkatlar
Əsas mövzular
|
Katoliklik və ya Katolisizm(ing. Catholicism) — Xristian dininin bir cərayanı. Dini cərəyanın teologiya və doktrinalarını, onun mərasim, əxlaqi, mənəvi və davranış xüsusiyyətlərini, bütövlükdə həmin dinin mahiyyətini əhatə edir[1]
Tarixi
redaktəKatolisizm ümumdünya miqyasında mərkəzləşdirilmiş, ciddi təşkilat strukturuna malik xristianlıq formasıdır. Onun beynəlxalq mərkəzi Roma şəhərinin daxilində yerləşən Vatikan dövlətidir. Əsrlər boyu müstəqilliyə can atan və Qərbi Avropada siyasi əhəmiyyət kəsb edən katolik kilsəsi 1929-cu ildə İtaliya dövləti ilə razılaşmaya əsasən dini siyasi qurum kimi, katolik dini mərkəzi kimi formalaşdı. Vatikan dövlətinin mütləq hakimi katolik kilsəsinin başçısı Papadır.
Cəhətləri
redaktəXristianlığa xas olan ümumi əlamətlər: ilahi üçlüyə (Allah –ata, Allah-oğul, Allah-müqəddəs ruh) yəni dünyanın yaradıcısına, dünyadakı günahları öz boynuna götürənə və dünyanı ruhlandırana habelə incilin və onun rəvayətlərinin həqiqiliyinə inamla yanaşı katolisizmin aşağıda göstərilən cəhətləri vardır:
- Katolisizm müqəddəs ruhun həm ata Allahdan həm də oğul Allahdan doğulduğunu qəbul edir, pravoslavlıq isə müqəddəs ruhun yalnız ata Allahdan doğulduğunu bildirir. Bu fərq ən barışmaz və əsas fərq sayılır.
- Katolisizm müqəddəslərin Allah qarşısında ən ali xidmətlərini uca tutmağı tövsiyə edir. Pravoslavlıq isə müqəddəslərə münasibət məsələsini kilsələrin ixtiyarına buraxır.
- Katolisizmdə günahların bağışlanması üçün pul verilmir.İndulgensiya bir neçə Alman rahibi tərəfindən ortaya atılmış,Roma kilsəsi tərəfindən rədd edilmişdir.
- Ölümdən sonra təmizləyici məqamın olması, yəni ruhun təmizlənməsi, əzablarını azaltmaq üçün günahkarın qohumlarının xərcə düşə bilməsi haqqında katolik kilsəsi bunu rədd edir,və bunu azğın elan edir.
- Katolik kilsəsi müqəddəs Məryəmin günahsız hamiləliyini doktrinləşdirib İsayı həm Allah,həm də insan təbiətində doğan,lütf tapmış səviyyəsinə qaldırır və 1854-cü ildə bunu dini ehkam elan etmişdir.
- Dini başçının – Papanın dini inam məsələlərində yanılmazlığını elan edən katolisizm ehkamı pravoslavlıq tərəfindən bəyənilmir. Pravoslavlıqda patriarx yanılandır.Papa günah işləyə bilər amma bu günahları dini inam məsələsinə girə bilməz.(vəya səhv düşüncələri)
Dini ayinləri
redaktəDini ayınlərin sahəsində də katolisizmin özünəməxsus cəhətləri vardır:
- Xaç suyuna salmaq ayini- katoliklərdə üstünə su tökmək yolu ilə edilir, pravoslavlarda isə bütünlükdə suya salınırlar[2].
- Miro adlı müqəddəs məhlul katoliklərdə həddi buluğa çatmış dindarlara yaxılır, pravoslavlar bu əməliyyatı körpə uşaqlar üzərində aparırlar.
- Insanın əti və qanına ortaq olmaq mərasimini katoliklər şit çörək dadmaq yolu ilə, pravoslavlar isə çaxıra batırılmış adi çörəklə edirlər.
- Xaçı katoliklər 5 barmaqla, pravoslavlar isə 3 barmaqla çəkirlər.
- Ibadəti katoliklər latın dilində, pravoslavlar isə öz milli (xüsusilə rum) dilində edirlər[2].
- Katolisizmdə sadəcə diyakon evlənə bilib,qalanları iffət (evlənməmə) andı içir, pravoslavlıqda isə yalnız rahiblər (rahiblər evlənə bilər amma bu zaman rütbəsi qalxa bilməz) və ali rütbəli din xadimləri evlənə bilməzlər
- Katolisizm nikahın pozulmasını elan etmir, pravoslavlıqda belə qadağan yoxdur.
- Katolisizmdə ali ruhani zümrəsi- kardinallar vardır. Pravoslavlıqda bu yoxdur[2].
Protestantlar Məryəm Ananın ilahlaşdırılmış olduğunu deyir,bu zaman onlar Yehova Şahidləri'nin dediyini demiş olur.Məryəm Ananın ilahlaşdırılması Katolik kilsəsində rədd edilir.
Əgər Məryəmin İsanın Tanrı və insan təbiətinin anası olması çox pis,iyrənc olsaydı,İsa Məsih bu sözü deməzdi:
16 *Şimon Peter cavab verdi: "Sən var olan Allahın Oğlu Məsihsən". 17 İsa ona cavab verib dedi: "Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan† deyil, göylərdə olan Atamdır. 18 Mən sənə deyirəm ki, sən Petersən‡və Mən cəmiyyətimi bu Qayanın§ üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək.[Mətta 16:16–18]
Yəni əgər,Ölülər diyarının (azğınlığın,iyrəncliyin) qapıları kilsənin (Katolik kilsəsinin) özünə qalib gələ bilməyəcəksə,onda kilsənin bu sözü azğınlıqdan və iyrənclikdən ola bilməz.
İstinadlar
redaktə- ↑ McBrien, Richard P. Catholicism. HarperCollins. 1994. 3–19. ISBN 978-0-06-065405-4.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2017-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-14.