Inqrid Berqman - Wikipedia
İnqrid Berqman (isv. Ingrid Bergman; 29 avqust 1915[1][2][…], Hedviq-Eleonora[d], Stokholm leni[d][3] – 29 avqust 1982[1][2][…], London) — İsveç və ABŞ kino və teatr aktrisası.
İnqrid Berqman | |
---|---|
isv. Ingrid Bergman | |
| |
Doğum tarixi | 29 avqust 1915[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 29 avqust 1982[1][2][…] (67 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | süd vəzi xərçəngi |
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1934-1982 |
Boyu | 1,75 m |
Mükafatları | |
IMDb | ID0000006 |
ingridbergman.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİnqrid Berqman 29 avqust 1915-ci ildə İsveçin Stokholm şəhərində anadan olmuşdur. O, 1934-cü ildə kino fəaliyyətinə başlayır. Daha sonra ABŞ-yə gedərək bir çox filmlərdə rol alır. Xüsusilə ingilis rejissor Alfred Hiçkokun filmlərindəki rolları ilə daha yaddaqalan olur. 1944-cü ildə "Qaz işığı" filmindəki roluna görə "Oskar" qazanan aktrisa 1950-ci ildə italyan rejissoru Rosselininin dəvətilə İtaliyaya gedərək orada yaşamağa başlayır.
İnqrid Berqman 1956-cı ildə teatra qayıdır və elə həmin ildə də "Anastasiya" filmindəki roluna görə ikinci Oskar mükafatını qazandı. Üçüncü və son Oskarını "Şərq ekspressində qətl" filmindəki rolu ilə əldə edən İnqrid Berqman, 1978-ci ildə yenidən İsveçə qayıdır və görkəmli isveçli rejissor İnqmar Berqmanla çoxdan gözlədiyi film layihəsini həyata keçirir.
Böyük isveçli aktrisa İnqrid Berqman 29 avqust 1982-ci ildə Böyük Britaniyanın London şəhərində vəfat etmişdir.
Filmoqrafiya
redaktəİl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1932 | Beynəlxalq | Landskamp | Növbədə gözləyən qız |
1935 | Köhnə Qəsəbənin Kontu | Munkbrogreven | Elsa Edlund |
1935 | Sörf | Bränningar | Karin Ingman |
1938 | Dollar | Dollar | Denna Balzar |
1939 | İntermesso | Il burbero | Anita Hoffman |
1941 | Həkim Cekil və cənab Hayd | Dr. Jekyll and Mr. Hyde | İvi Peterson |
1942 | Kasablanka | Casablanca | İlza Lund (Laslo) |
1943 | Zənglər kimin üçün çalınır? | For Whom the Bell Tolls | Mariya |
1944 | Qaz işığı | Gaslight | Pola Olkvist |
1945 | Ovsunlanmış | Spellbound | Konstans Piterson |
1945 | Saratoqa gözəli | Saratoga Trunk | Klio |
1945 | Müqəddəs Məryəm zəngləri | The Bells of Saint Marys | Meri Benedikt |
1946 | Axmaq şöhrət | Notorious | Alisiya Huberman |
1948 | Zəfər abidəsi | Arch of Triumph | Joan Madu |
1948 | Janna D'Ark | Joan of Arc | Janna d'Ark |
1950 | Stromboli | Stromboli, terra di dio | Karin |
1952 | Avropa 51 | Europa '51 | İren Jirar |
1953 | İtaliyaya səyahət | Viaggio in Italia | Katerina Coys |
1954 | Qorxu | La Paura | İren Vaqner |
1956 | Anastasiya | Anastasia | Anastasiya |
1956 | Yelena və kişilər | Elena et les hommes | Yelena Sokorovska |
1958 | Əziz cənab | Indiscreet | Anna Kalman |
1958 | Altıncı dərəcəli xoşbəxtliyin karvansarası | The Inn of the Sixth Happiness | Qledis Eyluord |
1961 | Brahmsı sevirsinizmi? | Aimez-vous Brahms? | Paula Tesye |
1963 | Hedda Qabler | Hedda Gabler | Hedda Qabler |
1964 | Səfər | The Visit | Karla Zaxanasian |
1964 | Sarı Rolls-Roys | The Yellow Rolls-Royce | Gerda Millett |
1969 | Kaktus çiçəyi | Cactus Flower | Stefani Dikinson |
1974 | Şərq ekspressində qətl | Murder On The Orient Express | Qreta Olsson |
1978 | Payız sonatası | Höstsonaten | Şarlotta Anderqast |
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Ingrid Bergman // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Hedvig Eleonora kyrkoarkiv, Födelse- och dopböcker, SE/SSA/0006/C I/43 (1913-1916), bildid: 00012320_00128. S. 141.
- ↑ Bergman, Ingrid // https://www.svenskagravar.se/gravsatt/84191e6d-fd6a-4653-bde5-9ad980f34135. Svenskagravar.se.
- ↑ Svenska - 8 Ingrid Bergmans familjegrav.
Xarici keçidlər
redaktə- İnqrid Berqman — IMDb səhifəsi
- Ингрид Бергман peoples.ru saytı
- Ингрид Бергман на портале "Культура"