Ismail Ibn Cefer - Wikipedia
Ismail Ibn Cefer - Wikipedia - Haqqında Məlumat
İsmail ibn Cəfər əl-Mübarək (ərəb. إسماعيل بن جعفر; 721, Mədinə – 751, 755 və ya 762) — İsmaililik inancında 6-cı imam.
İsmail ibn Cəfər | |
---|---|
إسماعيل بن جعفر | |
Əvvəlki | İmam Cəfər |
Sonrakı | İmam Məhəmməd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mədinə |
Vəfat tarixi | |
Vəfat yeri | Mədinə, (Suriyada dəfn olunub) |
Dəfn yeri | |
Fəaliyyəti | imam |
Atası | İmam Cəfər |
Anası | Fatimə bint Hüseyn bint İmam Həsən |
Həyat yoldaşı | ? |
Uşaqları | oğulları: İmam Məhəmməd, Əli, Fatimə |
Dini | İslam |
Həyatı
redaktə719-cu ildə İmam Cəfərin və İmam Həsənin nəvəsi Fatimənin ən böyük oğlu olaraq doğuldu. İsmail atasından əvvəl vəfat etmişdir. İmam Cəfərin ölümündən sonra şiələr üç yerə bölündülər: İmamiyyə, İsmaililər və Fəthilər.
İsmaililər məzhəbinin ardıcılları belə hesab edirlər ki, Cəfər əs-Sadiq imaməti bilavasitə məhz oğlu İsmailə göstərişlə vermişdir. Amma İsmail atasından öncə – 762-ci ildə vəfat etdiyinə görə, tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşmış və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanmışlar.