Istanbul Universiteti - Wikipedia
İstanbul Universiteti (türk. İstanbul Üniversitesi) — İstanbul şəhərində yerləşən, Türkiyənin ən qədim və köklü dövlət tədqiqat universiteti.[3]
İstanbul Universiteti İÜ | |
---|---|
türk. İstanbul Üniversitesi | |
41°00′47″ şm. e. 28°57′50″ ş. u.HGYO | |
Əvvəlki adları |
Medâris-i Semâniye ve Fâtih Dârüşşifâsı (1453) Darülfünûn (1846) Darülfünûn-i Osmani (1869) Darülfünûn-ı Sultani (1873) Darülfünûn-ı Şahane (1900) İstanbul Darülfünûnu (1924) |
Şüar |
türk. Tarihten Geleceğe Bilim Köprüsü azərb. Tarixdən gələcəyə elm körpüsü |
Əsası qoyulub | 30 may 1453 |
Yenidən təşkil olunub | 1846, 1933 |
Tip |
Dövlət universiteti Tədqiqat universiteti |
Rektor | Prof. Dr. Mahmud Ak |
Tələbə sayı | 68.300 |
Xarici tələbə sayı | 6.533 |
Bakalavr sayı | 54.023 [1] |
Magistrant sayı | 7.942[1] |
Aspirant sayı | 5.351[1] |
Doktor sayı | 566[1] |
Professor sayı | 911[1] |
Müəllim sayı | 5.300[1] |
Şəhər | İstanbul |
Ölkə | |
Ünvan | Bəyazid, 34452 Fateh |
Rənglər | |
Metro | Ulubatlı |
Sayt | istanbul.edu.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Əsası 30 may 1453-cü ildə Konstantinopolun türklər tərəfindən tutulmasından bir gün sonra Fateh Sultan Mehmed tərəfindən qoyulmuş, 1846-cı ildə isə Osmanlı imperiyasında Avropa təcrübəsinə əsaslanan ilk ali təhsil qurumu olaraq yenidən formalaşdırılmışdır.[4] 1933-cu ildən bugünkü adı ilə fəaliyyət göstərən qurum müasir Türkiyənin ilk ali təhsil müəssisəsidir.[5] Hazırda, fakültə, institut, kollec və peşə məktəbləri olmaqla, ümumən 33 akademik vahiddə[6] və irili-xırdalı 10 kampusda[7] bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 68.300 tələbəsi vardır.[1]
İstanbul Universiteti Koimbra qrupunun üzvüdür.[8] Eyni zamanda, universitetin Biznes və idarəetmə fakültəsi Eduniversal nəşrinin 2020-ci il üçün olan ali idarəetmə məktəbləri hesabatına görə Yaxın Şərq üzrə üçüncü, Türkiyə üzrə isə ikinci ən nüfuzlu fakültə olmuşdur.[9] Sözügedən elmi vahid "Universitetlərin Biznes Məktəblərinin İnkişafı Assosiasiyası"na (AACSB) Türkiyədən üzv olan yeganə dövlət universiteti fakültəsidir.[10][11] Nəqliyyat və loqistika fakültəsi isə, BMT nəzdnində fəaliyyət göstərən Beynəlxalq Yol və Nəqliyyat İttifaqı (IRU) tərəfindən akkreditasiya olunmuşdur.[12] Bundan əlavə, Təbiət elmləri fakültəsi dünyanın ən iri yüksək enerji fizikası laboratoriyasına malik olan Avropa Nüvə Araşdırmaları Təşkilatında aparılan 4 əsas tədqiqat üzrə Türkiyəni təmsil edir.[13]
2003-cü ildən etibarən ardıcıl olaraq dünyanın ən nüfuzlu 500 universiteti siyahısına daxil olmuş Türkiyənin ilk dövlət universiteti olmaqla yanaşı,[14] 2020-ci ilin sıralamasına görə qlobal miqyasda 335-ci yerdə qərarlaşmışdır.[15] Dünya universitetlərinin akademik reytinqi tərəfindən 2019-cu ildə təqdim olunan sıralamada isə Türkiyə üzrə birinci yerə çıxmışdır.[16] Həmçinin 2013-cü ildən etibarən Asiyanın ən mütərəqqi 100 universiteti sırasındadır.[17] Əlavə olaraq, 2020-ci ildə Türkiyədə fəaliyyət göstərən ali təhsil müəssisələri arasında patent müraciəti sayına görə İstanbul Universiteti birinci sırada yerləşir.[18][19]
Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən İstanbul Universitetinin məzunları arasında iki Nobel mükafatı laureatı (Əziz Sancar və Orxan Pamuk),[20][21] İsrailin ən uzun müddət hakimiyyətdə olmuş prezidenti Yitzhak Ben-Zvi, İsrailin iki baş naziri (David Ben-Qurion və Moşe Şaret), Türkiyə prezidenti Abdullah Gül, Türkiyənin altı baş naziri (Suat Xeyri Ürgüplü, Sədi İrmaq, Nihat Ərim, Refik Saydam, Naim Talu, İldırım Ağbulud) və İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu vardır.[22][23]
Tarixi
redaktəOsmanlı dövrü
redaktəErkən tarixi
redaktəİstanbul universitetinin quruluş tarixinə dair müxtəlif fərziyyələr vardır. Alman tarixçi Riçard Höniq hazırkı "Bəyazid" kampusunun yerləşdiyi ərazidə Roma üslubunda fəaliyyət göstərən və tibb, hüquq, fəlsəfə, ədəbiyyat kimi sahələrdə təhsil verən bir təşkilatın mövcudluğundan bəhs etmişdir.[4] Onun tədqiqatlarına əsasən, belə bir qurumun varlığı nəzərə alındıqda, İstanbul Universitetinin quruluş tarixini 1321-ci ilin 1 mart tarixi ilə əsaslandırmaq mümkündür.[24] Lakin türk tarixçilər, ali təhsil qurumunun əsasının 30 may 1453-cü ildə, Konstantinopolun türklər tərəfindən tutulmasından bir gün sonra II Mehmed tərəfindən qoyulduğunu bildirirlər.[25] Belə ki, qeyd edilən tarixdə, şəhərdə xalqla aparılan məşvərətlər zamanı, dövrün ali təhsil ehtiyacı da nəzərə alınmaqla, yeni bir təhsil qurumunun yaradılması qərarlaşdırılmışdır. Universitetin rəsmi loqosunda da, quruluş tarixi kimi "1453" qeyd olunmuşdur.[26]
Modernizasiya dövrü
redaktəDarülfünun
redaktəOsmanlı Dövləti, XIX əsrdən etibarən ali təhsilin modernizasiyasına başlayaraq, Avropa təcrübəsinə əsaslanan müasir bir ali təhsil qurumu yaratmağa çalışırdı. Xüsusilə, Tənzimat islahatları dövründə, bəşəri elmlərin tədris olunacağı ali təhsil qurumunun yaradılması prioritetləşərək, ictimai təhsil məsələsi qismində geniş müzakirə olunmuşdur.[27] Bu səbəbdən, Sultan Əbdülməcidin şəxsi istəyi ilə "Müvəqqəti Maarif Məclisi" yaradılmışdır. Sözügedən məclis komissiya xarakteri daşımaqla, bir sıra tədqiqatlar aparmış və dövrün tələblərinə cavab verən müfəssəl bir təhsil proqramını sultana təqdim etmişdir.[28] Proqrama görə orta və ilkin təhsil müəssisələrinin üzərində, müasir əsaslarla bir təhsil qurumu yaradılmalı idi. Bu baxımdan, ənənəvi təhsil institutlarının bazasında, 1846-cı ildə o dövrkü paytaxt İstanbul şəhərində, "Darülfünun" adlı Avropa modelində formalaşdırılan yeni ali təhsil ocağı fəaliyyətə başladı.[4] Burada elmi təlim-tədrislə yanaşı, əhalinin ümumi maarif səviyyəsinin yüksəldilməsi üçün zamanın görkəmli ictima-siyasi xadimləri tərəfindən xüsusi ictimai mühazirələr də oxunmuşdur. Bu qəbildən olan mühazirələr Osmanlı dövlətinin müasir maarifçilik mədəniyyətinin başlanğıc nöqtəsi hesab olunur.[29]
Darülfünün-i Osmani
redaktə1869-cu ildə dərc olunan "Maarfi Ümumiyə" nizamnaməsinə görə Darülfünunun faəliyyətini "Darülfünün-i Osmani" adı altında davam etdirəcəyi, türk dilində aparılacaq tədris prosesinin müddətinin 3 il olacağı və tələbələrin məzuniyyət üçün diplom işi hazırlamalı olduğu bildirilirdi.[28] Bundan əlavə, Ali təhsil ocağının Sultanəhməd meydanı yaxınlığındakı bir binada fəaliyyətə başlamasına qərar verildi. "Darülfünün-i Osmani"yə qəbul üçün min nəfərdən çox şəxs müraciət etsə də, onlardan 450 nəfər tələbə adı qazanmağa müyəssər oldu.[30] Ali təhsil ocağının açılışı Ramazan ayına təsadüf etdiyi üçün burada, müəllim heyəti tərəfindən ictimai konfranslar da verilmişdir.[29]
Rəsmi açılış isə 1870-ci ilin fevral ayında mümkün oldu. Hökumət nümayəndələrinin də iştirakı ilə baş tutan açılış mərasimində təhsilin əhəmiyyətinə dair çıxışlar edilmişdir. İlkin dövrdə, tədris prosesi əsasən, hərbi məktəblərdən təmin olunan müəllim heyəti ilə aparıldı.[29]
Darülfünün-ı Sultani
redaktəMaddi-texniki problemlər, 1874-cü ildə ali təhsil ocağının ikinci dəfə yenidənqurulmasına səbəb oldu. Qeyd olunan məsələlərin həlli üçün "Qalatasaray Sultanisi" ilə ortaq fəaliyyət planı hazırlandı və bir sıra çətinliklərə baxmayaraq Darülfünun öz fəaliyyətini bu formada davam etdirdi.[30] Dövr ərzində, ali təhsil qurumunun əsas tədris dili fransızca olduğundan tələbələr də, əsasən "Qalatasaray Sultanisi" məzunları idi. "Darülfünün-ı Sultani"də hüquq, mühəndislik, ədəbiyyat və s. ixtisaslar üzrə tələbələr yetişdirilmişdir.[31]
Darülfünün-ı Şahane
redaktəSultan II Əbdülhəmidin tapşırığı ilə dövrün maarif naziri Darülfünun müəssisəsinin fəaliyyət istiqamətlərini yeni əsaslarla tərtib etdi. Ali təhsil ocağı 1900-cü ildən dövlətin xüsusi nəzarətində tədrisə başladı. Osmanlı ərazisində İkinci Məşrutiyyət elan olunduqdan sonra isə qurum modernizasiya edilərək, ali təhsil ödənişsiz hala gətirildi.[30] Bu dövrdə, qeyri-rəsmi "İstanbul Darülfünunu" olaraq da adlandırılan ali təhsil ocağına inzibati və təşkilati məsələlərdə müəyyən müstəqillik də verilərək, onun səmərəli fəaliyyətinə imkan yaradıldı.[32] Bundan əlavə, Bağdad və Konya şəhərlərində yerləşən hüquq məktəbləri, o cümlədən İstanbulda yerləşən diş həkimliyi və əczaçılıq fakültələri sözügedən qurumun tərkibinə verildi. Müxtəlif elmi sahələr üzrə tədqiqata söykənə təhsil verməyə başlayan "İstanbul Darülfünunu" Balkan müharibələrinin ardınca, qız tələbələr də qəbul etməyə başladı.[32]
Birinci dünya müharibəsi dövründə alman professorların iştirakı ilə akademik heyətini xeyli gücləndirən ali təhsil ocağı, müharibədən sonrakı dövrdə yeni binalarda yerləşdirildi. Bir sıra islahatların ardınca, qurumun idarəedici orqanı kimi idarə heyəti və idarəedici kimi rektorluq vəzifəsi yaradılmışdır.[32]
Müasir dövr
redaktəİstanbul Darülfünunu
redaktəTürkiyə Cümhuriyyətinin quruluşundan sonra ali təhsil qurumu rəsmən "İstanbul Darülfünununu" olaraq yenidən formalaşdırıldı və müstəqil fəaliyyətinə imkanlar yaradıldı.[33] Bu zaman kəsiyində, modernizasiya istiqamətində olduqca ciddi addımlar atılmışdır. Məsələn, yeni kafedralar formalaşdırılmış, akademik heyət gəncləşdirilmiş, əcnəbi pedaqoqlar dəvət olunmuş, fakültələrdə elmi jurnallar və dərsliklər dərc olunmuşdur.[33] Bir sıra tədqiqaçtılara görə, ənənəvi struktura malik təhsil ocağı, nail olunan uğurlara baxmayaraq müasirlərindən bir sıra parametrlər üzrə bir qədər geri qalırdı.[34]
İstanbul Universiteti
redaktə"İstanbul Darülfünununu"nun aparılan mədəni islahatlara cavab verməkdə gecikməsi və bəzi hallarda çətinlik çəkməsi yeni qurulmuş Türkiyə Cümhuriyyətinin müvafiq vəzifəlilərinin diqqətindən yayınmamışdı. Ələlxüsus, türk dili və tarixi ilə əlaqədar mülahizələrdə önəmli rolu olacağı gözlənilən Darülfünunun bu gözləntiləri doğrultmaması, onun yenidən formalaşdırılmasına dair edilən çağırışları daha da gücləndirirdi.[35]
1930-cu ildə ali təhsil ocağına baş çəkən prezident Atatürk, buradakı bir sıra inzibati çatışmamazlıqları və ali təhsil islahatının zərurətini müşahidə etmişdir. Beləliklə, Atatürk tərəfindən ali təhsil islahatlarına başlamaq qərarı verildikdən sonra, Avropadan məsləhətləşmə məqsədi ilə təhsil üzrə mütəxəsislər dəvət olundu.[36] İsveçrəli pedaqoq, professor Albert Malşe ali təhsil islahatlarında iştirak edən əcnəbi mütəxəssis kimi hazırladığı təqdimatda, Darülfünun institutunun bütövlükdə, modern təhsil əsasları ilə yenidənqurulmasının mümkünsüzlüyünü bildirmişdir.[36] Bununla da "İstanbul Darülfünununu"nun bazasında, təhsil nazirliyinə bağlı və dövrün tələblərinə cavab verən İstanbul Universitetinin yaradılması qərara alındı.[35]
Beləliklə, 1933-cü ildən modern təhsil anlayışı ilə tədris proseslərini həyata keçirdən İstanbul Universiteti, çağdaş Türkiyənin ilk müasir ali təhsil qurumu oldu.[37]
Fakültələri
redaktəİstanbul Universitetində fakültə, institut, kollec və peşə məktəbləri olmaqla, ümumən 33 akademik vahid fəaliyyət göstərir. Universitetdə aşağıdakı fakültələr mövcuddur:[6]
Biznes və idarəetmə fakültəsi
redaktə1954-cü ildə ABŞ-nin Harvard Universitetinin Biznes Məktəbinin Türkiyə filialının İstanbul Universiteti nəzdində fəaliyyətə başlaması ilə Biznes və İdarəetmə Fakültəsinin əsası qoyulmuşdur. 1968-ci ildə hazırkı adı ilə tədrisə başlamaqla, Türkiyənin ilk biznes məktəbi adını almışdır. 1989-cu ildən İstanbul şəhərinin Ovçular rayonundakı kampusunda fəaliyyət göstərir. Burada, həm türk, həm də ingilis dillərində tədris aparılır.[38]
Fakültədə elmi-tədqiqat prosesi əsasən fakültə nəzdindəki "İdarəetmə İqtisadiyyatı İnstitutu" tərəfindən həyata keçirilir. Elmi fəaliyyətlə yanaşı, Biznes və İdarəetmə Fakültəsində "İdarəetmə", "Mədəniyyət" və "Tərəqqi" adlı tələbə elmi cəmiyyətləri mövcuddur.[39] 2012-ci ildə, sözügedən fakültə dünyanın nüfuzlu biznes və idaretmə məktəblərinin akkreditasiya olunduğu AACSB ("The Association to Advance Collegiate Schools of Business") tərəfindən Türkiyədə dövlət universitetləri arasında akkreditə olunmuş ilk və tək elmi qurum olmuşdur.[40]
Eduniversal nəşrinin 2020-ci il üçün olan ali idarəetmə məktəbləri hesabatına görə İstanbul Universitetinin Biznes və idarəetmə fakültəsi Yaxın Şərq üzrə 3-cü, Türkiyə üzrə isə 2-ci ən yaxşı fakültə olmuşdur.[9]
Siyasi elmlər fakültəsi
redaktəİstanbul Universitetinin "Bəyazid" kampusunda yerləşən Siyasi Elmlər Fakültəsi, universitetin Hüquq Fakültəsinin 7 akademiki tərəfindən idarə heyətinin qərarı ilə formalaşdırılmış və 13 oktyabr 1979-cu ildə fəaliyyətə başlamışdır. 2006-cı ildən etibarən tədris prosesi 3 ixtisas üzrə (Siyasi elmlər və beynəlxalq münasibətlər, siyasi elmlər və ictimai idarəetmə, idarəetmə) aparılır.[41]
Hazırda, tədris bütün ixtisaslar üzrə türk dilində həyata keçirilir. Fakültənin "Siyasi və sosial tədqiqatlar", "Liderlik və sosial məsuliyyət", "İdarəetmə" və "İdman" kimi tələbə elmi cəmiyyətləri vardır.[39] 1993-cü ildən etibarən, fakültə nəzdnində "İstanbul universiteti Siyasi elmlər fakültəsinin elmi jurnalı" dərc olunur.[42]
İqtisadiyyat fakültəsi
redaktəİstanbul universitetinin ilk illərində iqtisadiyyat dərsləri intensiv olaraq hüquq fakültəsində tədris olunurdu. Lakin zaman keçdikcə iki elm arasındakı fərqlər ümumi tədris prosesini ciddi ölçüdə səmərəsizləşdirirdi. Beləliklə, 1936-cı ildə, Yəhudi əsilli alman professorların və türk elm adamlarının birgə iştirakı ilə İstanbul universiteti nəzdində bir iqtisadiyyat fakültəsi quruldu. İlk tələbələrini 1937-ci ildə qəbul edən fakültə, ilk məzunlarını isə 1940-cı ildə vermişdir.[43]
Hazırda, fakültədə, iqtisadiyyat, əmək iqtisadiyyatı və sənaye münasibətləri, maliyyə, ekonometriya, siyasi elmlər və beynəlxalq münasibətlər, idarəetmə və turizm idarəçiliyi ixtisasları üzrə həm türk, həm də ingilis dillərində tədris prosesi həyata keçirilir. İqtisadiyyat fakültəsinin daxilində, 1943-cü ildə qurulmuş "İqtisad fakültəsi məzunları cəmiyyəti" fəaliyyət göstərir.[44]
İctimai əlaqələr fakültəsi
redaktəİctimai əlaqələr fakültəsinin əsası 1950-ci ildə, "İstanbul Jurnalistlər Cəmiyyəti"nin İstanbul universitetinin idarə heyətinə müraciəti əsasında, universitet nəzdnində "Jurnalistika institutu"nun yaradılması ilə qoyulmuşdur.[45] Sözügedən institutun yaradılmasındakı başlıca məqsəd, jurnalistika və mətbuat sahəsində elmi əsaslara söykənən metodologiyaların tətbiqinə, o cümlədən peşəkar vərdişlərin yayğınlaşdırılmasına nail olmaq idi. 1950–1992-ci illər arasında müxtəlif ad və statuslar altında fəaliyyət göstərən elmi vahid, 1992-ci ildə fakültə statusu ilə yenidən formalaşdırılmışdır. Hal-hazırda, fakültədə jurnalistika, ictimai əlaqələr, radio, televiziya və kinomatoqrafiya ixtisasları üzrə həm bakalavr, həm magistr, həm də doktrantura səviyyələrində təlim-tədris həyata keçirilir.[45]
Fakültədə, praktika üçün 2 studiyalı bir televiziya kanalı, internetdən yayımlanan bir radio kanalı və bir xəbər portalı vardır.[45]
Hüquq fakültəsi
redaktəİstanbul Universitetinin hüquq fakültəsi, 1874-cü ildə yaradıldı və çağdaş əsaslarla yenidən formalaşdırıldığı 1933-cü ilə kimi müxtəlif adlarla ali təhsil qurumu nəzdnində fəaliyyət göstərdi. Müasir Türkiyənin ilk hüquq fakültəsi olma xüsusiyyətini daşıyan İstanbul Universitetinin hüquq fakültəsi, Türkiyə Vəkillər Kollegiyasının müxtəlif parametrləri əhatə edən hesabatlarına görə Türkiyədə hüquq sahəsində təhsil verən ən mötəbər elmi quruluşdur.[46]
Fakültədə cinayət hüququ və kriminologiya, müqayisəli hüquq, inzibati hüquq, beynəlxalq hüquq, insan hüquqları, Avropa hüquq sistemi, hüquq tarixi, kommersiya hüququ sahələrində institutlar və tədqiqat mərkəzləri fəaliyyət göstərir. Tədris prosesi əsasən türk dilində aparılsa da, ingiliscə, almanca və fransızca hüquq seçməli hüquq dərsləri mövcuddur.
Hüquq fakültəsinin 1950-ci ildə fəaliyyətə başlayan kitabxanası, 114500-dən artıq yerli və əcnəbi kitab, 25600 cildlik elmi dövrü elmi nəşrlə Türkiyənin ən böyük kitabxanaları sırasındadır.[47] Bununla yanaşı, hazırda fakültə nəzdnində, tələbələrə müxtəlif təaqüdlər təmin edən dərnəklər və "Cümhuriyyətçi hüquqşünaslar", "Sərhədsiz hüquq", "Cəmiyyətpərvər hüquqşünaslar" kimi tələbə elmi cəmiyyətləri də fəaliyyət göstərir.[48]
2019–2020 tədris ilindən etibarən, İstanbul universitetinin hüquq fakültəsi, Almaniyanın Hamburq Universitetinin hüquq fakültəsi ilə əməkdaşlığa başlamış və bu çərçivədə birgə tədris proqramı tərtib edilmişdir. Xüsusi proqramda hər iki universitetin tələbələrinə bakalavr dərəcəsində müvafiq dərslər, illər üzrə hər iki universitetdə tədris olunur. Beləliklə, sözügedən ali təhsil ocaqlarının hüquq fakültələrinin tələbələri ikili diplom almaqla yanaşı, müxtəlif hüquqi bazaya sahib ali təhsil qurumlarının təcrübəsi ilə də yaxından tanış olurlar.[49]
İlahiyyat fakültəsi
redaktəİstanbul Universitetinin İlahiyat fakültəsinin bünövrəsi Darülfünun dövründə qoyulmuşdur. 1900-cü ildə tədrisə başlayan "Darülfünuni Şahane"nin nəzdnində bir ilahiyat fakültəsi də fəaliyyət göstərirdi. 1914-cü ildə mədrəsə statusu ilə təhsilə davam edən elmi vahid, 1924-cü ildə çıxardılan qanunla fakültə statusunu bərpa etmişdir. Burada təvsir, hədis, fiqh və onların metodologiyası başda olmaqla, ərəb ədəbiyyatı, İslam fəlsəfəsi, İctiami əxlaq, İslam tarixi və dinlər tarixi kimi fənnlər də tədris olunurdu.[50]
1933-cü ildə baş tutmuş ali təhsil islahatlarından sonra "İstanbul Darülfünunu" İstanbul Universitetinə çevrilmişdir. Bu tarixə qədər tələbə sayı xeyli dərəcədə azaldığı üçün islahatdan sonra sözügedən fakültə fəaliyyətini dayandırmışdır.[50]
1992-ci ildə İstanbul Universitetinin nəzdnində bərpa edilən fakültə, 1996-cı ildən tələbə qəbuluna başlamışdır. Hazırda, burada bakalavr, magistr və doktorantura səviyyəsində tələbələr yetişdirilir.[50]
Təbiət elmləri fakültəsi
redaktə1933-cü ildə ali təhsil islahatı ilə qurulan Təbiət elmləri fakültəsi, xaricdən dəvət olunan mütəxəssislərin də iştirakı ilə tədrisə başlamışdır. 1935-ci ildə rəsədxanası, 1936-cı ildə isə Botanika institutu fəaliyyətə başlamışdır. İslahatdan sonra fakültə nəzdnində astronomiya, botanika, fizika, geologiya, kimya, riyaziyyat və zoologiya kafedraları müasir əsaslarla formalaşdırılmışdır. 1952-ci ildə isə geofizika ixtisası üzrə də təhsilə başlanılmışdır. Eyni ildən etibarən, tədris "Laləli" kampusunda yerləşən binada aparılır. 1981-ci ildə çıxardılan ali təhsil qanunu ilə, fakültədə astronomiya və kosmos elmləri, biologiya, fizika, riyaziyyat kafedraları yaradılmış və 2003-cü ildə molekulyar biologiya və genetika kafedralarının da formalaşdırılması ilə yenidənqurulmuşdur.[51]
Fakültə daxilində, "Riyaziyyat", "Dram", "İdman" və s. kimi tələbə dərnəkləri mövcuddur.[51] Beynəlxalq miqyasda isə, Təbiət elmləri fakültəsi dünyanın ən iri yüksək enerji fizikası laboratoriyası olan Avropa Nüvə Araşdırmaları Təşkilatında aparılan 4 əsas tədqiqat üzrə Türkiyəni təmsil edir.[13]
Ədəbiyyat fakültəsi
redaktəDarülfünun dövründə başlayan ədəbiyyat təhsili 1900-cu ildə sistematikləşdirilərək, ədəbiyyat fakültəsi nəzdnində verilməyə başlandı. 1911-ci ildə elmi quruluşu yeni ixtisaslarla zənginləşdirilən fakültə "Ulum-i Edebiye Fakültesi" olaraq adlanmağa başladı. Türkiyə Cümhuriyyətinin ilk illərində alman akademiklərin də, elmi heyətə qoşulması fakültədə yeni metodoloji əsaslarla təhsilin başlanıcı oldu. 1933-cü ildə ali təhsil islahatı ilə yenidənqurulan fakültə müasir əsaslarla tədrisi davam etdirdi.[52]
Ötən əsrin 50-ci illərindən etibarən "Laləli" kampusu ərazisində yerləşən ədəbiyyat fakültəsi türk ədəbiyyatı üçün çoxsaylı şəxsiyyətlər yetirmişdir. Hal-hazırda, fakültə daxilində 8 elmi-tədqiqat mərkəzi vardır. Burada türk dili və ədəbiyyatı, şərqşünaslıq, qərb dilləri və ədəbiyyatı başda olmaqla 15 ixstisas üzrə bakalavr, magistr və doktorant səviyyələrində 15 mindən çox tələbə təhsil alır. Akademik heyətində isə 109 professor və 72 dosent vardır. Bundan əlavə, fakültə nəzdnində 29 elmi və publisistik jurnal nəşr olunur.[52]
Nəqliyyat və loqistika fakültəsi
redaktə"Beynəlxalq Nəqliyyatçılar Dərnəyi" 1999-cu ildə İstanbul Universitetinin rektorluğuna nəqliyyat və loqistika sahələrində keyfiyyətli insan resursunun yetişdirilməsi üçün açıq müraciət etdi. Bunu nəzərə alan universitetin idarə heyəti, həmin il "Nəqliyyat və Loqistika Kolleci"ni formalaşdırdı və tələbə qəbuluna başladı.[53] 2014-cü ildə akkreditasiya olan kollec, 2015-ci ildə fakültəyə çevrilməklə, Türkiyədə loqistika və nəqliyyat sahəsində rəqibsiz bir ali təhsil qurumu oldu.[54]
Bu gün, fakültədə həm ingilis, həm də türk dilində bakalavr dərəcəsində 2, magistr dərəcəsində 3 və doktorantura dərəcəsində 2 ixtisas üzrə tədris aparılır. Həmçinin, Nəqliyyat və loqistika fakültəsində "Loqistika" və "Mədəniyyət" adlı 2 tələbə-elmi cəmiyyəti və "Məzun platforması" fəaliyyət göstərir.[53]
Tibb fakültəsi
redaktəFəaliyyətə 15-ci əsrdə "Fâtih Dârüşşifâsı" olaraq başlayan qurum Sultan II Mahmud dövründə, Osmanlı dövlətində başlayan təhsildə modernizasiya hərəkatı ilə 14 mart 1827-ci ildə yeni əsaslarla "Mekteb-i Tıbbiye-i Adliye-i Şahane" adı ilə quruldu. Bu baxımdan, İstanbul Universitetinin tibb fakültəsi müasir Türkiyənin ilk tibb fakültəsi sayılır.[55] Fakültənin Birinci dünya müharibəsi dövründə Filip Şvarts, Ziqfred Oberndorfer, Erix Frank və s. alman professorlarla öz akademik potensialını gücləndirməsi onun sonrakı dövrdə uğurunu şərtləndirən başlıca amillərdən olmuşdur. 1933-cü ildə Atatürkün ali təhsil islahatı ilə birlikdə elmi vahid "Tibb fakültəsi" olaraq yenidən formalaşdırılmışdır.[56]
Müasir dövrdə, "Çapa" kampusunda yerləşən fakültənin 1500 çarpayılı xəstəxanası, 193 poliklinikası, 96 laboratoriyası, 126 reanimasiya bölməsi və bir neçə elmi-tədqiqat mərkəzi vardır. Fakültədə tədris prosesi türk dilində aparılır.[57]
Diş həkimliyi fakültəsi
redaktə"Darülfünün-i Osmani" nəzdnində fəaliyyət göstərən tibb fakültəsinin əsas məktəblərindən biri "Diş Təbabəti Məktəbi" idi. 28 oktyabr 1909-cu ildə məktəbin idarə heyəti toplaşaraq yeni dərs proqramını hazırlamış və müasir əsaslarla fəaliyyət göstərəcək quruma tələbə qəbuluna başlamağı qərara almışdır. Bundan sonra, "Diş Təbabəti Məktəbi" uzun illər fəaliyyət göstərəcəyi Bəyaziddəki binasına köçdü.[58]
Ali təhsil istalahatından sonra "İstanbul Darülfünunu" ləğv edilərək, İstanbul Universiteti olaraq yenidənformalaşdırıldığı üçün sözügedən məktəbin də adı "İstanbul Universiteti Tibb fakültəsi Diş Həkimliyi Kolleci" olaraq dəyişdirilmiş, təhsil müddəti isə 4 ilə olaraq təsbit olunmuşdur. Ardınca, 1948-ci ildə isə, məzunlara diş həkimliyi doktorluğu (Dr. Med. Dent.) xüsusi tibbi dərəcəsinin verilməsi qərarlaşdırılmışdır.[58]
11 iyul 1964-cü ildə təhsil müddəti 5 ilə yüksəldilərək, müstəqil fakültəyə çevrilən İstanbul Universitetinin diş həkimliyi fakültəsi, 1970-ci ildən etibarən, "Çapa" kampusunda fəaliyyət göstərir. Hazırda 10 kafedradan ibarət fakültədə minə yaxın tələbə təhsil alır.[59]
Əczaçılıq fakültəsi
redaktəOsmanlıda, müasir əczaçılıq təhsili Sultan II Mahmud dövründə açılan "Mekteb-i Tıbbiye-i Adliye-i Şahane" adlı hərbi tibb məktəbi nəzdnində yaradılan "Əczaçılıq sinfi" ilə başladı. Həmçinin 1867-ci ildə yaradılan mülki tibb məktəbinin daxilində də, əczaçılıq təhsili verilmişdir. Türkiyə Cümhuriyyətinin quruluşuna qədər müxtəlif struktur və adlarla təhsilini davam etdirən elmi vahid, "İstanbul Darülfünunu" daxilində diş həkimliyi və əczaçılıq təhsilinin birlikdə verildiyi bir quruluş olan "Eczacı ve Dişçi Mekteb-i Alisi" səviyyəsində fəaliyyət göstərdi. 1933-cü ildəki ali təhsil islahatı ilə əczaçılıq təhsilinin təbiət elmləri fakültəsi nəzdnində verilməsi qərarlaşdırılmış və təhsil müddəti 3 ildən 4 ilə yüksəldilmişdir. 1944-cü ildə isə yenidən tibb fakültəsi nəzdninə qaytarılmışdır.[60]
1961-ci ildə fakültə statusu almış elmi vahid, bu gün İstanbul Universitetinin "Bəyazid" kampusunda yerləşir. 9 kafedralı fakültə daxilində, həmçinin universiteti Avropa Əczaçılıq Tələbə Birliyində təmsil edən İstanbul Universiteti Beynəlxalq Əczaçı Tələbələr Assosiasiyası (Istanbul University Pharmaceutical Students' Association International) fəaliyyət göstərir.[61]
Su elmləri fakültəsi
redaktə1951-ci ildə İstanbul Universiteti nəzdnində Hidrobiologiya Tədqiqatları İnstitutu fəaliyyətə başladı. Qurum 1982-ci ilə qədər həm daxili sularda həm də dənizlərdə bir sıra mühüm hidro tədqiqatlar apardı. Bu baxımdan, 1982-ci ildə yaradılan və tələbə qəbuluna 1984-cü ildə başlayan İstanbul Universitetinin "Su elmləri kolleci", qeyd edilən təşkilatın davamçısı sayılır. Zaman ötdükcə, tədqiqatların miqyası genişləndiyi üçün elmi vahidin fakültə səviyyəsində fəaliyyətinin zərurəti meydana gəldi. Beləliklə, 1992-ci ildə sözügedən kollec fakültəyə çevrildi və 2017-ci ildə çıxan qanunla adı "Su elmləri fakültəsi" oldu.[62]
Fakültədə hal-hazırda, 1 bakalavr, 6 magistr və 6 doktorantura ixstisası üzrə 350 bakalavriat, 64 magistrant və 47 doktorant təhsil alır. Tələbələrdən 13-ü əcnəbidir. Su elmləri fakutləsinin inventarında "Yunus S" adlı tədqiqat gəmisi mövcuddur. Fakültənin Gökçeada yaxılığında və Sapanca ərazisində tədqiqat mərkəzləri vardır.[62]
Əsas kampusları
redaktəİstanbul Universitetinin İstanbul şəhərində "Bəyazid" kampusu başda olmaqla, bir neçə kampusu vardır.[63]
Bəyazid kampusu
redaktəOsmanlı dövrünün ilk illərində, "Bəyazid" adlanan ərazidə taxtadan inşa edilmiş "Köhnə saray", baş vermiş şiddətli yanğından sonra 1865-cı ildə fransız memar Burjua tərəfindən dizayn edilən yeni bir daş bina ilə əvəzləndi. Bu tarixdən sonra tikilidə Osmanlı dövlətinin müdafiə nazirliyi fəaliyyət göstərmişdir.[64] Sözügedən bina, 1894-cü ildəki zəlzələ səbəbindən ciddi dağıntılara məruz qaldığından italyan memar Raymondo D’Aronkonun rəhbərliyi altında təmir edilmişdir.[64] 1828-ci ildə bina yaxınlığında Sultan II Mahmudun əmri ilə saat qülləsi inşa edilmişdir.
Türkiyə Cümhuriyyətinin qurulmasından sonra bütün dövlət strukturları, o cümlədən müdafiə nazirliyi yeni paytaxt Ankara şəhərinə köçdüyü üçün bina və onun yeləşdiyi ərazi İstanbul Darülfünununun ixtiyarına verildi. Beləliklə, adını binanın qarşısında yerləşən "Bəyazıd" meydanından alan "Bəyazid" kampusunun əsası qoyulmuş oldu.[28] 1933-cü ildə qurumun İstanbul Universiteti olaraq yenidən formalaşdırılmasının ardınca, müxtəlif illərdə, "Bəyazid" kampusunda yenidənqurma çərçivəsində rəsədxana, kitabxana, yeməkxana və bir neçə yeni tədris binaları tikilərək istifadəyə verilmişdir. Hazırda, "Bəyazid" kampusunda siyasi elmlər, ictimai əlaqələr, iqtisadiyyat, hüquq, memarlıq, su elmləri və əczaçılıq fakültələri yerləşir.[64]
Laləli kampusu
redaktəƏdəbiyyat və təbiət elmləri fakülətlərinə ev sahibliyi edən "Laləli" kampusu 1952-ci ildə inşa edilmiş bina kompleksini əhatə edir. Bu tarixdən öncə isə ərazidə yerləşən binada, 1909-cu ildən etibarən əvvəlcə Darülfünunun, sonralar universitetin ədəbiyyat, təbiət elmləri və ilahiyyat fakültələri fəaliyyət göstərirdi. Günümüzdə isə, kampusun sərhədləri "Vəznəçilər" meydanı və "Laləli" tramvay stansiyası arasında yerləşir.[64] "Laləli" kampusunun arxa hissəsində yerləşən "Xorxor" adlı ərazidə isə ilahiyyat fakültəsinin tədris korpusu yerləşir.[65]
Ovçular kampusu
redaktəÖtən əsrin 70-ci illərində, İstanbul Universitetində yeni fakültələr açılmağa başladı və buna mütənasib olaraq, tələbə sayı da ciddi ölçüdə artdı. Bunları nəzərə alan idarə heyəti, 1978-ci ildə İstanbulun Kiçikçəkməcə gölünün sahilində yerləşən "Ovçular" kampusunun qurulmasına qərar verdi. Sözügedən kampus sahəsinə görə İstanbul Universitinin ən böyük tələbə şəhərciyidir. Hal-hazırda, burada biznes və idarəetmə fakültəsi, o cümlədən loqistika fakültəsi ilə yanaşı bir neçə tələbə yataqxanası, yeməkxana və çoxməqsədli tədris binaları vardır.[7]
Çapa kampusu
redaktəİstanbul Universitetinin tibb və diş həkimliyi fakültələri, İstanbulun Fateh ilçəsində, tarixi yarımada adlanan ərazidə Adnan Menderes və Turqut Özal küçələrinin kəsişməsindəki kampusda yerləşir. Burada tədris korpusu ilə yanaşı universitetin 1500 çarpayılı xəstəxanası və nəzdnindəki 91 poliklinikası, o cümlədən tədqiqat mərkəzinin yerləşdiyi binalar da mövcuddur.[66] Kampusun qarşısında T1 xəttinə aid "Çapa-Şəhrəmini" tramvay stansiyası vardır.[67]
Xarici əlaqələri
redaktəReytinq
redaktəİstanbul Universiteti son 30 ildə intensiv olaraq beynəlxalq sıralamalarda yer alır. Məhz 2006-cı ildən etibarən dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş Türkiyənin ilk dövlət universiteti olmaqla yanaşı, 2019-cu ilin sıralamasına görə qlobal miqyasda, ümumiləşdirilmiş predmetlər üzrə 335-ci yerdə qərarlaşmışdır.[15]
Eduniversal nəşrinin 2020-ci il üçün olan hesabatına görə İstanbul Universitetinin Biznes və idarəetmə fakültəsi Yaxın Şərq üzrə 3-cü, Türkiyə üzrə isə 2-ci ən yaxşı fakültə olmuşdur.[9]
2019-cu ildə Dünya universitetlərinin akademik reytinqi tərəfindən təqdim olunan sıralamada Türkiyə üzrə birinci yerə çıxmışdır. Eyni sıralamada, veterinarlıq üzrə 251-ci, klinik tibb elmləri üzrə 401, diş həkimliyi və ağız sağlamlığı üzrə 105 və tibbi texnologiya üzrə 322-ci yerdə qərarlaşmışdır.[16][68][69][70][71][72]
Times Higher Education jurnalının 2020-ci ildə dərc etdiyi sıralamada isə universitet pedaqogika üzrə 401–500, ictimai elmlər üzrə isə 501–600 aralığında qərarlaşmışdır.[73]
2020 QS World University Rankings-ə görə, İstanbul Universitetinin reytinqi qlobal miqyasda tibb sahəsində 324-cü yerdə, ictimai elmlər və biologiya üzrə 401–450, dilçilik üzrə 201–250, kənd təsərrüfatı üzrə 301–350 aralığında yerləşmişdir.[74]
RUR reytinqinə görə isə 2019-cu ildə, İstanbul Universiteti dünya miqyasında ictimai elmlər üzrə 490-cı, tibb üzrə 329-cu, texniki elmlər üzrə isə 506-cı sırada qərarlaşmışdır.[75]
Akkreditasiyalar və beynəlxalq üzvlüklər
redaktəİstanbul Universiteti Koimbra qrupunun üzvüdür.[8] Eyni zamanda, universitetin Biznes və İdarəetmə Fakültəsi "Universitetlərin Biznes Məktəblərinin İnkişafı Assosiasiyası"na (AACSB) Türkiyədən üzv olan yeganə dövlət universitetidir.[10][11] Nəqliyyat və loqistika fakültəsi isə, BMT mənşəli IRU (International Road Transport Union) tərəfindən akkreditasiya olunmuşdur.[76]
Tələbə mübadiləsi və ikili proqramlar
redaktəİstanbul Universiteti başda Erasmus və Mövlanə tələbə mübadilə proqramları olmaqla, dünyanın bir çox ali təhsil qurumu ilə ikili müqavilələr çərçivəsində əməkdaşlıq edir.[77][78] Fakültələr səviyyəsində isə Almaniya, ABŞ, Çin, Britaniya və Cənubi Koreya başda olmaqla, 15-ə yaxın ölkədə yerləşən universitet, akademiya və institutlarla qarşılıqlı maddi-texniki yadım, tələbə və müəllim mübadiləsi kimi çoxspektrli proqramlar mövcuddur.[79]
Məşhur məzunları
redaktəPrezidentlər və Baş nazirlər
redaktə- Yitzhak Ben-Zvi — İsrailin 2-ci Prezidenti
- David Ben-Qurion — İsrailin 1-ci Baş naziri
- Moşe Şaret — İsrailin 2-ci Baş naziri
- Abdulla Gül — Türkiyə Cümhuriyyətinin 11-ci Prezidenti
- Suat Xeyri Ürgüplü — Türkiyə Cümhuriyyətinin 11-ci Baş naziri
- Nihad Ərim — Türkiyə Cümhuriyyətinin 13-cü Baş naziri
- Naim Talu — Türkiyə Cümhuriyyətinin 15-ci Baş naziri
- Sədi İrmaq — Türkiyə Cümhuriyyətinin 17-ci Baş naziri
- İldırım Ağbulud — Türkiyə Cümhuriyyətinin 20-ci Baş naziri
Siyasətçilər və diplomatlar
redaktə- Maral Ağşənər — Türkiyə Cümhuriyyətinin sabiq Daxili İşlər naziri və İyi Partiyanın sədri
- Numan Qurtulmuş — Türkiyə Cümhuriyyətinin sabiq Mədəniyyət və Turizm naziri
- Həsən Əli Ucal — Türkiyə Cümhuriyyətinin sabiq Təhsil naziri
- Süleyman Soylu — Türkiyə Cümhuriyyətinin Daxili İşlər naziri
- Bərat Albayraq — Türkiyə Cümhuriyyətinin sabiq Xəzinə və Maliyyə naziri
- Fəxrəddin Qoca — Türkiyə Cümhuriyyətinin Səhiyyə naziri
- Məmməd Nuri Ərsoy — Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm naziri
- Əhməd Şamil Kazokoğlu — Türkiyə Böyük Millət Məclisinin sabiq üzvü, millət vəkili.
- Barbaros Turqut Boztəpə — Türkiyə Böyük Millət Məclisinin sabiq üzvü, millət vəkili
- Malik Yılman — Türkiyə Böyük Millət Məclisinin sabiq üzvü, millət vəkili
- Bəsim Üstünəl — Türkiyə Cümhuriyyətinin sabiq Maliyyə naziri
- Həsən Ulusoy — Türkiyə Cümhuriyyətinin Belçika Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri
- Əkrəm İmamoğlu — İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı
Nobel mükafatı laureatları
redaktə- Əziz Sancar — Alim, Kimya üzrə Nobel mükafatı laureatı (2015)
- Orxan Pamuk — Yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2006)
Elm, incəsənət və ədəbiyyat xadimləri
redaktə- Hüseyn Cavid ― Şair və yazıçı
- Attila Elxan — Şair
- Orxan Vəli — Şair
- Yusif Atılqan — Yazıçı
- Əhməd Həmdi Tanpınar — Ədib
- Cavad Heyət — Cərrah
- Fuad Sezgin — Alim
- Türkan Saylan — Akademik , yazıçı və həkim
- Nihal Atsız — Tarixçi
- Rasim Öztəkin — Aktyor
- Cüneyt Arkın — Aktyor
- Fərhad Köçər — Müğənni
- Fateh Portakal — Jurnalist
- Cansu Dərə — Aktrisa
- Özgü Namal — Aktrisa
- Oqtay Qaynarca — Aktyor
- Məmməd Əli Alabora — Aktyor
- Burcu Əsmərsoy — Manken
- Canan Qaratay — Akademik və yazıçı
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 "Sayılarla İstanbul Üniversitesi". istanbul.edu.tr (türk). İstanbul Üniversitesi. 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr2020.
- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ "YÖK ARAŞTIRMA VE ADAY ARAŞTIRMA ÜNİVERSİTELERİNİN PERFORMANSLARINI AÇIKLADI". yok.gov.tr. 2020-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2020.
- ↑ 1 2 3 "İstanbul Üniversitesi'nin kuruluşunun 86. yıl dönümü! İstanbul Üniversitesi tarihi". haberler.com (türk). 14 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2020.
- ↑ "Üniversitelerin kuruluş tarihleri". cnnturk.com (türk). CNN Türk. 20 iyun 2015. 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2021.
- ↑ 1 2 "İSTANBUL ÜNİVERSİTESİ'ndeki Tüm Programlar (Alfabetik Sırada)". yokatlas.yok.gov.tr (türk). Yükseköğretim Kurumu. 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2020.
- ↑ 1 2 "Yerleşim". istanbul.edu.tr (türk). 2016-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2020.
- ↑ 1 2 "CG Member Universities". www.coimbra-group.eu. 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2020.
- ↑ 1 2 3 "ISTANBUL UNIVERSITY SCHOOL OF BUSINESS". eduniversal-ranking.com (ingilis). Eduniversal. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2020.
- ↑ 1 2 Wiktionary.Istanbul University
- ↑ 1 2 "AACSB-Accredited Universities and Business Schools". www.aacsb.edu (ingilis). 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2020.
- ↑ "İstanbul Üniversitesi Ulaştırma ve Lojistik Fakültesi, Yüksekokul olarak faaliyet gösterdiği 16.06.2014 tarihinde IRU ile akredite olmuştur". kalite.istanbul.edu.tr (türk). İstanbul Üniversiteti. 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2020.
- ↑ 1 2 "Üniversitemiz Avrupa Nükleer Araştırma Merkezi'ndeki (CERN) Üç Temel Deney Çalışmasında Yer Alıyor". istanbul.edu.tr (türk). İstanbul Üniversitesi. 1 mart 2021. 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2021.
- ↑ "Istanbul University". shanghairanking.com (ingilis). 11 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2020.
- ↑ 1 2 Studies (CWTS), Centre for Science and Technology. "CWTS Leiden Ranking". CWTS Leiden Ranking (ingilis). 2020-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.
- ↑ 1 2 "Istanbul University | Academic Ranking of World Universities - 2019 | Shanghai Ranking - 2019". www.shanghairanking.com. 2019-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-31.
- ↑ "İstanbul Üniversitesi İlk 100 Üniversite Arasında". istanbul.edu.tr (türk). 14 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2020.
- ↑ "Üniversitelerin patent karneleri". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-07.
- ↑ "Yılın ilk yarısında 3 bin 172 yerli patent başvurusu yapıldı". milliyet.com.tr (türk). Milliyet. 13 iyul 2020. İstifadə tarixi: 8 yanvar 2021.
- ↑ "The Nobel Prize in Chemistry 2015". nobelprize.org (ingilis). 2020-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
- ↑ "The Nobel Prize in Literature 2006". nobelprize.org (ingilis). 2018-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
- ↑ "Ünlüler hangi okuldan mezun oldu". hurriyet.com.tr (türk). Hürriyet. İstifadə tarixi: 31 dekabr 2020.
- ↑ "Siyasetçiler Hangi Okullardan Mezun Oldular?". haberler.com (türk). 25 avqust 2013. İstifadə tarixi: 31 dekabr 2020.[ölü keçid]
- ↑ "İstanbul Üniversitesi'nin tarihi – I". fakultedergisi.com (türk). 6 iyul 2008. 2019-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2020.
- ↑ "İstanbul Üniversitesi ne zaman kuruldu?". yeniakit.com.tr (türk). Yeniakit. 1 oktyabr 2016. 2017-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2020.
- ↑ "Cerrahpaşa Tıp Fakültesi'nin kuruluş tarihi değiştirildi". www.aa.com.tr (türk). Anadolu Ajansı. 15 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2020.
- ↑ Nohl, Arnd-Michael; Akkoyunlu-Wigley, Arzu; Wigley, Simon. Education in Turkey (European Studies in Education) (ingilis). 26. Waxmann Verlag GmbH. 2008. ISBN 1780761090.
- ↑ 1 2 3 Gunergun, Feza; Kadioglu, Sevtap. "İSTANBUL ÜNİVERSİTESİ'NİN YERLEŞİM TARİHÇESİ ÜZERİNE NOTLAR". Osmanlı Bilimi Araştırmaları. 8 (1). 2006: 136-163. 2020-03-25 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 "Darülfünun nedir? Darülfünun ne zaman açıldı?". hurriyet.com.tr (türk). Hürriyet. 15 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2020.
- ↑ 1 2 3 Fortna, Benjamin. Imperial Classroom: Islam, the State, and Education in the Late Ottoman Empire (ingilis). Oxford University Press. 2002. ISBN 0199248400.
- ↑ "Yüksek öğretim müessesesi Dârülfünun". www.sabah.com.tr (türk). TDV İslam Ansiklopedisi. 15 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2020.
- ↑ 1 2 3 Rüegg, Walter: "European Universities and Similar Institutions in Existence between 1812 and the End of 1944: A Chronological List", in: Rüegg, Walter (ed.): A History of the University in Europe|A History of the University in Europe. Vol. 3: Universities in the Nineteenth and Early Twentieth Centuries (1800–1945), Cambridge University Press, 2004, ISBN 978-0-521-36107-1, p. 687
- ↑ 1 2 Namal, Yusel; Karakok, Tunat. "Atatürk ve Üniversite Reformu (1933)" (PDF). Journal of Higher Education and Science. 1 (1). 2011: 27-35. 2014-02-21 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ "About us-History". isletmeiktisadi.istanbul.edu.tr (ingilis). Istanbul University. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2020.
- ↑ 1 2 "Atatürk ve Üniversite Reformu (1933)". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-29.
- ↑ 1 2 Widmann, Horst. Atatürk ve üniversite reformu (türk). Kabalcı Yayınevi. 2000. ISBN 978-9758240272.
- ↑ "Tarihçe". www.istanbul.edu.tr (türk). İstanbul Üniversitesi. 2016-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2020.
- ↑ "Tarhiçe". isletme.istanbul.edu.tr (türkcə). 2019-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2020.
- ↑ 1 2 "2019 - 2020 YILINDA FAALİYET YAPACAK İSTANBUL ÜNİVERSİTESİ ÖĞRENCİ KULÜPLERİ" (PDF). 2022-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-29.
- ↑ "AACSB Akreditasyonu Ne Anlama Gelir?". isletmeiktisadi.istanbul.edu.tr (türkcə). 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2020.
- ↑ "Fakültemiz Hakkında". siyasal.istanbul.edu.tr (türk). 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
- ↑ "Öğrenci Kulüpleri". siyasal.istanbul.edu.tr (türk). 2019-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
- ↑ "Tarihçe". iktisat.istanbul.edu.tr. 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
- ↑ "Hakkımızda". ifmc.org.tr (türk). 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
- ↑ 1 2 3 "Fakültemiz". iletisim.istanbul.edu.tr (türk). 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
- ↑ "TÜRKİYE'NİN EN İYİ HUKUK FAKÜLTELERİ BELLİ OLDU". barobirlik.org.tr (türk). 2019-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2020.
- ↑ "İÜ Hukuk Fakultesi Kitapçık" (PDF) (türk). İÜ. 2020-11-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 noyabr 2020.
- ↑ "Tarihçe". hukuk.istanbul.edu.tr (türk). 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2020.
- ↑ "Hamburg-İstanbul Ortak Hukuk Lisans Programı". hukuk.istanbul.edu.tr (türk). 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2020.
- ↑ 1 2 3 "Tarihçe". ilahiyat.istanbul.edu.tr (türk). İstanbul Üniversitesi. 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2020.
- ↑ 1 2 "Tarihçe". fen.istanbul.edu.tr (türk). İstanbul Üniversitesi. İstifadə tarixi: 21 noyabr 2020.
- ↑ 1 2 "Tarihçe" (türk). İstanbul Üniversitesi. 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2020.
- ↑ 1 2 "Tarihçe". ulastirmalojistik.istanbul.edu.tr (türk). İstanbul Üniversitesi. 2018-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2020.
- ↑ "İSTANBUL ÜNİVERSİTESİ- Ulaştırma ve Lojistik Fakültesi". yokatlas.yok.gov.tr (türk). Yükseköğretim Kurulu. 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2020.
- ↑ "Tarih". istanbultiptanitim.istanbul.edu.t (türk). İstanbul Üniversitesi. 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2020.
- ↑ "Tarihçe". hastane-istanbultip.istanbul.edu.tr (türk). İstanbul Üniversitesi. İstifadə tarixi: 22 noyabr 2020.
- ↑ "Hastanemizin Fiziksel Yapısı" (türk). İstanbul Üniversitesi. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2020.
- ↑ 1 2 "Tarihçe". dishekimligi.istanbul.edu.tr (türk). İstanbul üniversitesi. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2020.
- ↑ "İSTANBUL ÜNİVERSİTESİ-Diş Hekimliği Fakültesi". yokatlas.yok.gov.tr (terk). Yükseköğretim Kurulu. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2020.
- ↑ "Tarihçe". eczacilik.istanbul.edu.tr (türk). İstanbul Üniversitesi. 2017-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2020.
- ↑ "Öğrenci Kulüpleri". eczacilik.istanbul.edu.tr (türk). İstanbul Üniversitesi. 2021-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2020.
- ↑ 1 2 "Tarihçe". subilimleri.istanbul.edu.tr (türk). İstanbul Üniversitesi. 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2020.
- ↑ "İstanbul Üniversitesi Yerleşkeleri". istanbul.edu.tr. 2016-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
- ↑ 1 2 3 4 "İSTANBUL ÜNİVERSİTESİ'NİN YERLEŞİM TARİHÇESİ ÜZERİNE NOTLAR". dergipark.org (türk). 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2020.
- ↑ "İletişim". ilahiyat.istanbul.edu.tr (türk). İstanbul Üniversitesi. 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2020.
- ↑ "Cerrahpaşa ve Çapa 7 yıl içinde yenileniyor". hurriyet.com.tr (türk). Hürriyet. 18 oktyabr 2012. 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2020.
- ↑ "T1 Kabataş-Bağcılar Tramvay Hattı". www.metro.istanbul (türk). İstanbul Böyükşəhər Bələdiyyəsi. 2020-11-01 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "ShanghaiRanking's Global Ranking of Academic Subjects 2019 - Veterinary Sciences | Shanghai Ranking - 2019". www.shanghairanking.com. 2017-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.
- ↑ "ShanghaiRanking's Global Ranking of Academic Subjects 2019 - Clinical Medicine | Shanghai Ranking - 2019". www.shanghairanking.com. 2021-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.
- ↑ "ShanghaiRanking's Global Ranking of Academic Subjects 2019 - Dentistry & Oral Sciences | Shanghai Ranking - 2019". www.shanghairanking.com. 2021-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.
- ↑ "ShanghaiRanking's Global Ranking of Academic Subjects 2019 - Nursing | Shanghai Ranking - 2019". www.shanghairanking.com. 2021-04-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.
- ↑ "ShanghaiRanking's Global Ranking of Academic Subjects 2019 - Medical Technology | Shanghai Ranking - 2019". www.shanghairanking.com. 2020-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.
- ↑ "Istanbul University". Times Higher Education (THE) (ingilis). 2020-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.
- ↑ "Istanbul University". Top Universities (ingilis). 2020-04-06 tarixində arxivləşdirilib.
- ↑ "World University Rankings". roundranking.com. 2018-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.
- ↑ "İstanbul Üniversitesi Ulaştırma ve Lojistik Fakültesi, Yüksekokul olarak faaliyet gösterdiği 16.06.2014 tarihinde IRU ile akredite olmuştur". kalite.istanbul.edu.tr (türk). İstanbul Üniversiteti. 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2020.
- ↑ "2020-2021 AKADEMİK YILI MEVLANA BAŞVURULARINA ESAS OLAN ANLAŞMALARIMIZ". mevlana.istanbul.edu.tr (türk). İstanbul Üniversitesi. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2020.
- ↑ "Erasmus + Programı". erasmus.istanbul.edu.tr (türk). İstanbul Üniversitesi. İstifadə tarixi: 22 noyabr 2020.[ölü keçid]
- ↑ "Süresi Devam Eden Anlaşmalarımız" (PDF). istanbul.edu.tr (türk). İstanbul Üniversitesi. 2022-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 noyabr 2020.
Ədəbiyyat
redaktə- Nohl, Arnd-Michael; Akkoyunlu-Wigley, Arzu; Wigley, Simon. Education in Turkey (European Studies in Education) (ingilis). 26. Waxmann Verlag GmbH. 2008. ISBN 1780761090.
- Fortna, Benjamin. Imperial Classroom: Islam, the State, and Education in the Late Ottoman Empire (ingilis). Oxford University Press. 2002. ISBN 0199248400.
Xarici keçidlər
redaktə- istanbul.edu.tr — İstanbul Universitetinin rəsmi saytı (türk.)