Suera Meqberesi - Wikipedia
Şüəra məqbərəsi (fars. مقبرةالشعرا Maqbarat-o-shoara) — və ya Şairlər məqbərəsi Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biridir. Burada məşhur Azərbaycan yazıçılarının qəbri yerləşir[1]. Şüəra məqbərəsi 2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycana aid videoçarxda Azərbaycanın simvollarından biri kimi göstərilmişdir.
Şüəra məqbərəsi | |
---|---|
مقبرةالشعرا | |
38°05′01″ şm. e. 46°18′12″ ş. u.HGYO | |
Ölkə | İran |
Şəhər | Təbriz |
Yerləşir | Təbriz |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəŞairlər məqbərəsi Təbrizin qədim Surxab məhəlləsində yerləşir. Məzarlığının adı XIII əsrə qədər məlum olan heç bir mənbədə çəkilmir. Məzarlıq haqqında ilk dəfə Elxanilər dövlətinin dövründə yaşamış şair, tarixçi, çoğrafiyaçı Həmdullah Qəzvininin "Nüzhətül-qülub" (“Ürəklərin əyləncəsi”) kitabında bəhs olunur. Təbriz Atabəylər dövlətinin paytaxtı olduqdan sonra buraya bir çox şairlər pənah gətirir. Çünki onlar sakit, firavan həyat arzulayır, müharibələr, savaş meydanlarından uzaq məkanda yaşamaq istəyirdilər. Xaqani və Fələki Şirvanilər Şirvandan, Əbülula Gəncəvi Gəncədən, Zahirəddin Fəryabi Xorasandan gəlib Təbrizdə məskən salır, yazıb-yaradırlar[2]. Ölümlərindən sonra isə onların dəfn olunduqları məzarlıq “Şairlər məqbərəsi” adlandırılıb. Elxanilər, Ağqoyunlular dövründə də bu şəhərə tanınmış şair və ziyalılar pənah gətirirdilər. XI əsrdə burada dəfn olunan ilk şair Əsədi Tusi olub. XI əsrin digər tanınmış Azərbaycan şairi Qətran Təbrizi məzarlıqda dəfn olunan ikinci şairdir. XII əsrdə burada Azərbaycan klassik ədəbiyyatının nümayəndəsi, mütəfəkkir Xaqani Şirvani və Beyləqanda dünyaya gəlib Təbrizdə vəfat edən Mücirəddin Beyləqani dəfn edilib. Mücirəddin Beyləqani eyni zamanda Xaqaninin şagirdi olub. Sonradan burada Zülfüqar Şirvani, Hümam Təbrizi, Məğribi Təbrizi, Siqqətül İslam, Baba Həsən, Baba Məzid, Pir Türk, Sultan Dədə Əli, Həsən Naxçıvani və təxminən 400-dən artıq söz, sənət adamı burada dəfn olunur. Zaman keçdikcə təbii hadisələr sel, zəlzələ bu məzarlığa ciddi xətər yetirir. Xaqani Şirvani, Əsədiyyə Tusi, Mücirəddin Beyləqani, Qətran Təbrizi, Hümam Təbrizi və digərlərinin məzarı 1772-ci ildə dəhşətli zəlzələdən sonra məhv olub[1].
Şairlər məqbərəsi 1970-ci ildə bərpa olunur və müasir görkəmini alır. 1988-ci ildə vəfat edən Məhəmmədhüseyn Şəhriyar öz vəsiyyətinə əsasən burada dəfn olunub. Məhəmmədhüseyn Şəhriyardan sonra burada müasir şairlərdən Əziz Dövlətabadi, Mahmud Məlmasi-Azarm da dəfn edilir[3].
Dağılma təhlükəsi
redaktəMütəxəsislərin xəbərdarlıqlarına baxmayaraq abidənin ətrafındakı ərazilərdə hündür mərtəbəli binaların tikintisinə başlanılıb. Bu isə abidə üçün təhlükəli vəziyyət yaradıb. Abidə 2013-cü ildən təmir olunur[4]. İllərdir təmir işlərinin bitməməsi isə bura gələn turist sayının azalmasına səbəb olub[5][6].
Məqbərədə dəfn edilən şəxslər
redaktə- Əsədi Tusi (999-1072) - şair
- Qətran Təbrizi (1009-1072) - şair
- Ənvəri (1126-1189) - şair
- Xaqani Şirvani (1122-1190) - şair
- Mücirəddin Beyləqani (ö. 1190) - şair
- Zahirəddin Fəryabi (ö. 1202) - şair
- Şahpur Nişapuri (ö. 1204) - şair
- Şəmsəddin Sojasi (ö. 1206) - şair
- Zülfüqar Şirvani (ö. 1291) - şair
- Hümam Təbrizi (1238-1314) - şair
- Nəsürullah Tabib (d. 1339) - xəttat
- Əssar Təbrizi (1325-1390) - şair
- Məğribi Təbrizi (1348-1406) - şair
- Mani Şirazi (ö. 1507) - şair
- Lesani Şirazi (ö. 1533) - şair
- Şakibi Təbrizi (ö. 1564) - şair
- Mirzə İsa Fərəhani (1733-1822) - Fətəli şah Qacar və Abbas Mirzənin vəziri
- Əziz xan Mükri (1793-1871) - ordu generalı
- Mirzə Əli Siqqətülislam (1861-1911) - Məşrutə hərəkatının fəalı, şair
- Tahir Təbrizi (1888-1976) - xəttat
- Məhəmmədhüseyn Şəhriyar (1906-1988) - şair
- Mahmud Məlmasi-Azarm (1917-1991) - şair
- Əziz Dövlətabadi (1922-2009) - şair
Şəkillər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Reyhan İsayeva. "Tariximizə səyahət". medeniyyet.az. 9 dekabr 2011. 2017-12-15 tarixində arxivləşdirilib.
- ↑ "Təbrizdə Azərbaycan şairlərinin də dəfn olunduğu "Məqbərətüş-şüəra"da təmir işləri dayandırılıb". trend.az. 19 fevral 2014.
- ↑ "Məqbərətüş-şüəra". www.2018tabriz.org.[ölü keçid]
- ↑ "Təbriz şəhərindəki "Məqbərətüşşüəra" abidəsi dağılmaq təhlükəsi ilə üzləşib". gunaz.tv. 2 dekabr 2013.[ölü keçid]
- ↑ "В Тебризе может исчезнуть "Мавзолей поэтов"" (rus. ). day.az. 13 iyun 2014. 2014-07-03 tarixində arxivləşdirilib.
- ↑ "روند بازسازی "مقبرةالشعراء" اسفبار و غیر قابل قبول است!" (fars. ). ISNA. 20 oktyabr 2017. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-21.