Sahmat Uzre Dunya Cempionlari - Wikipedia
İlk rəsmi şahmat üzrə dünya çempionu Vilhelm Steynits 1886-cı ildə olub. 1948-ci ildən dünya birinciliyi uğrunda matçların təşkili ilə Beynəlxalq şahmat federasiyası (FİDE) məşğul olmağa başlayıb
1993-cü ildə FİDE arasında ixtilaf nəticəsində Harri Kasparov Professional Şahmat Assosiasiyası (PŞA) təşkil etdi. Buna cavab olaraq FİDE onu dünya çümpionu statusunundan məhrum edir, şahmat tacını digər iddiaçılar arasında yarış keçirərək yeni çempionu təyin edir. Bölünmə nəticəsində iki dünya çempionu peyda olur: Harri Kasparov — PŞA versiyasına əsasən və Anatoli Karpov, FİDE tərəfindən keçirilən turnirin qalibi kimi.
2006-cı ildə FİDE-yə görə çempion Veselin Topalov və PŞA-ya görə çempion Vladimir Kramnik arasında birləşmə matçı keçirilir nəticədə, Kramnik mütləq çempion kimi müəyyənləşir.
Hazırkı dünya çempionu 2013-cü ildən Maqnus Karlsendir.
1886-cı ilə qədər ən güclü şahmatçılar
redaktə"Şahmat üzrə dünya çempion" statusunu ilk dəfə Vilhelm Steynits 1886-cı ildə alıb. Buna baxmaraq bundan əvvəl də Qərbdə ən güclü sayılan şahmatçılar mövcud olub.
Çempionluq illəri | Çempion | Həyat illəri | Ölkə |
---|---|---|---|
1495-ci illər təxmini | Luis Ramires Lusena | təx. 1465 — təx. 1530 | İspaniya |
1560–1575 | Ruy Lopes de Sequra | təx. 1540 — təx. 1580 | İspaniya |
1575–1587 | Ciovanni Leonardo di Bona | 1542–1587 | Neapol krallığı |
1619–1634 | Joakino Qreko | 1600–1634 | Neapol krallığı |
1747–1795 | Fransua-Andre Danikan Filidor | 07.09.1726–31.08.1795 | Fransa |
1820–1840 | Lui Şarl Mae de Laburdonne | 1785–13.12.1840 | Fransa |
1843–1851 | Hovard Staunton | təx. 1810–22.06.1874 | Birləşmiş Krallıq |
1851–1858,
1862–1866 |
Adolf Andersen | 06.07.1818–13.03.1879 | Prussiya |
1858–1862 | Pol Morfi | 22.06.1837–10.07.1884 | ABŞ |
1866–1886 | Vilhelm Steynits | 14.05.1836–12.08.1900 | Avstriya-Macarıstan |
Qeyd etmək lazımdır ki, son üçündən başqa digərləri şərti olaraq ən güclüdülər buna səbəb XIX əsrin ortalarına qədər kifayət qədər çempionatlar keçirilmədiyinə görə ən yaxşı oyunçuların öz aralarında görüşməməyi bacarıqları obyektiv müqayisə edilə bilməməsini göstərir.
Çempionlar siyahısı
redaktə№ | Çempionluq illəri | Şəkli | Çempion | Ölkə | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
1886-cı ildən 1993-cü ilə qədər | ||||||||||
1 | 1886–1894 | (14 may 1836 – 12 avqust 1900) | Vilhelm Steynits | Avstriya-Macarıstan | ||||||
2 | 1894–1921 | (24 dekabr 1868 – 11 yanvar 1941) | Emanuel Lasker | Almaniya imperiyası | ||||||
3 | 1921–1927 | (19 noyabr 1888 – 8 mart 1942) | Xose Raul Kapablanka | Kuba | ||||||
4 | 1927–1935
1937–1946 |
(31 oktyabr 1892 – 24 mart 1946) | Aleksandr Alyoxin | Rusiya imperiyası | ||||||
5 | 1935–1937 | (20 mart 1901 – 26 noyabr 1981) | Maks Eyve | Niderland | ||||||
6 | 1948–1957
1958–1960 1961–1963 |
(17 avqust 1911 – 5 may 1995) | Mixail Botvinnik | SSRİ | ||||||
7 | 1957–1958 | (24 mart 1921 – 27 mart 2010) | Vasili Smıslov | SSRİ | ||||||
8 | 1960–1961 | (9 noyabr 1936 – 28 iyun 1992) | Mixail Tal | SSRİ | ||||||
9 | 1963–1969 | (17 iyun 1929 – 13 avqust 1984) | Tiqran Petrosyan | SSRİ | ||||||
10 | 1969–1972 | (30 yanvar 1937) | Boris Spasski | SSRİ | ||||||
11 | 1972–1975 | (9 mart 1943 – 17 yanvar 2008) | Robert Fişer | ABŞ | ||||||
12 | 1975–1985 | (23 may 1951) | Anatoli Karpov | SSRİ | ||||||
13 | 1985–1993 | (13 aprel 1963) | Harri Kasparov | SSRİ | ||||||
1993-cü ildən 2006-cı ilə qədər | ||||||||||
FİDE-yə əsasən | PŞA-ya əsasən | |||||||||
№ | Çempionluq illəri | Şəkli | Çempion | Ölkə | № | Çempionluq illəri | Şəkli | Çempion | Ölkə | |
12 | 1993–1999 | (23 may 1951) | Anatoli Karpov | Rusiya | 13 | 1993–2000 | (13 aprel 1963) | Harri Kasparov | Rusiya | |
14 | 1999–2000 | (18 yanvar 1966) | Aleksandr Xalifman | Rusiya | ||||||
15 | 2000–2002 | (11 dekabr 1969) | Vişvanatan Anand | Hindistan | ||||||
16 | 2002–2004 | (11 oktyabr 1983) | Ruslan Ponomaryov | Ukrayna | 14 | 2000–2006 | (25 iyun 1975) | Vladimir Kramnik | Rusiya | |
17 | 2004–2005 | (5 dekabr 1979) | Rüstəm Qasımcanov | Özbəkistan | ||||||
17 | 2005–2006 | (15 mart 1975) | Veselin Topalov | Bolqarıstan | ||||||
2006-cı ildən | ||||||||||
14 | 2006–2007 | (25 iyun 1975) | Vladimir Kramnik | Rusiya | ||||||
15 | 2007–2013 |
|
Vişvanatan Anand | Hindistan | ||||||
16 | 2013 — i.z. | (30 noyabr 1990) | Maqnus Karlsen | Norveç |