Mixail Botvinnik - Wikipedia
Mixail Botvinnik (rus. Михаи́л Моисе́евич Ботви́нник; d. 17 avqust 1911 — ö. 5 may 1995) — SSRİ və Rusiya beynəlxalq qrosmeysteri, üç dəfə dünya çempionu, öz dövrünün ən güclü şahmatçılarından biri hesab olunurdu. O, həmçinin kompüter şahmatının təşəbbüsçüsü idi.
Mixail Botvinnik | |
---|---|
rus. Михаи́л Моисе́евич Ботви́нник | |
| |
Ölkə | SSRİ |
Doğum tarixi | |
Doğum yeri | Kuokkala, SSRİ |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Moskva,Rusiya |
Dəfn yeri | |
Təhsili | |
Titulu | Qrosmeyster |
Dünya çempionluğu |
1948-1957 1958-1960 1961-1963 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMixail Botvinnik 1911-ci il avqustun 17-də Kuokkalada anadan olmuşdur. Şahmatla 12 yaşından məşğul olmağa başlamışdır. Bir çox dünya çempionlarından və qrosmeysterlərindən fərqli olaraq, onun şahmat müəllimi olmamışdır. Botvinnik hər hansı bir şahmat kitabını təkbaşına öyrənər, öz görüşlərini təhlil edərdi.
14 yaşında o, Leninqrad birinciliyinin yarımfinalında çıxış edərək, əla nəticəyə nail olmuşdur 12 mümkün xaldan 11,5 xal toplamışdır. 16 yaşı tamam olanda ölkənin beşinci çempionatında usta normasını ödəmişdir. Botvinnik 1931-ci ildə 20 yaşında ikən ilk dəfə olaraq ölkə çempionu adını qazanır.
Botvinnikin şahmatda növbəti vəzifəsi beynəlxalq aləmdə şöhrət qazanmaq, mühəndislik fəaliyyətində isə elmlər namizədi diplomunu almaq idi. 1935-ci ildə II Moskva beynəlxalq turnirində Laskeri və Kapablankanı geridə qoyaraq, Florla birlikdə 1–2-ci yerləri bölüşdürdü. Bir il sonra isə beynəlxalq Nottingem turnirində Alyoxini,Eyveni, Laskeri ötərək, Kapablanka ilə 1–2-ci yerləri bölüşdürdü.
Dünya çempionluğu
redaktə1947-ci ildə FİDE beş qrosmeysterin arasında çempion adını qazanmaq üçün turnir təşkil etdi. Bir ildən sonra keçirilən matç Botvinnikin qələbəsi ilə nəticələndi. Beləliklə Botvinnikin 15 illik "şahlığı" başlanır. Düzdür, bu müddət ərzində o iki dəfə—1957-ci ildə Vasili Smıslova və 1960-cı ildə Mixail Tala öz tacını uduzmuşdur, lakin hər dəfə bir il sonra keçirilən təkrar matçda çempion adını yenidən özünə qaytarmışdı.[1]
İstinadlar
redaktə- ↑ Azər Zeynallı, Pərviz Əliyev, Şahmat aləminə səyahət, səh 59, Bakı 1986
Xarici keçidlər
redaktə- Mikhail Moiseyevich Botvinnik – hundredth anniversary
- Личная карточка Михаила Ботвинника на сайте 365chess.com
- Личная карточка Михаила Ботвинника на сайте OlimpBase.com
- Краткая биография Михаила Ботвинника и статистика выступлений в турнирах, матчах