Samil Ibrahimov - Wikipedia
Şamil Zülfüqar oğlu İbrahimov — Azərbaycanın teatr və kino aktyoru, rejissor.
Şamil İbrahimov | |
---|---|
Şamil Zülfüqar oğlu İbrahimov | |
Doğum adı | Şamil Zülfüqar oğlu İbrahimov |
Doğum tarixi | |
Doğum yeri | Şahbuz, Naxçıvan, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | rejissor-aktyor |
Fəaliyyət illəri | 2012 - bugünədək |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
İstiqamət | teatr və kino |
Həyatı
redaktəŞamil Zülfüqar oğlu İbrahimov 8 yanvar 1988-ci ildə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda anadan olmuşdur. 1994-2005-ci illərdə Şahbuz rayon orta məktəbində təhsil almışdır. 2012-2016-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsində dram teatr və kino aktyoru ixtisası üzrə xalq artisti Məmmədsəfa Qasımovun kursunda bakalavr pilləsində, 2017 - 2019-cu illərdə dram teatr və kino aktyoru ixtisası üzrə magistr pilləsində təhsil alıb.
2013-2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı nəzdində yaradılmış "Az-ART" studiyasında və teatrın bir neçə tamaşasında müqavilə əsasında aktyor kimi fəaliyyət göstərmişdir.
2017-ci ildə yaranmış müstəqil Human Teatrının təsisçisi və direktorudur.
Şamil İbrahimov rejissor kimi ƏSA Teatrında "Yuxum" (Uilyam Şekspir), digər teatr layihələrində "Kölgə" interaktiv (Şamil İbrahimov) "Özümüzü kəsən qılınc" (Bəxtiyar Vahabzadə) tamaşalarına quruluş vermişdir.
Teatr səhnəsindəki rolları
redaktəAzərbaycan Dövlət Akademik Milli Dram Teatrı
redaktəTamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Əmir Teymur[1] | Masqara[2] | 20 may 2014 | Mehriban Ələkbərzadə | Hüseyn Cavid |
Banan qabığı | 2014 | "Az-ART" studiyası | "Az-ART" studiyası | |
Tıq-tıqın qonaqları | 2014 | "Az-ART" studiyası | Mehman Musabəyli | |
Nadir şah[3][4] | Nəsrullah xan | 2015 | Gümrah Ömər | Yunus Oğuz |
Herostratı Unudun | İnqlabçı | 13 noyabr 2016 | Mehriban Ələkbərzadə | Hüseyn Cavid |
"Human" Teatrı
redaktəTamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Üçüncü[5] | Baba | 2017 | Pərviz Məmmədrzayev | Slavomir Mrojek |
Anqleter 1925[6] | Yesenin | 2017 | Pərviz Məmmədrzayev | Sergey Yesenin |
Filmoqrafiya
redaktə- Qarabağnamə (film, 2013)
- Çərçivə (film, 2014)
- Günəşi oyadanlar (film, 2015)
- Kabusun sandığı (qısametrajlı film,2018)
- Günlər (qısametrajl film 2018)
- Könül yarası (serial 2019 )
- Solğun Çiçəklər (film 2019)
- Qisas (qısametrajlı film 2019 )
- Son gecə (bədii televiziya filmi 2019)
- "Storyboard" (qısametrajlı film 2021)
- “ Səbirli adam " Mirzə Ələkbər Sabir (bədii-sənədli film 2022)
İstinadlar
redaktə- ↑ Etibar Cəbrayıloğlu. ""Topal Teymur"un "Əmir Teymur" kimi qayıdışı" (az.). Anl.az. 09.11.2013. 2018-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Könül Əliyeva. ""Əmir Teymur" tamaşası türk dünyasının ən böyük faciəsini – qardaşın-qardaşa silah çəkdiyi, məğlub etdiyi bir tarixi gündəmə gətirir" (az.). Kaspi. 24.05.2014. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Ədalət. "Nadir şah ola bilməmək bacarığımız" (az.). Anl.az. 20.12.2014. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Olaylar. ""Nadir şah" Azərbaycan teatrı üçün yeni hadisədir" (az.). Olaylar.az. 25.12.2014. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Qaynarinfo. "Azərbaycanda daha bir müstəqil teatr yarandı" (az.). Qaynarinfo.az. 21.03.2017. 2017-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
- ↑ http://kulis.lent.az/m/news/18364[ölü keçid]